"Cəmiyyətimizdə qadın beyinli kişilər var..." - Məşhur Psixoloqla MÜSAHİBƏ

"Cəmiyyətimizdə qadın beyinli kişilər var..." - Məşhur Psixoloqla MÜSAHİBƏMəşhur psixoloq Tariyel Faziloğlu Sonxeber.az-ın suallarını cavablandırıb.

- Cəmiyyətimizdə zərif sayılan cinsin nümayəndələri hər zaman nədənsə əziyyət çəkirlər: biri gözəlliyinin verdiyi "eqo"-dan, biri hisslərinin təlatümündən, digəri isə intellektual səviyyəsini nümayiş etdirməkdən. Bunun kimi bir çox xüsusiyyətləri göstərə bilərik ki, bunlar dünya şöhrətli yazarların yaratdığı yaddaqalan obrazlarla və bu gün psixiloji sindromlar adı ilə tanınan xəstəliklərdir. Mövzumuza ümumi nəzər salaq.
- Ümumiyyətlə yaradılış etibarı ilə kişilər rasional, qadınlar emosional yaradılıblar və həyatda yaşadığı müddətdə də kişi və qadınlar bütün məsələlərə yaradılışları mövqeyindən baxırlar. Ona görə də qadınlar bütün işlərini dünən və bu gün üzərində qururlar. Kişilər isə işlərini bu gün və sabah üzərində qurub, yaşayırlar. Qadınla kişinin ortaq yaşadığı an bu gündür. Bu günlə bağlı məsələlərdə kişi və qadınların fikirləri üst-üstə düşür. Dünən və sabah üzərində isə fikir ayrılığı baş verir. Kişilər sabahı düşünəndə heç vaxt keçmiş təcrübələri əsas almır, gələcəklərini bu günün real vəziyyətlərindən çıxış edərək planlayırlar. Qadınlar keçmiş təcrübələrinə əsasən gələcəyini planlayır. Anna Karenina sindromu qadınların məhz keçmiş təcrübəsinə ilişib qalma sindromudur. Nəzər yetirsək, əsərdəki həmin qadın obrazı da yalnız keçmişdə yaşayır və bu günə adaptasiya olmadığına görə ardıcıl olaraq faciələr yaşayır.

- Əsərlərdə olan məşhur qadın obrazlarınını adı ilə qeyd edilən bir neçə psixoloji sindrom var. Onların hamısında qeyd etdiyiniz kimi keçmişə fokuslanma varmı?
- Xeyr, elə deyil. Keçmişə bağlı olmaq məsələsi deyil. Məsələn, Yekaterina sindromu var ki, bu sırf fizioloji sindromdur. Bu sindrom qadınlardakı hormonal pozğunluqdan əmələ gələn, seksual doyumsuzluğun olduğu sindromdur.
Qeyd edim ki, kişilər bu günə fokuslandığı üçün unutqandırlar. Məsələn, onlar qadınlar kimi bir neçə hadisə üzərində fikirlərini cəmləyə bilmir. Misal üçün, deyək ki, kişi televizora baxırsa, ancaq ona fokuslanır. Ətrafda baş verən hadisələr artıq onun diqqət mərkəzindən çıxır.

- Diqqətli bəylər də var amma...
- Bilirsiniz, qadın beyinli kişilər, kişi beyinli qadınlar var. Bəzi qadınlar var ki, rasionaldır. Onlar kişi kimi düşünürlər, adətən davranışları da onlar kimi olur. Bəzi qadın beyinli kişilər də var. Bütün kişi funksiyaları yerindədir, amma beyin olaraq onlarda qadın beynidir. Yəni, belə kişilər qadın kimi davranırlar. Məsələn, həddindən çox ağlayırlar, romantikdirlər.
- Kişilərin romantik olması normal sayılmır?
- Rasional kişinin romantik olması mümkün deyil. Məntiq olmayan heç bir şey kişidə duyğu yaratmır. Məsələn, evdə qadın saçını kəsdirəndən sonra həyat yoldaşının onu görməməsindən şikayətlənir. Qadın deyir ki, mən saçımı kəsdirmişəm, sən onu görmədin. Kişi üçün qadınının saçının kəsilib- kəsilməməyinin bir məntiqi olmadığına görə, ona fikir vermir. Bəzən kişilər sevgili və nişanlı olduğu müddətdə qarşı tərəfin xoşuna gəlmək üçün hər şeyə diqqət edir.
- Nə üçün həmin vaxt diqqətli olurlar, maraqlıdır?
- Burada fokuslanmadan söhbət gedir. Kişi nişanlı olduğu müddətdə nişanlısını itirməməyə fokuslanıb. Ona görə də onun hər bir şeyini görə bilir.
- Kişilər niyə bu qədər diqqət bəxş edərkən, sonrakı ailə dönəmində həmin diqqəti əksildir?
- Çünki fokuslanma dəyişir. Bu dönəmdə fokuslanma ailəvi, məişət və işə aid problemlərə olur.
- Deyirsiniz ki, fokuslanma itir, elədirsə, kişilər niyə kənarda sevgili axtarmağa meylli olur, ona diqqət göstərir. Səbəb?
- Ailə qurandan sonra cinsi akt doyumluluğa çevrilir. Qadın və kişi artıq o həzzi bir-birindən ala bilmirlər. Bir müddətdən sonra həmin həzzi almadığına görə evdəki münasibət sadəcə vəzifəyə çevrilir. Belə olan halda ya qadın və kişi bir-birlərindən ayrılır, ya da cinsi yaxınlaşmaya vəzifə kimi baxmağa başlayırlar. Artıq kişi həyəcanını kənarda axtarır və sevgili adlana şəxs foks mərkəzinə düşür və ona daha çox diqqət ayrılır. İndi hər üç ailədən biri seksual problemlərdən boşanır. Orta hesabla gənc ailənin seksual yaxınlıq müddəti 3 aydan 9 aya qədər hesablanır. Bu baş verdiyi zaman istər- istəməz uzaqlaşma olur. Bu da qarşı tərəfdə şübhələr yaradır.

- Sizcə qadınlar nə istəyir?
- Qadınların nə istədiyini bilmək çox asandır. Burda 4 əsas faktor var. Birincisi, qadın ona sahiblənən bir şəxsin olmasını istəyir, ikincisi, qadınlar özlərini dəyərli hiss etmək istəyir, üçüncüsü qadınlar sevilmək istəyir, nəhayət dördüncüsü qadınlar təhlükəsizlik istəyir.
- Son dövrün ən aktual problemlərindən biri məhz qadınların evdən qaçması hallarıdır. Bir qadın ailəsindən niyə qaçsın?
- Fiziki ehtiyaclar emosional qırılma yaradır. İnsanlar sadəcə instinktiv hərəkət edirlər. Seksual doyumluluq olandan sonra insanlar bir-birilərinə maraqsız olur. Özgüvənli kişilər digər qadınlara elə də meyllənmir. Özünə təsdiqə ehtiyacı olan kişilər kənara meyllənir. Həmin özgüvəni aşağı olan kişini böyüdən də qadınlardır. Birdən-birə ailə həyatına atılan özgüvənsiz kişidən qarşı tərəf məsuliyyət tələb edir. Kişi bu zaman boğulmağa başlayır. O zaman kişi kənarda özünə "komfort zona" yaratmağ başlayır. Kimisi üçün bu içkidir, kimisi üçün qadın, kimisi üçün isə narkotik maddələrdir.
- Hazırda qadınlar ən çox hansı psixoloji sindromdan əziyyət çəkirlər?
- Ən çox "Anna Karenina" sindromundan əziyyət çəkən qadınlar vardır. "Afina" sondromundan, yəni özünün ilahiləşdirilməsindən əziyyət çəkənlər də var və bizə seansa gəlirlər. Belə insanlar özlərini ilahiləşdirir və sonra yalnız qalır. Cinsi doyumsuzluq yaşayan "Yekaterina" sindromundan əziyyət çəkənlər isə qarşı tərəfdən rədd cavabı alanda affekt vəziyyətinə düşür, təhlükəli ola bilirlər.
- Sizə olan müraciət edənlər arasında təxmini neçə nəfər belə xəstəlikdən əziyyət çəkir?
- Hardasa 8 nəfər belə pasiyentim var. Biri var idi, bölgələrimizdən birindən idi. Gənc yaşda idi. İki dəfə evlənmişdi. Birinci yoldaşı ona cəmi iki ay, ikinci yoldaşı isə 15 gün dözə bilmişdi. Çünki gecədən səhərə qədər cinsi əlaqə tələb edirdi, işə gedəndən sonra isə yoldaşının arxasınca yemək aparmaq bəhanəsi ilə gedib onunla cinsi münasibətdə olmağa məcbur edirdi. Qeyd edim ki, həmin xəstələrin uzunmüddətli seansa gəlməsi tələb olunur. Hətta elə şəxslərin qidasına da nəzarət edilir.
- Belə insanlara nə kimi qidaları qəbul etmək olmaz ?
- Həmin şəxslər hormonal aktivliyin aşağı düşməsi üçün müəyyən qidalardan imtina etməlidir. Məsələn yağlı, qızartma, duzlu,istiotlu, şirin qidalardan maksimum dərəcədə imtina etməlidirlər. Belə şəxslər sadə, qaynadılmış, az yağdan istifadə edilmiş qidalardan istifadə etməlidirlər.
- Müraciət edən pasiyentlər arasında cinsi aktivliyi necə müəyyən edirsiniz?
- Cinsi aktivliyi yüksək olan qadınların dəriləri parlaq olur. Onların gözləri daha oynaq olur, həmin qadınların saçları tez yağlanır. Estoregen hormonu yüksək olduğu zaman dəriyə də təsir edir. Azərbaycanda bu baxımdan geniş informasiya zəhərlənməsi, qıtlığı var.
- Xəyanət nə zaman baş verir?
- Qadın o zaman başqa kişiyə seksual istək duyur ki, həyat yoldaşına qarşı sevgisi bitir. Çünki, qadın emosional varlıqdır və o bir kişini sevirsə, ona qarşı emosionla istək duyursa, qalan bütün kişilər onun gözündə seksual obyekt olmaqdan çıxır, adi bir insana çevrilir. Məsələn, qardaşa, dosta, iş yoldaşına. Onlara qarşı heç bir seksual istək duymur. Çünki, bütün emosional və seksual istəyi bir adama fokuslanır. Əgər bir qadın başqa bir kişiyə qarşı seksual istək duyursa, yoldaşına olan sevgisi bitmişdir. Amma bir kişi qadınını dəlicəsinə sevsə də, qalan qadınlar onun gözündə seksual obyekt olmaqdan çıxmır. Yenə də kənardakı qadınlar seksual cəzbetmə funksyasını qoruyurlar. Bir kişi emosional olaraq başqa qadına bağlandığı zaman xəyanət başlayır. Əgəb bir kişi beyninə salıb başqa bir qadın üçün darıxırsa, onu sevdiyini hiss edirsə, onda xəyanət başlayı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 896   Tarix: 13 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir

Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir. BBC xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirə

27.04.2024 283
.

Alkoqol zəhərlənməsinin hansı əlamətləri var?

Həkim ağır alkoqol zəhərlənməsinin təhlükəli əlamətlərini açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, alkoqolun həddin artıq istehlakı çaşqınlıq, nitqin pozulması və koordinasiyanın olmamasına gətirib çıxarır. Bundan əlavə zəhərlənmə bulantı ilə müşayiət oluna bilər. Zəhərlənmə bədən istiliyini

06.01.2024 1156
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 859
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30.03.2024 482
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1374
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 581
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 903
.

Yorğun hiss edirsinizsə, bunları yeyin

Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi

25.02.2024 1275
.

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir. Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub. Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neç

04.02.2024 928