Əfqanıstan İqtisadiyyat naziri: "Lapis-Lazuli" layihəsinin üzərində işlər uğurla davam etdirilir" - VİDEO

Əfqanıstan İqtisadiyyat naziri: "Lapis-Lazuli" layihəsinin üzərində işlər uğurla davam etdirilir" - VİDEO"Lapis-Lazuli" layihəsinin (Lazurit nəqliyyat dəhlizi) üzərində işlər uğurla davam etdirilir".

Bu fikirləri Əfqanıstan İslam Respublikasının İqtisadiyyat naziri Mustafa Mastoor "Report"un Davosa ezam olunmuş müxbirinə bildirib.

"Lazurit" nəqliyyat layihəsi üzərində işlər uğurla davam edir. 2018-ci ilin dekabrında başlamış bu layihə sayəsində Əfqanıstandan artıq iki dəfə yük nəql edilib. Bu layihə üzərində çalışan bütün ölkələrə, habelə Azərbaycana minnətdarıq. Layihənin başa çatdırılması məqsədi ilə viza, gömrük və bu kimi digər inzibati məsələləri həll etmək üzrəyik. Bundan sonra Iayihənin uğurlu fəaliyyətini təmin etmiş olacağıq", - nazir qeyd edib.

Nazir Azərbaycanın böyük potensialı olan ölkə olduğunu və Əfqanıstanda bir çox sahələrin inkişafına öz töhfəsini verə biləcəyini bildirib:

"Azərbaycan ilə Əfqanıstan arasında əlaqələr həmişə yüksək səviyyədə olub və bu gün ikitərəfli əlaqələrimiz tarixdə ən parlaq dövrünü yaşayır. Hesab edirəm ki, Azərbaycan Əfqanıstanla bağlı müxtəlif məsələlərdə, xüsusilə ölkənin siyasi və iqtisadi həyatında daha yaxından rol oynaya bilər. Bunun üçün Azərbaycan böyük potensiala malikdir. Azərbaycan Əfqanıstanda sülhün bərpa olunmasına öz töhfəsini verə bilər. Bundan başqa, neft-qaz, nəqliyyat məsələlərində Azərbaycan böyük uğurlar əldə edib. Turizm sahəsində də Azərbaycan güclüdür və öz təcrübəsi sahəsində Əfqanıstana investorlar cəlb edə bilər".

Xatırladaq ki, Lapis-Lazuli marşrutuna dair beştərəfli Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanıb. Sazişdə iştirakçı ölkələrin nəqliyyat infrastrukturunun (avtomobil, dəmir yolu və dəniz nəqliyyatı) modernləşdirilməsi, həmçinin gömrük prosedurlarının asanlaşdırılması nəzərdə tutulur. Avtomobil, dəmir yolu və dəniz marşrutu ilə yükdaşımalarını ehtiva edən Lazurit dəhlizi yüklərin Əfqanıstandan və Asiyadan Avropaya çatdırılması üçün ən əlverişli və ucuz marşrutdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 717   Tarix: 21 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 221
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 514
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 380
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 98
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 148
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 421
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 179
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 173