Azərbaycanda daha bir vəzifəli şəxs rüşvətə görə işdən çıxarıldı

Azərbaycanda daha bir vəzifəli şəxs rüşvətə görə işdən çıxarıldıTərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Mətanət Tofiq qızı Hüseynzadə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün işdən çıxarılıb.

BiG.AZ xəbər verir ki, Səhiyyə Nazirliyindən report-un sorğusuna cavab olaraq bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimin təşkilati-metodik işlər üzrə müavini Mətanət Tofiq qızı Hüseynzadənin "qeyri-etik davranışı ilə qeyri-maddi üstünlük müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə" tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması və intizam məsuliyyətinə cəlb olunması barədə təqdimat göndərilib.

Təqdimat Səhiyyə Nazirliyində, o cümlədən Tərtər Rayon Mərkəzi Xəstəxanasının Tibbi Şurasında müzakirə edilib. Həqiqətən də Mətanət Hüseynzadə tərəfindən tutduğu vəzifə ilə bir araya sığmayan hərəkətlərə yol verərək tibb işçilərinin etik davranış qaydalarının kobud şəkildə pozduğu müəyyən edilib.

Bunlardan əvvəl də M.Hüseynzadə barəsində tədbir görülüb. Belə ki, bu ilin avqust ayında Tərtər rayon polis şöbəsindən daxil olan təqdimat əsasında etik davranış qaydalarını pozduğuna görə ona töhmət verilib. Amma M.Hüseynzadə bundan nəticə çıxarmayıb, tutduğu vəzifədən sui-istifadə edərək təkrar nöqsanlara, qanun pozuntularına yol verib. Buna görə də M.Hüseynzadə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən bu gündən-dekabrın 26-dan tutduğu vəzifədən azad edilib və onunla bağlanan əmək müqaviləsinə xitam verilib.

Xatırladaq ki, Mətanət Hüseynzadə Ucar rayonu, Alpout kənd sakini, Qarabağ müharibəsi veteranı Qaraoğlan Kərimovdan 3600 manat alaraq ona Qarabağ müharibəsi əlili statusunu almaqda kömək edəcəyini vəd edib. Q.Kərmov bildirib ki, döyüşlərdə yaralansa da, əlillik almayıb. Buna görə yaxın tanışı ilə xəstəxanaya müraciət edib. Hüseynzadə xəstəlik epikriz sənədi üçün 500, əlillik almaq üçün isə 3100 manat istəyib. Şikayətçi əlavə edib ki, həkimin 500 manat müqabilində verdiyi xəstəlik kağızı saxta olub.

"Mən kasıb adamam heç bir yerdə işləmirəm himayəmdə 4 azyaşlı uşağım var. Həmin pulu qardaşımdan və qohumumdan borc alıb Mətanət həkimə vermişəm. Yeganə gəlirim ancaq Qarabağ müharibəsi veteranlığına görə aldığım 80 manat təqaüddür. İmkansızlıqdan uşaqlarım bu il məktəbə gedə bilməyəcək. Onlara məktəbli forması, məktəb ləvazimatı ala bilməmişəm.

Hətta mesajlarında da bunu açıqca yazır və səslə deyir. Ucar rayon hərbi komissarlğından 3 dəfə Mətanət Hüseynzadəyə teleqram vurulub ki, sənədləri təqdim etsin. Sonradan mənə bildirdilər ki, Mətanət Hüseynzadə belə dələduzluq yolu ilə çoxlu sayda insanları aldadıb pullarını alıb", - Qaraoğlan Kərimovun sosial şəbəkələrdə yayılan müraciətində belə deyilirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1889   Tarix: 26 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 135
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 148
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 132
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 294
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 843
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

25.04.2024 486
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 438
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 158