Azərbaycanda "Sevgililər günü"ndə cinayət törədən şəxslər saxlanıldı

Azərbaycanda "Sevgililər günü"ndə cinayət törədən şəxslər saxlanıldı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də 47 cinayətin üstü açılıb. Onlardan 20-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

BiG.AZ Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 36 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 12 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 494 Tarix: 15.02.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.051