Aygün Kazımovadan Dünya çempionatına dəstək

Aygün Kazımovadan Dünya çempionatına dəstəkMovqe.Az Affa.az saytına istinadən bildirir ki, Tanınmış müğənni, Azərbaycanın xalq artisti Aygün Kazımova FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı affa.az saytına fikirlərini bildirib: "Uşaq yaşlarımdan idmana böyük həvəsim olub.

Uzun müddət həndbolla məşğul olmuşam və gənclərdən ibarət yığmanın kapitanı idim. İdman ustalığına namizədəm. Hətta bir müddət idman və musiqi sahəsi arasında seçim edərkən çətinlik çəkdim, tərəddüd edirdim. Təəssüf ki, o illərdə idmanla məşğul olan azərbaycanlı qızların sayı az idi. Sevindirici haldır ki, indi bu problem yoxdur. Müxtəlif idman növləri ilə peşəkar şəkildə məşğul olan qızlarımızın sayı get-gedə artır. Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının çıxışları barədə vaxtaşırı məlumatlar əldə edirəm. Azərbaycanda qızlar arasında dünya çempionatının keçirilməsi də ölkəmizin idman həyatında son dərəcə vacib hadisədir. Bu çempionatın təbliğatı ilə bağlı əlimdən gəldiyi qədər dəstəyimi əsirgəməyəcəyəm. Fürsətdən istifadə edib müxtəlif sənət sahiblərinə müraciət edirəm ki, qızlar arasında dünya çempionatına dəstək olsunlar. Onu da deyim ki, bu dünya çempionatına, xüsusilə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasına həsr olunmuş mahnı bəstələmişəm və hazırda Türkiyədən olan çəkiliş qrupu tərəfindən həmin mahnıya klip çəkilişləri ilə məşğuluq. Bu kliplə və digər layihələrimizlə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə və yığmamızın əldə etdiyi nəticədən asılı olmayaraq, qızlarımıza dəstək olacağıq. Çünki bu qızların futbola gəlişi və mütəmadi qaydada idmanla məşğul olması özlüyündə bir qoçaqlıq və cəsarət nümunəsidir"

mənbə: mövqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4144   Tarix: 27 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 560
.

"Evdar xanımlar estetik etdirməsin"

"Efir insanları əgər ehtiyac varsa, estetik etsinlər, amma evdar xanımlar yox. Hamı Cennifer Lopez kimi görünə bilməz. Onlar bunu etdikcə çox süni olublar, danışıqlarını da itiriblər. Siz adi qadın olun, həyat yoldaşınıza uyğun. Yoxsa ki, hamı Cennifer Lopez, Diva olub. Bunu qəbul etmirəm. Baxırsa

29.04.2024 1310
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 771
.

Bu türk aktrisalar dünyanın 100 ən gözəl qadınlarından seçildilər

TC Candler və Independent Critics dünyanın ən gözəl 100 qadını siyahısını açıqlayıb. xəbər verir ki, onların arasında 3 türkiyəli aktrisa da var. Aktrisa Sıla Türkoğlu 33, Özge Yağız 43, Hande Erçel 53-cü yeri tutub

30.04.2024 907
.

Qonca Vuslateri ana olandan sonra ilk dəfə paylaşım edib

Türkiyəli aktrisa Qonca Vuslateri ana ana olandan sonra ilk dəfə paylaşım edib. xəbər verir ki, aktrisa sosial şəbəkədə qızı ilə şəklini paylaşıb. "Mən həmişə uşaq dünyaya gətirmək haqqında danışanda qoxardım. Çox balacadılar, əlimdən düşər, tuta bilmərəm deyə qorxardım. Onu qucağıma alanda bel

02.05.2024 738
.

Onu təhqir edən şəxsləri ifşa etdi

Aktrisa Zülfiyyə Qurbanova ona təhqiramiz şərh yazan şəxsləri ifşa edib. OLAY yazır ki, sənətçi bununla bağlı feysbukda status paylaşıb və Daxili İşlər Nazirliyinə müraciət edib:. "Bu, hələ bir qismidir. Düşünürəm ki çox qısa zamanda bu təhqir dolu şərhləri yazanları taparsınız. Polis bölməsind

02.05.2024 557
.

"Deyirlər ki, başını açmaq fikrin varsa, bizim verilişdə et"

"Hamı özündən belə şey çıxarır ki, Xuraman başını açır, əvvəlki tərzinə qayıdır. İndi mən beləyəm, qəbullanın. Aparıcılar zəng edib deyirlər ki, "Belə fikrin varsa, bizim verilişdə et". Bu, oyun deyil! Sizin üçün uşaq deyiləm, ağlım başımdadır". Axşam.az xəbər verir ki, bu sözlər

30.04.2024 990
.

"Xəzər"in aparıcısı ərə getdi

"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib

30.04.2024 1521
.

Günay efirdə göz yaşlarına "QƏRQ OLDU" - VİDEO

Teleaparıcı Günay Baxşəliyeva aparıcısı olduğu "Günaylı gün" verilişində duyğusal anlar yaşayıb. xəbər verir ki, buna səbəb verilişdə qonaq olan həkim Xariqə xanımın qardaşının şəhid olduğu gün olması olub. Canlı efirin qonağı olan muğam ifaçısı, Xalq Artisti Könül Xasıyevanın ifası zaman

02.05.2024 968