Əlilliyin qiymətləndirilməsində yeni qaydalar AÇIQLANDI

Əlilliyin qiymətləndirilməsində yeni qaydalar AÇIQLANDINazirlər Kabinetinin yeni qərarları ilə "Əlilliyin qiymətləndirilməsi Qaydaları" və "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası" təsdiq edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən BiG.AZ-a verilən məlumata görə, yeni qəbul olunan bu normativ hüququ aktlar göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında bir sıra yenilikləri nəzərdə tutur. Belə ki, yeni qaydalara əsasən, artıq əlillik səbəbi ümumi və xüsusi olmaqla iki qrup üzrə müəyyən edilib. Həmçinin əlillik səbəbləri sırasına dünya praktikasına uyğun olaraq "terror hadisələri ilə əlaqədar" səbəbi də əlavə olunub, əlilliyin qiymətləndirilməsi üçün verilmiş göndərişlərin qüvvədə olma müddəti (1 ay) ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Həmçinin yeni təsdiq edilən "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"na görə göndəriş vermək hüququ maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nazirlər Kabineti ilə razılaşdırmaqla birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyalarına aid olacaq.
Yaxud müvafiq hallarda bu göndərişlər Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilən "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən veriləcək. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilməsi də nəzərdə tutulub.
Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması faktı aşkarlandığı halda, göndəriş üçün stasionar və ambulator müalicə müddəti tələbi də aradan qaldırılır.
Samirə Qasımova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1231   Tarix: 21 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bu səmimilik deyil, sırtıqlıqdır"

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efird

07.05.2024 224
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində baş verib. Belə ki, Qarada

07.05.2024 926
.

Bakıda hoteldə zəhərlənmə: İki nəfər öldü - FOTO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirili

07.05.2024 633
.

Somalidə 8 min insan təxliyə edildi

Somalidə güclü yağışlar səbəbindən insanlar evlərindən təxliyə olunub. BİG.AZ xəbər verir ki, ümumilikdə 8 min insan təxliyə edilib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) bəyanat yayıb. Qeyd edilib ki, yağışlar Hiran bölgəsində effektiv olu

07.05.2024 173
.

Paşinyan Moskvaya gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də Ali Avrasiya İqtisadi Şurasının iclasına sədrlik etmək üçün Moskvaya gedəcək. xəbər verir ki, Paşinyan mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəyini deyib. "Görüş zamanı biz həm ikitərəfli, həm də çoxtərəfli münasibətləri

07.05.2024 118
.

"Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR

İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır. Bu barədə -a Bakı Dövlət Sirkindən məlumat verilib. Bildirilib ki, ənənəyə sadiq qalaraq şounun ilk günü xeyriyy

07.05.2024 187
.

Vyetnamda sendviçdən 560-dan çox insan zəhərlənib

Vyetnamda çörəkbişirmə zavodunda hazırlanan sendviçdən 560 nəfər zəhərlənib. BİG.AZ xəbər verir ki, zəhərlənən insanlar xəstəxanaya yerləşdiriliblər. Onların tam olaraq nədən zəhərləndikləri məlum deyil. BBC-nin məlumatına görə, zəhərlənən 560 nəfərdən 12-nin vəziyyəti ağırdır və indiyədək 200 nəfə

07.05.2024 130
.

Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO

Müğənni Nadir Qafarzadə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbər bildirilib. Qeyd edilib ki, sənətçi səhhətində problem yarandığından hazırda xəstəxanadadır və onun təzyiqi dünən 190-dan çox olub. Sənətçi ilə canlı bağlatı yaradılacaq

07.05.2024 576
.

Yusuf Güney Baləli ilə duet oxuyacaq? - VİDEO

Türkiyəli məşhur müğənni Yusuf Güney Bakıdadır. BİG.AZ xəbər verir ki, o, işgüzar səfərlə bağlı gəldiyini bildirib. Müğənni konsert və yeni mahnılarla bağlı suallara cavablandırıb. İfaçı yerli müğənnilərlə duet oxumağa hazır olduğunu da qeyd edib. Baləlini tanımadığını bildirən müğənni təklif gəlsə

07.05.2024 389