Film kimi oğurluq: Azərbaycanlı naməlum istiqamətə aparıldı və...

Film kimi oğurluq: Azərbaycanlı naməlum istiqamətə aparıldı və...

Rusiyanın Peterburq şəhərinin Petrodvortsovıy rayonunda azərbaycanlı oğurlanıb.

Konkretno.ru xəbər verir ki, hadisə dünən axşam saatlarında Prosveşeniya prospektində baş verib.

Beş nəfər naməlum şəxs azərbaycanlıya hücum edərək, onun üzünü bağlayıb və mikroavtobusa mindiriblər. O, üzü bağlı olduğu üçün hara aparıldığını bilməyib.

Cinayətkarlar azərbaycanlını sahibsiz evə gətirərək, orada döyüb və qarət ediblər. Daha sonra onlar həmin şəxsi buraxıblar və ona xəbərdarlıq ediblər ki, polisə müraciət etməsin.

Ancaq kişi cinayətkarlara qulaq asmayıb və Lomonosov şəhərindəki polis bölməsinə gedib. Cinayətkar dəstə azərbaycanlıların iki mobil telefonunu götürüblər, onun üzərində başqa heç nə tapılmayıb.

oxu.az

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 712 Tarix: 14.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər