Rayonlar üzrə pensiya hüququ qazana bilmək üçün lazım olan ŞƏRTLƏR

Rayonlar üzrə pensiya hüququ qazana bilmək üçün lazım olan ŞƏRTLƏRİqtisadçı-ekspert Rövşən Ağayev pensiya hüququ qazana bilmək üçün ən şanslı və daha az şanslı coğrafiyaların statistikası barədə məlumat yayıb.

O, bu barədə öz "Facebook" səhifəsində məlumat paylaşıb.

O bildirib ki, Azərbaycanda indiki şərtlərlə qocalanda pensiya şansına sahib olmaq üçün bir çox tələblər var:

"Pensiya yaşına çata bilmək, fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə pensiya kapitalına sahib olmaq və ya 25 il sığorta stajı qazanmaq.

Birinci şərt öz əlinizdə deyil – nə qədər yaşayacağınızı özünüz müəyyən edə bilmirsiniz (hər nə qədər sağlam həyat tərziniz həm də özünüzdən asılı olsa belə).

Amma yerdə qalan iki şərtin yerinə yetirilməsi üçün təminatlı və rəsmi maaşı olan iş yerinin olması lazımdır. Beynəlxalq təcrübədə, adətən, əmək qabiliyyətli əhalinin hər 1000 nəfərindən 850-900 nəfəri pensiya hüququnu muzdlu əməklə, ən yaxşı halda 80-100 nəfəri sahibkar (yaxud işəgötürən) statusu ilə qazanır".

"Bizdə vəziyyət xeyli fərqlidir. Hazırkı statistikaya görə, ölkə üzrə rəsmi məşğul sayılan hər 1000 nəfərdən 300 nəfərinin muzdlu əmək sahibi kimi yaşa görə pensiyaya çıxmaq imkanı var.
Amma bu rəqəm ölkənin bölgələri üzrə xeyli fərqlidir.

Məsələn, Bakıda əmək qabiliyyətli yaşında hər 1000 nəfərdən 614, Cəlilabadda isə 137 nəfərinin muzdlu işçi kimi maaş və əmək stajı ilə pensiya qazanmaq şansı var. Bakıda maaş və əmək stajı ilə qocalıq pensiyası almaq şansı Cəlilabada nisbətən az qala beş dəfə çoxdur. Bu fərq rəsmi əmək müqaviləsi ilə işləyənlərin ümumi məşğulluqda nisbətinə görə yaranır.

Aşağıdakı qrafikdə rəsmi əmək müqavilələrilə məşğulluq əmsalının ən yüksək və ən aşağı olduğu 10 rayon (şəhər) göstərilib. Bu qrafikə həm də pensiyaya çıxmaq üçün ən şanslı və daha az şanslı coğrafiyanın xəritəsi də demək olar", - deyə R.Ağayev qeyd edib.
Rayonlar üzrə pensiya hüququ qazana bilmək üçün lazım olan ŞƏRTLƏR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1593   Tarix: 28 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gözəl təbəssüm, diş sağlamlığınız üçün həkim-stomatoloq Dr.Şövkət-i SEÇİN

Hər yaşdan olan insanlar üçün gözəl təbəssüm, diş sağlamlığı və daha yaxşı ağız keyfiyyəti önəmlidir. Breket müalicəsi, diş və ya çənə birləşməsindəki pozğunluqları və dişlərin sıxlığını aradan qaldırmaq üçün tətbiq olunan müalicə üsuludur. Dünya əhalisinin 90%-ə qədəri dişlərinin düz olmamasından şikayətlənir

12:45 133
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 331
.

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb. xəbər verir ki, körpə Sabrin əl-Sakani bazar günü gecə yarısından az sonra Rəfahdakı xəstəxanada qeysəriyyə əməliyyatı ilə ana bətnindən çıxarılıb. Xaotik mühitdə həkimlər körpənin ciyərlərinə hava sıxmaq üçün əl nasosundan istifad

26.04.2024 388
.

Tənqid etdiyi kanalda yenidən işə başladı

Aparıcı Azər Axşam yenidən ATV kanalında işə başlayıb. Axşam.az xəbər verir ki, o, "Bişir qazan" adlı proqramla efirə qayıdıb. Mətbəx və yarışma mövzusunda olan proqram həftədə bir dəfə yayımlanır. Qeyd edək ki, A.Axşam bir müddət əvvəl işsiz qaldığını, ATV-nin onunla çalışmaq istəmədiyin

11:34 292
.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

26.04.2024 1289
.

Braziliyada fəlakət: Evsizlərin qaldığı oteldə baş verən yanğında 10 nəfər ölüb

Braziliyanın cənubundakı Porto Aleqri şəhərində evsizlərin qaldığı oteldə yanğın olub. BİG.AZ xəbər verir ki hadisə nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir. Porto Aleqre Bələdiyyə Başçısı Sabastiao Melo sosial media hesabından verdiyi açıqlamada, ilkin məlumatlar

10:00 72
.

Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: "Onu zorla..."

"Mağazadan qovulan gənc qadınla bağlı mənim yanaşmam bir qədər fərqlidir. Görüntülərdəki xanımın geyim tərzi, davranışı bir az şübhəli idi. Mən insan alveri məsələləri məşğul olduğuma görə, bunu sezə bilirəm". Bu sözləri -a "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctima

11:50 480
.

Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliklə geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakını

15:20 0
.

Azərbaycan I rübdə Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı olub

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 336 min ABŞ dolları dəyərində balıq (dondurulmuş) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 43 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanı

17:30 0