DTX icra başçısı və müavinini belə yaxaladı - Əməliyyat videosu

DTX icra başçısı və müavinini belə yaxaladı - Əməliyyat videosuAğstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb.

"Qafqazinfo"nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.

Toplanılan materiallara əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyevin, müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3347   Tarix: 19 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fatih Portakal karyerasını bitirir

Məşhur türkiyəli aparıcı Fatih Portakal karyerasını sonlandırır. Axşam.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb. Bildirib ki, "Sözcü TV"dəki proqramından ayrılaraq təqaüdə çıxacaq. "57 yaşım var, təqaüdə çıxmaq istəyirəm. Bu proqramı aparmaqdan bezmirəm, amma səhər-axşam eyni sözlər

07.02.2025 344
.

Dilan Polat ona mane olanları hoqqabaz adlandırdı

Sosial media hesabından yeni açıqlama verən Dilan Polat gözəllik mərkəzlərinə gedən bəzi şəxslərin müştərilərini oğurlamağa çalışdığını bildirib. türk mediasına istinadən xəbər verir ki, çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə 10 ay həbs cəzası çəkən və ötən ilin yayında azadlığa çıxa

07.02.2025 335
.

Emin Əmrullayev: "İnanıram ki, "Neftçi" arzu etdiyimiz yerə gələcək"

İnanıram ki, "Neftçi" arzu etdiyimiz yerə gələcək. "Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin İdarə Heyətinin üzvü Emin Əmrullayev "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib. O, uzunmüddətli hədəflər barədə düşündüklərin

07.02.2025 214
.

Qalmaqallı menecerin qardaşı və dostu da saxlanıldı

Türkiyədə məşhur aktyor və aktrisaların meneceri, "İD Consultancy" şirkətinin sahibi Ayşe Barımdan sonra vəkil qardaşı İ.S.G və həkim dostu saxlanılıb. Axşam.az xəbər verir ki, onlar sübutları gizlətməyə cəhd etməkdə ittiham edilirlər. Bəlli olub ki, Ayşe saxlanılmazdan bir müddət əvvəl şirkətin

07.02.2025 351
.

"Azərbaycan kinosu özünə büdcə yaratmalıdır"-ELVİN RÜSTƏMZADƏ

"2012-2013-cü ildən aktiv olaraq kinoteatrlara filmlər çəkilir. Bu dövrdən kino çəkilişləri sürətli şəkildə artmağa başlayıb. Hazırda daha çox komediyaların çəkilməsinə üstünlük verilir. İnsanlar təbii ki, gülməyi çox sevir. Biz həmişə düşünürük ki, gülmək yaxşıdır, lakin biz kövrəlməli və qorxmalıyı

07.02.2025 207
.

"Neftçi Arena"nın və klubun Futbol Mərkəzinin adı dəyişdirilir

"Neftçi Arena"nın və klubun Futbol Mərkəzinin adı dəyişdirilir. "Report"un məlumatına görə, bu, "Palms Sports"la imzalanan əməkdaşlıq müqaviləsinə əsasən reallaşacaq. "Palms Sports" Bakı təmsilçisinin ev oyunlarını keçirdiyi stadion və Futbol Mərkəzinin adlandırm

07.02.2025 207
.

İlayda Alişan yeni rolu üçün hicablandı

Alp Navruz və İlayda Alişanın baş rolları paylaşdığı və aktyor heyətində Ayça Bingöl, Zuhal Olcay, Damla Colbay, Fırat Altunmeşe, Vural Şahanoğlu, Asya Kasap, Aydan Burhanın iştirak etdiyi "Piyasa" serialı qıssa müddətdə yayımlanacaq. türk mediasına istinadən xəbər verir ki, serialın yayımlana

07.02.2025 225
.

Məhəmməd peyğəmbərin əfsanəvi "Zülfiqar" qılıncı tapıldı

İsveçrədən olan kolleksiyaçı Məhəmməd peyğəmbərin əfsanəvi "Zülfiqar" qılıncını tapdığını bildirib. xəbər verir ki, yerli mediada yayılan məlumatlara əsasən, o, artefaktı 2006-cı ildə Bəhreyndəki bir satıcıdan alıb, lakin bıçağın üzərindəki xüsusi yazılara görə onun mənşəyi ilə yalnız 2024-c

07.02.2025 426
.

"İmtahanlar rüşvət almaq üçün keçirilir" - Elşən Qafarov

Ağsuda Samid Mikayılov adına kənd tam orta məktəbinin sabiq direktoru Fəxrəddin Həsənov külli miqdarda rüşvət aldığına görə həbs olunub. Oğlu və kolleqaları isə bu iddianı təkzib edib. Bəs bu qədər imtahandan sonra niyə yenə adı rüşvətdə hallanan təhsil işçilərini görürük?. Mövzu ilə bağlı -a danışa

07.02.2025 475
.

TOP MP3