"Divarın qalınlığı 30-40 sm olsa da..." – Aldadılan sakinlər, aldadan MTK-lar – VİDEO

"Divarın qalınlığı 30-40 sm olsa da..." – Aldadılan sakinlər, aldadan MTK-lar – VİDEOƏvvəllər digər mənzildə, qonşuda baş verənləri eşitmək üçün stəkanlardan istifadə olunurdu. Bunun üçün stəkanı divara tutmaq kifayət idi ki, hər şeyi eşidə biləsən. Amma zaman keçdi, dövr dəyişdi. İndi əksər çoxmərtəbəli binalarda bu cür stəkanlara ehtiyac yoxdur. Bu otaqda oturaraq, digər mənzildə baş verənləri rahatlıqla eşitmək mümkündür.

ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişi sözügedən məsələ ilə bağlı maraqlı sujet hazırlayıb.

Bu isə həmin binalarda yaşayan sakinlərin narahatlığına səbəb olur.

Sakin: "Əgər insan evində sərbəst yaşamaq istəyirsə, hər iki tərəfdən qonşu ona mane olmamalıdır. İnsan istirahət edəndə, saat 10-11-dən sonra istəyir ki, rahatlıq olsun. Amma divarın o biri tayından səs gələndə istər-istəməz insanın psixikasına mənfi təsir edir".

Ekspertlərin sözlərinə görə, tikintiyə başlamadan öncə layihədə 2 mənzil arasındakı divar 30-40 sm göstərilir. Lakin sonradan tikinti zamanı ara divar 20 sm və daha az qalınlıqda inşa edilir.

Məhəmməd Musayev – İnşaat mühəndisi: "Yalnız xarici divarı 30 sm və yaxud da 40 sm inşa edirlər. Mənzillər arası divar olur 20 sm. Bu da boşluqlu kərpicdən icra olunanda səskeçirmə daha yüksək olur və narazılıqlar olur. Hətta olur ki, qonşuda biri mətbəx montaj edir, digər qonşunun evini zədələyir".

Eyni zamanda layihədə 2 qonşu mənzil arasındakı divar 2 qat nəzərdə tutulur. Bəzi MTK-lar isə öz kvadratlarından itkiləri azaltmaq və daha az xərcə düşməkdən ötəri divarı tək qat edir.

Şirin Şərifov – Ekspert: "Tək divar olduğunda digər qonşunun səsi başqa bir qonşuya keçmə ehtimalı daha çox olur. Standartda əslində mənzillə mənzil arasındakı hörgüdə hər iki mənzilin ayrıca müstəqil olaraq divarları olmalıdır. Və o divarlar arasında hava boşluqları olmalıdır. Bu da müəyyən bir kvadratmetr yer tutduğuna görə bunu MTK-lar bir divarla əvəz edirlər. Həmin divar isə 20-lik, içiboş kərpiclərdən tikilir".

Məhəmməd Musayev – İnşaat mühəndisi: "Ümumiyyətlə bu gün FHN tikintidə çox yaxşı bir nəzarət həyata keçirir. Əsasən dayanıqlılığa ciddi diqqət yetirdikləri üçün bu tip komfortverici amillərə lazımi dərəcədə diqqət yetirmirlər. Əsasən dayanıqlılığın təmin olunması üçün FHN nəzarət edir ki, bina zəlzələ dayanıqlı olsun".

Məsələ ilə bağlı FHN-in mövqeyini öyrənmək cəhdlərimiz isə alınmadı. Qurumun mətbuat katibi Gülçin Mehdiyeva işlərinin çoxluğunu səbəb göstərərək, müsahibəyə şərait yaratmadı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1135   Tarix: 14 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

28.04.2024 172
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 166
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

28.04.2024 194
.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28.04.2024 161
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28.04.2024 146
.

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahal

28.04.2024 150
.

Moskvada "Reuters" xəbər agentliyinin prodüseri həbs edilib

Rusiyanın paytaxtı Moskva şəhərində "Reuters" agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib. "Report" xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-c

28.04.2024 176
.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 971
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

28.04.2024 161