Bakı sakinlərinin çoxdan gözlədiyi XOŞ XƏBƏR - Zooparkın açılış vaxtı bilindi

Bakı sakinlərinin çoxdan gözlədiyi XOŞ XƏBƏR - Zooparkın açılış vaxtı bilindiPaytaxtda turistlər və sakinlərin ən çox üz tutduğu yerlərdən biri olan Bakı Zooparkındakı tikinti işləri yay aylarının sonunda istifadəyə veriləcək.

Bunu BAKU.WS-ə Bakı Zooloji Parkının tikinti-layihə rəhbəri Ramin Vəliyev bildirib.

Onun sözlərinə görə, Bakı Zooparkı tamamilə sökülüb və yenidən tikinti işləri aparılıb: "Bildiyiniz kimi Bakı Zooparkı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən tikilir. Biz yenidənqurma işləri ilə məşğuluq. Bakı Zooparkı yerlə bir söküldü və yenidən tikinti işləri aparılır.

Yay aylarının sonunda zoopark hazır olmalıdır. Hazırda layihələndirmə işləri gedir. Dünya zooparkları ilə işlər aparılır, hamısında nümayəndələrimiz olub. Bakı Zooparkı heç birinin oxşarı və təkrarı olmayacaq. Təbii təcrübə kimi beynəlxalq standartlardan istifadə olunur. Keçmiş zooparkdan heç nə qalmayıb və yenisi çox gözəl görkəmdə olacaq. Ərazisi də 4,5 hektar olub.

Əvvəl heyvanların saxlanma yeri az idi, indi bu, daha çox olacaq. Amma dəqiq sayı demək mümkün deyil. Biz Avropa Heyvanlar Assosasiyasına daxil olmaq istəyirik. Ora daxil olandan sonra heyvanlar mübadiləsi gedir. Amma əlavə valierlər tikilir ki, gələcəkdə heyvanların sayı artırılsın".

Layihə rəhbəri həmçinin deyib ki, zooparkda seminar zalı da fəaliyyət göstərəcək: "Yeni zooparkın içində uşaqlar və turistlər üçün yeni restoranlar, əyləncə mərkəzləri fəaliyyət göstərəcək. Bunlar barədə ətraflı danışa bilməsək də, amma yeni zoopark əvvəlkindən iki dəfə böyüyəcək və çox maraqlı olacaq. Zoopark ərazisində həm də 60 uşağın iştirak edə biləcəyi seminar zalı da fəaliyyət göstərəcək.

Yeni zooparkda insanların yerini məhdudlaşdırıb, heyvanların yerini genişləndirmişik. Əvvəllər heyvanlar qəfəslərdə və bağlı bir məhdud yerdə idi, insanlar isə açıq yerdə idi. İndi tamamilə fərqlidir, insanların yeri məhduddur, macəra körpümüz var. Sürpriz olsun deyə bunlar barədə ətraflı danışmırıq. Elə şərait qurulub ki, heyvanlar açıq bir şəkildə təbiətə uyğun yaşasın.

Yeni zooparkın tikintisi başa çatdıqdan sonra heyvanları yenidən ora qaytarmağa və yerləşdirməyə 1-2 ay vaxt sərf olunacaq. Heyvanlar ilkin mərhələdə zooparkda adaptasiya prosesi keçəcək. Daha sonra yeni zooparkda mümkün qüsur və çatışmazlıqların aradan qaldırılmasına baxacağıq. Bu proses tam başa çatdıqdan sonra zoopark istifadəyə veriləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1995   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467