"TikTok" istifadəçilərinə BƏD XƏBƏR: "Məlumatlarınız oğurlana, təhdid olunab ilərsiniz" – VİDEO

"TikTok" istifadəçilərinə BƏD XƏBƏR: "Məlumatlarınız oğurlana, təhdid olunab ilərsiniz" – VİDEODünyada 1 milyarddan çox "TikTok" istifadəçisi var. 75 dildə, 150-dən çox bazarda mövcud olan "TikTok" ötən il ən çox yüklənən tətbiqlərdən olub. İndi isə "TikTok"da 1,5 mlrd nəfəri yaxından maraqlandıran təhlükəsizliklə bağlı boşluq aşkar edilib.

Belə ki, "Check Point" şirkətinin mütəxəssislərinin sözlərinə görə, cinayətkarlar istifadəçilərin hesablarını idarə edə, həmçinin adlar, elektron poçt ünvanları və doğum tarixləri kimi fərdi məlumatlara giriş əldə edə bilir.

ARB TV-nin "Günə doğru" verilişində məsələ ilə bağlı maraqlı sujet hazırlanıb.

Rəşad Əliyev – Ekspert: "Sizin telefon sizin şəxsi məlumatlar olan bir "device"dır. Onun içində sizin şəxsi çəkdiyiniz şəkillər, sizin kontaktlar, sizə aid olan məlumatlar var. Həmin o məlumatları insan əlinə keçirə bilər. Onları istifadə edərək, sizə hədə-qorxu gələ, sizi təhdid edə bilərlər".

Mövcud boşluqlara görə, proqramı yükləyən bütün insanların məlumatlarının məxfiliyi təhlükə altındadır. Platformada aşkar edilən təhlükəsizlik boşluqları, xakerlərin hesabları ələ keçirib kontenti dəyişdirməsinə, videoları silməsinə, videolar yükləməsinə, gizli videoları hər kəsə açıq etməsinə səbəb ola bilər. Həmçinin özəl e-mail adresləri kimi hesaba əlavə edilən şəxsi məlumatları ortaya çıxara bilər.

Rəşad Əliyev – Ekspert: "Proqramı yükləyərkən, sizdən hər hansı icazə istəyir. İcazələr nə ola bilər, sizin smsləri oxumaq, sizin telefon nömrənizi istifadə etmək, sizin adınızdan sms göndərnək, sizin kontakt listinizə icazə olması. Bu tipli icazələr olur, ona görə də o sizin nömrənizi, kontaktlarımızın nömrəsini bilir. Rahatca sizin adınızdan sms göndərmək imkanı əldə edir".

Nurlan Quluzadə - Proqramçı: "Əsasən ən çox itifadə etdiyi öz şəxsi şifrələrini verməməsi daha məqsədəuyğundur. Hansı ki bunlardan birinci "Google" və "Facebook" kimi avtorizasiya sistemləri var ki, bu xidmətlərdən istifadə etsə daha yaxşı olar. Yalnız sosial media hesabları vasitəsilə qeydiyatdan keçə bilərlər və bu zaman öz şəxsi məlumatların ikinci şəxsin əlinə keçməsinin qarşısını ala bilərlər".

"TikTok"dan isə deyirlər ki, onlar istifadəçilərin məlumatlarını qorumaq üçün diqqətlə çalışırlar. Platforma rəhbərliyi dünya miqyasında çalışan təhlükəsizlik mütəxəssislərini bundan sonrakı təhlükəsizlik boşluqlarını aşkar etmək üçün köməyə çağırıb. İstifadəçilərə tətbiqin son versiyasını yükləmək tövsiyyə olunur. Bu halda bütün problemlər aradan qalxacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1426   Tarix: 21 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997