Ekspert: "Yaxın illərdə bütün hərbçilər mənzillə təmin olunacaqlar"

Ekspert: "Yaxın illərdə bütün hərbçilər mənzillə təmin olunacaqlar""Silahlı Qüvvələrdə 1992-ci ildən etibarən 20 il və daha çox qüsursuz xidmət etmiş 1279 hərbi qulluqçuya Azərbaycan Prezidentinin Fərmanı ilə Bakıda, Gəncədə, Naxçıvanda mənzillər verilib. Bundan başqa, 2019-cu il ərzində 200-dən çox xidməti mənzil hərbi qulluqçuların istifadəsinə verilib. Bu prosesin 2020-ci ildə də davam etdirilməsi planlaşdırılır".

"Report" xəbər verir ki, bunu hərbi ekspert Ramil Məmmədli deyib.

O vurğulayıb ki, hərbçilər ölkə üzrə qeydiyyat və ya xidməti ərazi üzrə mənzillərlə təmin olunurlar: "Ümumiyyətlə, dövlətin qarşısında duran əsas məqsəd hərbi qulluqçuların mənzil problemlərinin həlli məsələsini sona çatdırmaqdır. Dövlət proqramına əsasən, yaxın illərdə bütün hərbi qulluqçular mənzillə təmin olunacaqlar".

Hərbi ekspert bildirib ki, Azərbaycan Ordusu formalaşdığı ilk illərdə hərbi qulluqçuların mənzillə təminatı sahəsində ciddi problemlər mövcud olub: "Hətta Sovet dövründən miras qalan hərbi şəhərciklərin demək olar, əksəriyyətində işğal olunmuş ərazidən məcburi köçkün düşmüş soydaşlarımız yerləşdirildiyindən hərbçilərin böyük hissəsi mənzil problemi ilə üzləşirdi.

Hərbi ekspert Ramil Məmmədli:

"Artıq ev-mənzil problemi olmayan hərbçi öz xidməti fəaliyyətini rahat şəkildə, əlavə çətinliklər olmadan davam etdirir"

2000-ci illərin əvvəllərindən başlayaraq ölkə rəhbərliyi hərbçilərin mənzil probleminin həlli ilə bağlı qanunvericilik bazasını yenilədi. Prezident İlham Əliyevin 2011-ci il 28 dekabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Komissiya yaradılıb. Həmin komissiya mərhələli şəkildə hərbçilərin bu istiqamətdəki problemlərinin həlli ilə bağlı tədbirlər həyata keçirir. Yeni şəhərciklər inşa edilir, torpaq sahələri verilir və hərbçilər xidməti mənzillərlə təmin olunurlar".

R.Məmmədli bildirib ki, istənilən vətəndaş üçün mənzillə təminatı onun həyatının prioritet hissəsidir: "Hərbçilərdə isə bu bir qədər də vacib məsələdir. Çünki həyatını dövlətin təhlükəsizliyi və müdafiəsinə həsr edən şəxsin yüksək gəlir əldə etməsi bir qədər real deyil. Bu baxımdan dövlət müxtəlif formada hərbçilərin mənzil problemlərini həyata keçirir. Bu, dünyanın bir çox ölkəsində belədir. Azərbaycan da müstəqilliyinin ilk illərində bu məsələdə maneələrlə qarşılaşsa da, göründüyü kimi, indi bu problem öz həllini tapıb. Əlbəttə ki, hərbçilərin mənzillə təminatı onların xidmətinə də müsbət təsir göstərir. Artıq ev-mənzil problemi olmayan hərbçi öz xidməti fəaliyyətini rahat şəkildə, əlavə çətinliklər olmadan davam etdirir. Yəni hərbçi öz ailəsinin məskunlaşması - yaşayışı ilə bağlı hər hansı əziyyət çəkmir. Dövlətin hərbçilərin mənzillə təminatı məsələsində əsas məqsəd elə budur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 845   Tarix: 27 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: "Artıq gedə biləcəyimiz bir məzar var" - VİDEO

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş 73 nəfərin şəxsiyyətini, basdırıldığı yerləri müəyyənləşdirib. Onlardan biri də Seyfəddin Nəcəfov olub. O, 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə əsir düşüb. Onun qızı Aytəkin Nəcəfova isə 30 il ata həsrət

30.04.2024 495
.

"Yaprak dökümü"nün Oğuzu oğulları ilə - FOTO

"Yaprak dökümü" serialının Oğuzu Tolga Karelin oğulları ilə şəkli yayılıb. xəbər verir ki, aktyor görüntünü sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, o, uzun müddətdir Amerikada yaşayır

30.04.2024 1646
.

Pakistanda güclü yağışlar nəticəsində 17 nəfər öldü

Pakistanın şimal-qərbində yerləşən Xyber-Paxtunkhva əyalətində güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, güclü yağışlar nəticəsində 17 nəfər həlak olub, 23 nəfər xəsarət alıb. Bu barədə Pakistanın "Associated Press of Pakistan" (APP) rəsmi xəbər agentliyi məlumat yayıb. Yağışlar səbəbində

30.04.2024 233
.

Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub. -ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlə

30.04.2024 710
.

Parisdə yanğın oldu: 3 ölü

Fransanın paytaxtı Parisdə binada yanğın olub. BİG.AZ xəbər verir ki, hadusə nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Əraziyə yanğınsöndürən və polis cəlb olunub. Yanğın briqadaları müdaxilə edərək binanın 6-cı və 7-ci mərtəbələrini bürüyən yanğını söndürüblər. Məlumata görə, yanğın binanın 7-c

30.04.2024 146
.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. BİG.AZ xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saa

12:53 488
.

ABŞ-də axtarışa getdikləri evdə silahlı hücum nəticəsində 4 polis ölüb

ABŞ-nin Şimali Karolina ştatında axtarış aparmaq üçün getdikləri evdə silahlı hücuma məruz qalan polislərdən 4-ü ölüb, 4-ü isə yaralanıb. xəbər verir ki, Şimali Karolina ştatının Şarlotta şəhərində axşam saatlarında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşlarına silahla hücum edilib

30.04.2024 294
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

14:22 114
.

Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər öldü

Kolumbiyada hərbi helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 9 əsgər ölüb. Bolivar inzibati ərazi dairəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğramış Mİ-17 HK3395 tipli hərbi helikopterdə olub. Ölənlər arasında 1 general və 8 hərbçi həlak olub. Kolumbiya prezidenti Qustavo Petr

30.04.2024 165