Eyyub Yaqubov: Bayağı musiqilər böyük "cinayətdir"

Eyyub Yaqubov: Bayağı musiqilər böyük "cinayətdir"İndiki gənclərimizdən Abbas Bağırov, Zamiq, Ayaz Qasımov və Eltonun ifalarını çox bəyənirəm.

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Eyyub Yaqubov deyib.

Xalq artisti tezliklə yeni fərqli layihəsini təqdim edəcəyini açıqlayıb:

"Hazırda yeni işlər hazırlayırıq. Tezliklə layihələrimiz olacaq. Yaradıcılıqla məşğul olan sənətçilərin arada fasilələr etməsi yaxşıdır. Çünki yenilik etmədən efirlərə çıxmaq lazım deyil. Təkrarlanmaq istəmirəm. Yaxın zamanda yeni fərqli layihələrlə tamaşaçıların qarşısına çıxacam.

Ümumiyyətlə, hər zaman qalmaqallardan qaçıram. Bu səbəbdən bir çox proqramlara getmirəm. Hazırda çox istedadlı, gənc ifaçılarımız var. Məsələn, müxtəlif janrlarda ifa edən Abbas Bağırov, Ayaz Qasımov, Elton Hüseynəliyev və Zamiqi çox bəyənirəm. Bu gənclərin hamısı bütün janrlarda gözəl ifa edirlər".

Eyyub Yaqubov efirlərdə senzuranın olmamasından şikayətlənib:

"Hazırda efirlərdə senzura yoxdur. Nəzarətin olmaması çox pisdir. Ona görə də kim istəyirsə, efirlərə çıxa bilir. Kimin istedadlı olub-olmamasına, hətta sənətkarlara belə, fikir vermirlər. Hər kəs efirə çıxıb özünü təqdim edir. Bu yaxşı hal deyil. Çünki cəmiyyətimiz efirlərə baxaraq maariflənir. Bayağı musiqilər, söhbətlər, qalmaqalların olması böyük bir cinayətdir. Millətimizin mənəvi məhvinə səbəb olur. Amma buna baxmayaraq, istedadlı müğənnilərimiz və bəstəkarlarımız var.

Ümumiyyətlə, bizim millətimiz savadlı və istedadlıdır. Düşünürəm ki, nə olursa-olsun xalqımız bütün bunlara baxmayaraq ruhdan düşməyəcək.

Mən böyük ustadlarımız Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Qulu Ələsgərov, Yaqub Məmmədov və Tələt Qasımovdan bəhrələnmişəm. İndiyə kimi yaxın dostum olan sənətkarımız Vaqif Əsədovdan da çox şeylər öyrənmişəm".

Xalq artisti xarici ölkə şou-biznesinə qatılmamağı üstün tutduğunu qeyd edib:

"Mənə də xarici dövlətlərdən təkliflər gəlir. Amma hesab edirəm ki, öz vətənimdə işimi mükəmməl görürəmsə, başqa yerə getməyə ehtiyac yoxdur. Hansı musiqi janrında ifa etməkdən asılı olmayaraq kökümüzü unutmamalıyıq. Zəngin muğamımız var. Muğamdan bəhrələnərək dünyaya çıxmaq əsas məsələdir".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 636   Tarix: 13 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

TOP MP3