Supermodel açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO

Supermodel açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO

Alman aktrisa, teleaparıcı və keçmiş supermodel Haydi Klum Los-Ancelesdəki “Grammy Awards” Mükafatlandırma mərasimində açıq-saçıq geyimdə görünüb.

Lenta.ru-nun məlumatına görə, o, bununla bağlı görüntüləri “İnstagram” hesabında yerləşdirib.

46 yaşlı məşhur “Dundas World” brendinin metal bəzəkli şəffaf parça ilə hazırlanmış geyimində olub. Klum obrazını “Giuseppe Zanotti” səndəlləri, həmçinin, “Lorraine Schwartz”dan zinət əşyaları ilə tamamlayıb.

Keçmiş supermodelin yaşına baxmayaraq, cazibədar görünüşünü qoruyub saxlaması istifadəçilər tərəfindən böyük bəyənmə ilə qarşılanıb. Klum pərəstişkarları şərhlərində “Həmişəki kimi, cazibədar”, “Gözəl xanım”, “Çox zərif”, “Mütləq kamillik. Sən, ümumiyyətlə, qocalırsan?”, - deyə yazıblar.

Supermodel açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
Supermodel açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1755 Tarix: 28.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.045