Professor: "Petkim"də rəqəmsallaşmanın tətbiqi Azərbaycana da təkan verəcək"

Professor: "Petkim"də rəqəmsallaşmanın tətbiqi Azərbaycana da təkan verəcək"Dünya sürətlə rəqəmsallaşır. Rəqəmsallaşma, rəqəmsal iqtisadiyyatın yaradılması dövlətlər, cəmiyyətlər üçün yeni imkanlar yaradır. Böyük şirkətlər zamanın tələbinə cavab vermək, biznes dayanıqlığını artırmaq üçün istehsal proseslərinin rəqəmsallaşdırılması addımları atır.

Rəqəmsallaşmanı uğurla tətbiq edən şirkətlərdən biri də əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin ilk və yeganə inteqrə olunmuş neft-kimya kompleksi olan "Petkim" holdinqdir. Şirkət 2018-ci ildən rəqəmsallaşma ilə bağlı investisiyalara başlayıb. "Petkim"in hədəfi Türkiyənin ən aparıcı rəqəmsal şirkəti olmaqdır və bu istiqamətdə böyük işlər görür. Şirkətin rəqəmsallaşmada böyük uğur qazandığı da aydın görünür. Belə ki, "Petkim" Sənaye 4.0 texnologiyalarını istehsalatda ən yaxşı istifadə edən müəssisələr sırasına daxil olub. Sənaye 4.0 standartı sayəsində "Petkim" Dünya İqtisadi Forumunun (WEF) "Global Lighthouse Network"una seçilib. "Global Lighthouse Network" 2018-ci ildə təsis edilib və "gələcəyin fabrikləri" olaraq qəbul edilir, onun 44 üzvü var. "Petkim" "Global Lighthouse Network"ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir.

Bəs istehsalatda rəqəmsallaşma nə qazandırır?

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiyası fakültəsinin professoru Yunis Qəhrəmanlı bildirib ki, rəqəmsallaşma istehsalatda vacib məsələdir:

"Hətta keçən əsrdə proseslərin avtomatlaşdırılması önəmli məsələ idi, çünki əl əməyindən nəhayət ki, bir çox müəssisələr uzaqlaşdı. Bu müsbət addım sayılır. Həmin vaxt rəqəmsallaşma yox idi, daha çox analoq tipli aparatlardan istifadə olunurdu. Hazırda rəqəmsallaşma prosesi aparılır. Sözsüz ki, bu istehsalat üçün vacib məsələdir. İstənilən prosesin avtomatlaşdırılması, onun rəqəmsallaşdırılması daha keyfiyyətli və daha dəqiq parametrlərə cavab verən məhsulların alınmasına səbəb olur. Bu çox vacibdir".

Onun sözlərinə görə, rəqəmsallaşma həm məhsulun keyfiyyətinə müsbət təsir edir, həm də əməyin məhsuldarlığını, istehsal olunan məhsulun miqdarını artırır. "Bu baxımdan vacibdir. Çünki insan müəyyən dərəcədə səhv edə bilər. Amma kompüterləşdirmə, rəqəmsallaşdırma səhvlərin aradan qaldırılmasına səbəb olur və o səhvlər təkrarlanmaya bilər",- deyə Y. Qəhrəmanlı vurğulayıb.

Professor qeyd edib ki, "Petkim" neft-kimya kompleksində də rəqəmsallaşmanın tətbiqi böyük təcrübə qazandırır. "Burada əldə olunan zəngin təcrübə imkan verəcək ki, Azərbaycanda sənayedə rəqəmsallaşmanı tətbiq edək. Bu təcrübə texnologiyaların Azərbaycanda tətbiqinə təkan verəcək",- o əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 374   Tarix: 28 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 379
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 476
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

15:44 67
.

Əri tərəfindən başı kəsilən Sevincin TOY GÖRÜNTÜLƏRİ - VİDEO

Xəbər verdiyimiz kimi aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib. O, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb. Yaxınlarının sözlərinə görə, altı il öncə ailə quran Sevinc qaynının ailəsindəki söz-söhbətə görə döyülübmüş

10:14 843
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 283
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

14:21 206
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

15:45 78
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 269
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1647