Almaz Mustafayeva yubileyə hazırlaşır

Almaz Mustafayeva yubileyə hazırlaşırYanvarın 25-i saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Almaz Mustafayevanın 70 illik yubileyinə həsr olunan mərasim keçiriləcək.

BiG.AZ xəbər verir ki, yubiley mərasiminin quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir. Qeyd edək ki, hər zaman orijinal, fərqli tədbirlər hazırlayan yaradıcı heyət aktrisanın əlamətdar gününü də qeyri-adi üslubda təqdim edəcək. Son dərəcə maraqlı, teatrlaşdırılımış yubiley tədbirində aktrisanın ömür və yaradıcılıq yoluna nəzər salınacaq. Yubiley mərasimində teatrın bütün kollektivi çıxış edəcək və səhnədən yubileyara təbriklər ünvanlanacaq. Həmçinin ekranda Almaz Mustafayevanın sənət fəaliyyətini əks etdirən fotolar, kadrlar nümayiş ediləcək.

Qeyd edək ki, Almaz Mustafayeva 1949-cu il oktyabrın 1-də anadan olub. Uşaqlıqdan sənət aləminə qədəm qoyan aktrisa, "Sehirli xalat" filmində ifa etdiyi obrazla hər kəsin sevimlisinə çevrilib. Almaz Mustafayeva kinoda və teatrda maraqlı, biri-birindən seçilən fərqli obrazlar ifa edib. Eyni zamanda müasir seriallarda canlandırdığı obrazlarla da aktrisa çağdaş tamaşaçıların qəlbinə yol tapıb.

50 ildir Gənc Tamaşaçılar Teatrında çalışan Almaz Mustafayevanın ailəsi də sənətə, Azərbaycan Teatrına xidmət edir. Sənətkarın hər iki oğlu Mustafa və Tural Mustafayevlər teatr sənətimizin inkişafı üçün çalışır, rəssam və rejissor kimi fəaliyyət göstərirlər.

Almaz Mustafayeva 1997-ci ildə "Qızıl Dərviş" mükafatına, 2013-cü ildə isə Əməkdar artist Fəxri adına layiq görülüb.

Almaz Mustafayeva yubileyə hazırlaşır


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1689   Tarix: 23 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609