Olimpiya çempionunun xatirə turnirində iştirak edəcək güləşçilərimiz - ADLAR

Olimpiya çempionunun xatirə turnirində iştirak edəcək güləşçilərimiz - ADLARYanvarın 10-dan 12-dək Türkiyənin İstanbul şəhərində Olimpiya, dünya və üçqat Avropa çempionu Yaşar Doğunun xatirə turniri keçiriləcək.

Oxu.Az xəbər verir ki, 48-ci dəfə keçiriləcək ənənəvi yarışda ölkəmizi həm sərbəst, həm də qadın güləşçilərimiz təmsil edəcək.

Kişilərin mübarizəsində ölkəmizi baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əfqan Xaşalov, Pərviz İbrahimov, Georgi Edişeraşvili (hamısı -57 kq), İntiqam Vəlizadə, Ruslan Qasımov (hər ikisi -61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi -65 kq), Ağahüseyn Mustafayev (-70 kq), Toğrul Əsgərov, Hacımurad Hacıyev, Hacımurad Ömərov (hamısı -74 kq), Əbubəkr Abakarov (-79 kq), Cəbrayıl Həsənov, Osman Nurməhəmmədov, Hacımurad Məhəmmədsəidov (hamısı -86 kq), Şamil Zubairov, Aslanbəy Alborov (hər ikisi -92 kq) və Camaləddin Məhəmmədov (-125 kq) təmsil edəcək.

Qadınların yarışında baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (-50 kq), Tatyana Varansova (-53 kq), Alyona Kolesnik (-57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko (hər ikisi -62 kq), Elis Manolova (-65 kq), İrina Netreba (-68 kq) və Səbirə Əliyeva (-76 kq) qüvvəsini sınayacaq. Nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov rəhbərlik edəcək.

Qeyd edək ki, 15-ə yaxın ölkədən pəhləvanların çıxış edəcəyi turnir İstanbul Bağçılar Qapalı İdman Salonunda təşkil olunacaq. Beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev 48-ci dəfə keçiriləcək ənənəvi yarışda ədaləti qoruyacaq. Turnir Türkiyənin "TRT Spor-2" telekanalı tərəfindən canlı yayımlanacaq.

Yarışın proqramına gəlincə, yanvarın 10-da sərbəst güləşdə 57, 65, 70, 86 və 97 kq-da, qadın güləşində isə 50, 57 və 68 kq-da mübarizəyə start veriləcək. Qadın güləşində üç kateqoriya üzrə medalçılar ilk yarış günündə müəyyənləşəcək. Sərbəst güləşdə beş çəki üzrə təsəlliverici və medal qarşılaşmaları yanvarın 11-də baş tutacaq.

İkinci yarış günündə sərbəst güləşdə 61, 74, 79, 92 və 125 kq-da, qadın güləşində isə 53, 59, 65 və 72 kq-da çıxış edən güləşçilər də mübarizəyə qoşulacaq. Qadınların bu çəkilər üzrə çıxışına həmin gün yekun vurulacaq.

Yanvarın 12-də sərbəst güləş üzrə son beş çəkidə təsəlliverici və medal görüşləri keçirilməklə yanaşı, 55, 62 və 76 kq-da iştirak edən qadınlar arasında qaliblərin adları məlum olacaq.

Olimpiya çempionunun xatirə turnirində iştirak edəcək güləşçilərimiz - ADLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 807   Tarix: 08 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688