Cəriməsi olan sürücü və piyadalar sərhədi keçə bilməyəcəklər - YENİ TƏLƏB - VİDEO
Xarici ölkə qeydiyyatlı avtomobillə Azərbaycan ərazisində qaydaları pozan, amma cəriməsini ödəməyən sürücülər sərhədi keçə bilməyəcəklər.
Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, əvvəllər xarici ölkə qeydiyyatlı avtomobillərin sürücüləri Azərbaycana gələrkən qaydaları kobud şəkildə pozub sonra da sərhədi rahat keçə bilirdilər. Artıq həmin sürücülərin qayda pozuntuları xüsusi texniki vasiələrin köməyi ilə qeydə alınır. Hətta bir neçə gündür ki, Baş Dövlət Yol Polisi İarəsinin mərkəzi informasiya sistemi sərhəd-keçid məntəqələrinə inteqrasiya edilib. Odur ki, həmin sürücülərin qayda pozuntularını sərhəd-keçid məntəqələrinin əməkdaşları da görə bilirlər.
Qeyd edək ki, bu qayda təkcə xarici ölkə qeydiyyatlı avtomobillərə yox, o cümlədən Azərbaycan dövlət nömrə nişanlı avtomobil sürücülərinə də aiddir.
Kamran Əliyev onu da bildirib ki, Azərbaycan qeydiyyatlı avtomobillərin sürücülərinə, törətdikləri inzibati xəta ilə bağlı ətraflı məlumat ''sms''lə göndərilir. Amma xarici ölkə qeydiyyatlı avtomobillərin sürücülərinə bu hələ ki, mümkün deyil.
Onu da qeyd edək ki, bazalar inteqrasiya edilmədən əvvəl xarici ölkə qeydiyyatlı avtomobillə Azərbaycanda qayda pozan sürücü öz ölkəsinə qayıdıbsa, o, yenidən maşınla gələndə sərhəddə cəriməsini ödəyəcək. Və yaxud da qayda pozduğu avtomobili başqa bir şəxsə satıbsa, avtomobilin yeni sahibi Azərbaycana gələrkən inzibati xətanın cəriməsini ödəmədən daxil ola bilməyəcək. Kamran Əliyev bildirib ki, yeni qaydalar qanunu pozan piyadalara da aiddir. Yəni şəxs əgər inzibati qaydada cərimə olunubsa, cəriməsini ödəmədən sərhədi keçməsinə icazə verilməyəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1231 Tarix: 25 yanvar 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi
Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira
11:05 194 Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto
Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl
13:02 188 Putinin "əməliyyatlar davam edəcək" bəyanatının arxasındakı mesaj
"Putinin "əməliyyatlar davam edəcək" bəyanatı əslində cəbhədən çox Kreml divarlarına ünvanlanmış mesajdır. Bu açıqlama Rusiyanın qısa müddətli qələbə planlarının artıq iflasa uğradığını dolayısı ilə etiraf edir. Müharibə sürətli hücum mərhələsini geridə qoyub və resursları yeyən, uzanan
14:55 77 Avropa İttifaqı Şurası: Gürcüstanın üzvlük prosesi dalana dirənib
Avropa İttifaqı Şurası bəyan edib ki, Gürcüstanın Aİ-yə inteqrasiya prosesi ölkə hakimiyyətinin avrointeqrasiyaya sarsılmaz sadiqliyini nümayiş etdirənədək dayandırılıb. Bizim.Media xəbər verir ki, bəyanatda demokratiya, insan hüquqları və hüququn aliliyi sahələrində ciddi geriləmənin müşahidə edildiy
17.12.2025 240 Xəlil Göyüşov şadlıq sarayında camış ətinin verilməsindən danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."
"Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov sahibi olduğu "Ramin-Nur" şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim olunaraq istehlakçıların aldadılmasından danışıb. İş adamı Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatdan naraz
12:24 174 Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)
Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"
17.12.2025 382 ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi təsdiqlədi - bu, indiyə qədər ən böyük paketdir
ABŞ çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Çinin artan hərbi təzyiqi altında olan ada üçün ABŞ-ın indiyə qədər ən böyük silah paketidir. Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təklif olunan silah satışın
11:14 142 Yusif az qala, Şəkinin yarısını alıbmış... - Evlər, obyektlər, maşınlar...
"Qumar kralı" kimi tanınan Yusif Baqiyevin böyük sərvətə yiyələndiyi üzə çıxıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilən Baqiyevin təxminən 10 milyon manat dəyərində əmlakı istintaq nəzarətinə götürülüb. "Qafqazinfo" Şəkili Yusifin üzərin
11:25 249 Salyanda yol qəzasında ölən sürücü hərbçi imiş
Bu gün səhər saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsində sürücü həyatını itirib. -ın "Unikal"a istinadən məlumatına görə, qəzada ölən 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu hərbçi olub. Mərhum Vətən müharibəsində iştirak edib
11:58 198