Son 15 ildə Azərbaycanda bu xəstəliyə rast gəlinməyib

Son 15 ildə Azərbaycanda bu xəstəliyə rast gəlinməyibCüzam bakterial infeksiyadır. Onun törədicisi vərəm çöpləri ilə çox oxşardır. Həmin xəstəlik isti ölkələrdə daha çox yayılıb. Mütəxəssislər bildirirlər ki, cüzam xəstəliyi səbəbindən vəfat edənlərin nəşləri yandırılmalıdır. Çünki cüzamın törədiciləri ən azı 2, ortalama isə 9-20 il ərzində sağ qala bilirlər. İnfeksiya hava-damcı vasitəsilə yoluxur.

Bu barədə Azərbaycan Tibb Universitetinin Dermatonevrologiya kafedrasının dosenti, həkim-dermatonevroloq Səbinə Əhmədova məlumat verib.

Bu xəstəliyin müxtəlif formalarının olduğunu deyən həkim-dermatonevroloq bildirib: "Xəstəliyin vərəmə oxşar olan tipi tuberkloid xoşxassəlidir. Daha ağır forması lipromatoz tipdir. Cüzamın digər forması isə dəqiqləşdirilməmiş tip adlanır və onun gedişatı həm vərəmə, həm də cüzama çox oxşayır. Son 10-15 il ərzində Azərbaycanda cüzamın ağır formalarına rast gəlinməyib. Ölkəmizdə dispanser qeydiyyatında olan cüzamlı xəstələrin əksəriyyəti yüngül və müalicəyə tabe olunan formadan əziyyət çəkirlər. Həmin xəstəliyə mübtəla olanlar Bakının Umbakı qəsəbəsi ərazisində yerləşən Respublika Cüzam Xəstəxanasında dövlət vəsaiti hesabına müalicə edilirlər".

Bu xəstəliyin yüngül tipi olan tuberkloid tipinin ləkələrlə, nadir hallarda isə düyüncüklərlə səciyyələndiyini vurğulayan Səbinə Əhmədova deyib: "Lipromatoz tip cüzam nəzərəçarpan klinik əlamətlərlə - "şir üzü" siması, caynaqlı, sallanan əl, pəncədə olan xoralar ilə xarakterizə olunur. Cüzamın bu forması bədxassəli sayılır və yoluxuculuğa daha çox meyillidir. Belə tipdən əziyyət çəkən xəstələr çox azdır. Xəstəliyin bu növü klinik baxımdan ləkələrlə səciyyələnir, müəyyən vaxtdan sonra isə həmin ləkələrin üzərində qabarcıqlar, yəni, lipromalar əmələ gəlir. Lipromalar üzərində hissiyyat – temperatur və ağrı hissiyyatı itir. Xəstələrdə həm nevroloji, həm də dermatoloji əlamətlər müşahidə olunur".

S.Əhmədovanın sözlərinə görə, cüzam daha çox immuniteti zəif olan insanlarda rast gəlinir, brusellyoz, vərəm, onkoloji xəstəliklərdən əziyyət çəkənlər və uşaqlar arasında yoluxma riski daha yüksəkdir "Bu xəstəlik bakterial infeksiya olduğuna görə uzunmüddətli xüsusi antibiotiklərlə müalicə edilir. Cüzam xəstələri profilaktika üçün izolyasiya olunmalı, diaqnoz dəqiqləşdirilənə və onlar tam sağalana qədər xüsusi şəhərciklərdə saxlanmalıdırlar. Bütün dünyada olduğu kimi, Azərbaycanda da belə məkan mövcuddur və paytaxtın Umbakı qəsəbəsində yerləşir. Həmin şəhərcikdə xəstələr üçün hər bir şərait yaradılıb.

Azərbaycanda yaşam səviyyəsi, qida məhsullarının keyfiyyəti yüksək olduğundan ölkəmizdə belə xəstələrin sayı azdır. Çünki cüzam xəstələrinin sayının çoxluğu həmin ölkədə qida məhsullarının keyfiyyətinin və yaşayış səviyyəsinin aşağı olmasının göstəricisidir", - deyə həkim-dermatonevroloq qeyd edib.

Mütəxəssis bildirib ki, ata və ana cüzamlı olsalar da, ana bətnindəki uşaq sağlam olur. Çünki xəstəlik qan vasitəsilə anadan dölə keçmir.(AzərTAc)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2750   Tarix: 26 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aytən Səfərova və qızı Ayza - FOTO

Aytən Səfərova qızı Ayza ilə birgə çəkilmiş fotosunu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. "Yeni Sabah" xəbər verir ki, aparıcı sözügedən görüntünü şəxsi instaqram hesabında yayımlayıb. Ayza hazırda Türkiyədə təhsil alır. Aparıcının ondan başqa 2 oğlu var

17.12.2025 515
.

İki paraşütçü göydə bir-birinə çırpılıb öldülər

İtaliyada iki təcrübəli paraşütçü faciəvi şəkildə ölüblər. xarici mediaya istinadla bildirir ki, hadisə dekabrın 14-də Fano şəhərində qrup halında həyata keçirilən tullanış zamanı qeydə alınıb. Tullanışda iştirak edən 70 yaşlı Ermes Zampa və 63 yaşlı Violetta Layketsion təxminən 30 metr yüksəklikdə havad

17.12.2025 285
.

Bu Mərkəzin operatoru dələduzluğa görə həbs edildi

Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kompüter operatoru Z.Sevdimalıyeva dələduzluq cinayətinə görə həbs edilib. Qaynarinfo-nun məlumatına görə, Hacıqabul Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq - şəxs tərəfindən ö

17.12.2025 207
.

Dördüncü uşağa görə ipoteka krediti silinə bilər - Bu ölkədə

Rusiyada ailədə dördüncü uşağın doğulması ilə ipoteka krediti tamamilə silinə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Nina Ostanina " "ya bildirib. "Hər növbəti uşağın doğulması ilə ipoteka kreditinin bir hissəsinin, dördüncü uşağın doğulması il

17.12.2025 269
.

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməs

10:59 81
.

NATO və Avropaya ABŞ Konqresindən güclü dəstək

ABŞ Konqresinin yuxarı palatası olan Senat rekord səviyyədə yüksək - 901 milyard dollar həcmində müdafiə büdcəsini nəzərdə tutan qanun layihəsini qəbul edib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, sənəddə Ukraynaya dəstək də yer alır. Qanun layihəsi 77 lehinə, 20 əleyhinə səslə təsdiqlənib. İndi sənə

10:54 80
.

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"

17.12.2025 319
.

ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi təsdiqlədi - bu, indiyə qədər ən böyük paketdir

ABŞ çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Çinin artan hərbi təzyiqi altında olan ada üçün ABŞ-ın indiyə qədər ən böyük silah paketidir. Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təklif olunan silah satışın

11:14 0
.

Tarix Əliyev: "Botokslu qızları necə birinci seçirsiniz?"

Xəbər verdiyimiz kimi bir neçə gün öncə "Best model of Azerbaijan" gözəllik müsabiqəsi keçirilib. Müsabiqənin 2025-dəki qalibləri Əli Həsənovla və Günel Dəmirova olub. xəbər verir ki, aparıcı, prodüser Tarix Əliyev qərara etirazını bildirib. O bildirib ki, gözəllik yarışmasına qatılan xanımla

17.12.2025 369
.

TOP MP3