Metyu Brayza: "Azərbaycanda həqiqətən ciddi islahatlara start verilib" - MÜSAHİBƏ

Metyu Brayza: "Azərbaycanda həqiqətən ciddi islahatlara start verilib" - MÜSAHİBƏABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayzanın (Matthew Bryza) "Report"un Fransa bürosuna müsahibəsi:

- Dünya İqtisadi Forumu çərçivəsində keçirilən Xəzər Həftəsində iştirak etmək üçün İsveçrənin Davos şəhərindəsiniz. Bu qlobal ideyalar platformasında çıxışlarınız zamanı əsasən hansı mövzulara toxunacaqsınız?

- Forum çərçivəsində 3 paneldə iştirakım nəzərdə tutulub. Bunlardan birincisi Xəzər dənindən təbii qaz kəmərinə həsr olunan paneldir. Daha sonra, Orta Asiyanı Cənubi Qafqaz və dünyanın digər hissələri ilə birləşdirən Xəzər dənizindən keçən ümumi dəhliz panelində və sonda Türkmənistan, Pakistan, Əfqanıstan, Hindistanı əhatə edən təbii qaz boru kəmərinə həsr edilən paneldə öz fikirlərimi bölüşəcəyəm. Mənim mövzum böyük infrastruktur layihələrdir ki, bunlar həm yük, həm enerji resursları, həm də insanların daşınmasını təşkil edir. Ölkələrin həm müstəqil şəkildə, həm də birgə fəaliyyətlərinə yol açan siyasətlər barədə öz rəy və tövsiyələrimi verəcəyəm.

Metyu Brayza: "Azərbaycanda həqiqətən ciddi islahatlara start verilib" - MÜSAHİBƏ- Azərbaycanda son zamanlar aparılan sosial-iqtisadi islahatlar haqqında nə düşünürsünüz?

- Hesab edirəm ki, iqtisadi böhran, neftin qiymətinin düşməsi və beləliklə, manatın məzənnəsinin zəifləməsindən Azərbaycan Prezidenti 2014-cü ildə bacarıqla istifadə edərək yeni təşəbbüslərə üz tutub və büdcənin tələblərinə adekvat yeni tədbirlərə imza atıb.

Hesab edirəm ki, Azərbaycan Prezidenti bir sıra əhəmiyyətli islahatalar həyata keçirib. Biznesin həyata keçirilməsinin asanlaşdırılması, müştəri xidmətlərinin səmərəliləşdirilməsi üçün vacib olan sənədlərin elektronlaşdırılması həyata keçirilir. Təhsil sistemində islahatlara start verilib, dövlət strukturlarında bir sıra səmərəliləşdirilmə işləri həyata keçirilib. Çox yaxşı haldır ki, islahatlar vergi sisteminə qədər uzanır. Görünür ki, Azərbaycanda həqiqətən ciddi islahatlara start verilib. Azərbaycan hökuməti maliyyə böhranından bəhrələnməyə çalışır. Nazirlər qənaətkar və şəffaf olmaq məcburiyyətindədirlər.

Daha bir əhəmiyyətli islahat siyasi sahəni əhatə edir ki, bu da parlament seçkilərində özünü göstərir. Çox gözəl haldır ki, Azərbaycanda Parlamenti buraxılıb. Burda əsas məqsəd, mənim başa düşdüyüm qədər, gənc nəsli irəli çəkmək, onlara yol verməkdir.
Metyu Brayza: "Azərbaycanda həqiqətən ciddi islahatlara start verilib" - MÜSAHİBƏ- Azərbaycanın həyata keçirdiyi enerji layihələri barədə fikirləriniz necədir?

- Bir sıra enerji dəhlizləri var ki, əhəmiyyətlidir. Onlar arasında ən çox da Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri şəxsən mənim üçün çox böyük əhəmiyyət kəsb edir. İlk növbədə deyim ki, mən onların strateji xarakterinə inanıram. Şəxsi həyatıma gəldikdə isə, onlar mənim həyatımın axarını dəyişiblər. Onların səbəbindən mənim xanımım bu gün Türkiyədə yaşayır. Öz şəxsi qayğılarımı bir qırağa qoyum. Əlbəttə ki, bu kəmərlərin Azərbaycana olduqca böyük xeyiri dəyib. Ondan başlayım ki, bu kəmərlər Avropanın istər təbii qaz, istərsə də neftlə təmin olunmasına kömək edib.

Bu kəmərlərin Azərbaycanın iqtisadiyyatının yüksəlməsində rolu böyük olub. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin istifadəyə verilməsindən sonra Azərbaycan misli görünməmiş iqtisadi təkamül dövrünü yaşamağa başlayıb.

Ən əsası isə fikrimcə, enerji kəmərlərinin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsindəki rolu böyükdür. Onlar istər fiziki olsun, istərsə də iqtisadi birlik yaratmağa xidmət ediblər. Beləliklə, bu inkişaf sayəsində Azərbaycan Türkiyə, Avropa İttifaqı ilə böyük bazar münasibətlərinə girməyə nail olub. Daha əsas olan isə bu gün Azərbaycanın bu uğurlarını davam etdirə bilməsidir. Bu gün Azərbaycan Trans-Atlantik və Trans-Xəzər icmalarında böyük rol oynayır.

Çox sevindirici haldır ki, Xəzər dənizi vasitəsilə fiber-optik kabelin çəkilişinə başlanıb. ABŞ-ın "Amazon", "Netflix" və digər aparıcı şirkətləri Cənubi Qafqazda təmsil olunurlar və Orta Asiya istiqamətində irəliləyirlər. Bütün bununla demək istəyirəm ki, dünyanın bu hissəsi özünün ən əlamətdar dövrünü yaşamaqdadır.
Metyu Brayza: "Azərbaycanda həqiqətən ciddi islahatlara start verilib" - MÜSAHİBƏ- Fikrinizcə, 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaqmı?

- Bu il ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunacağı ilə bağlı elə də nikbin fikirdə deyiləm. Amma halbuki, keçən il yaxşı başlamışdı. Ermənistanın baş naziri adama elə təsir bağışlayırdı ki, yeni yoldadır, yeni nəsə etmək istəyir. Adamda məsələyə yeni yanaşma tətbiq etmək təəssüratı yaradırdı. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı görüşləri də baş tutmuşdu. Liderlər əhalini sülhə hazırlamaq, atəşkəslə bağlı razılığa daha ciddi əməl olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparmışdılar. Görünürdü ki, tərəflər qarşılıqlı inam yaratmağa çalışırlar. Amma sonra nəsə baş verdi. Sizə deyim ki, Ermənistanda bütün siyasi sistem Dağlıq Qarabağ "klan"ından ibarətdir. Paşinyana siyasi hücumlar başladı. Ona hətta hədə-qorxular olundu. Beləliklə, ilin ortalarında o dəyişdi. Ermənistan mənasız bəyanatlar verdi. "Dağlıq Qarabağ müstəqildir", yaxud "Ermənistanın bir hissəsidir" kimi bir-birinə zidd fikirlər səsləndirməyə başladılar. Dağlıq Qarabağ isə sözsüz ki, Azərbaycanındır. Beynəlxalq hüquq normaları ilə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Ona görə də mən bu məsələdə bədbinəm. Çünki Paşinyanın məcbur olunduğu aydın görünür və bu da məsələnin siyasi həllini qeyri-mümkün edir. Əgər Paşinyan güclü biri olsa, təbii ki, 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapa bilər. Çünki mən görmüşəm və bilirəm ki, rəsmi Bakı münaqişənin həllinə nail olmaq üçün danışıqlara hazırdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 688   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Nigar Arpadarai tapılmır" - Seçicilər

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il

07.05.2024 1185
.

Paşinyan Moskvaya gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də Ali Avrasiya İqtisadi Şurasının iclasına sədrlik etmək üçün Moskvaya gedəcək. xəbər verir ki, Paşinyan mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəyini deyib. "Görüş zamanı biz həm ikitərəfli, həm də çoxtərəfli münasibətləri

07.05.2024 212
.

Tanzaniyada qayığın batması nəticəsində 5 nəfər ölüb

Şərqi Afrika ölkəsi Tanzaniyanın Hind okeanı sahillərində qayığın batması nəticəsində 5 nəfər ölüb, 6 nəfər itkin düşüb. xəbər verir ki, rəsmilər Tanqa bölgəsində Panqaniyə gedən qayıqdan düşərək boğulan 5 nəfərin cəsədinin Keniyanın Mombasa sahillərində sürünərək sudan çıxarıldığını bildirib. 6 nəfəri

07.05.2024 184
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində baş verib. Belə ki, Qarada

07.05.2024 1116
.

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb. xəbər verir ki, Çinin Sinxua agentliyinin xəbərinə görə, hücum Yunnan əyalətinin Kaotonq əyalətindəki Cinxiong Rayon Xalq Xəstəxanasında bıçaqla həyata keçirilib. Səlahiyyətlilər hücumda 10-dan çox adamın öldüyünü bildirib və hücum edəni

07.05.2024 346
.

Vəzifəsindən azad edilən keçmiş baş nazir: "Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər"

Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Məsələ ilə bağlı -a danışan Novruz Məmmədov bildirib ki, öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad edilməsin

07.05.2024 485
.

Braziliyada daşqın oldu: 84 ölü, 111 itkin

Braziliyanın cənubunda yerləşən Rio-Qrandi-du-Sul ştatında ötən həftədən bəri effektiv olan yağışlar nəticəsində daşqın olub. BİG.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 84 nəfərə, itkin düşənlərin sayı isə 11 nəfərə çatıb. Bu barəfə Ştatın Mülki Müdafiə nazirliyi açıqlama edib. Yağışla

07.05.2024 150
.

Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO

Müğənni Nadir Qafarzadə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbər bildirilib. Qeyd edilib ki, sənətçi səhhətində problem yarandığından hazırda xəstəxanadadır və onun təzyiqi dünən 190-dan çox olub. Sənətçi ilə canlı bağlatı yaradılacaq

07.05.2024 616
.

"Tərtər işi" ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib

Bu gün Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəm

07.05.2024 269