"Real" "bomba"nı partladır: Transfer rekordu olacaq

"Real" "bomba"nı partladır: Transfer rekordu olacaq
"Real" transfer çalışmalarını sürətləndirib.

BiG.AZ Fanat.Az-a xəbər verir ki, "Kral Klubu" Lautaro Martinesin transferi üçün hərəkətə keçib. Məlumatda bildirilir ki, İspaniya nəhəngi "İnter"in ulduzu üçün 111 milyğon avro təklif edir. Keçid baş tutsa, Martines tarixin ən bahalı argentinalı futbolçusu olacaq.

22 yaşlı futbolçunu "Real"la yanaşı, "Barselona" və "Mançester Yunayted" də istəyir.

Qeyd edək ki, Martines 2018-ci ildə Argentinanın "Rasinq" klubundan "İnter"ə 25 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 80 milyon avro qiymət qoyub. 22 yaşlı forvard cari mövsümdə forma geyindiyi 28 rəsmi oyunda 16 qol vurub və 4 məhsuldar ötürmə edib

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: İdman Oxunub: 984 Tarix: 16.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər