Fermerlər: "Yerli karbamid qiymət və keyfiyyət baxımından üstündür" - VİDEO

Fermerlər: "Yerli karbamid qiymət və keyfiyyət baxımından üstündür" - VİDEOKarbamid azot gübrəsidir, onun tərkibində 46% azot elementi var. Azot zülalların tərkibinə daxildir. O çatışmadıqda yaşıl kütlənin əmələ gəlməsi ləngiyir, bitkilər pis böyüyür, yarpaqları solğunlaşır və saralır.

Azərbaycanda bu ildən başlayaraq karbamidin istehsalı həyata keçirilir. Karbamid Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkında yerləşən və illik istehsal gücü 650-660 min ton olan Karbamid zavodunda istehsal olunur. Karbamid zavodu bu il yanvarın 16-da istifadəyə verilib.

Zavodun məhsulu ixrac olunmaqla yanaşı, daxili bazara da yönəldilir. Artıq Azərbaycan fermerləri daxildə istehsal olunan karbamiddən istifadə etməyə başlayıblar.

Kürdəmir rayonunun Qarabucaq kəndindən olan fermer Seymur Bünyadov "Report"a bildirib ki, yerli karbamid qiymət və keyfiyyətinə görə fərqlənir: "Əvvəllər nitroammofoska, ammofos gübrələrindən istifadə edirdik. Bu ildən SOCAR-ın Sumqayıtda istehsal etdiyi karbamid gübrəsindən istifadə edirik. Bu məhsulun keyfiyyətini yoxlamışıq, çox yüksək səviyyədə nəticə görmüşük. Yerli karbamidin qiyməti də digərlərindən sərfəlidir. Bir kisə ammofosun qiymətinə 3 kisə karbamid gübrəsi almaq olur. Bu kəndli üçün əlverişlidir".

Fermer yerli karbamidin əlçatanlıq baxımından da üstünlüyünü qeyd edib: "Digər gübrələr idxal olunduğuna görə müəyyən vaxta çatdırılırdı, amma Sumqayıtda istehsal olunan bu gübrə qısa müddətə əldə olunur. Bundan başqa, məhsul anbarlarda qalıb daşlaşmır, qalıqlar olmur".

O, yerli karbamidin istifadəçisi kimi digər fermerlərə ondan istifadəni məsləhət görür.

Kürdəmir rayonunun Şilyan kəndindən olan fermer Hilal Xankişiyev də bildirib ki, yerli karbamidin istifadəsi məhsuldarlığı artırıb.

"Ötən illərdə xaricdən gətirilən gübrələrdən istifadə olunurdu. Xaricdən idxal olunan gübrə baha idi, fermerə sərf etmir, əkinin maya dəyərini ödəmirdi.Artıq karbamid gübrəsi ölkədə istehsal olunur. Onun istifadəsinə başlamışıq. Bu gübrə həm qiymət, həm də keyfiyyət baxımından üstündür".

"Azər Aqro" MMC-nin icraçı direktoru Qalası Məmmədov qeyd edib ki, yerli karbamid çox keyfiyyətlidir: "Sovet dönəmində də karbamid gübrəsindən istifadə olunub. Amma həmin gübrələr MDB ölkələrindən alınırdı. Özümüzün istehsalımız yox idi. Hazırda ölkədə yüksək keyfiyyətli karbamid istehsal olunur. Əvvəl aldığımız gübrənin tərkibində 44% azot elementi var idisə, yerli karbamiddə bu 46,3% təşkil edir. Bu da məhsulun yüksək keyfiyyətli olmasını göstərir. Bu karbamidi həm əkin şəraitində, həm də yemləmə şəraitində istifadə etmək olar".

O, qiymət baxımından da yerli karbamidin üstünlüyünü vurğulayıb. "Ammofos gübrəsi 15 manata başa gəlirsə, öz istehsalımız olan karbamid dəfələrlə ucuzdur. Bu həm əkinçilər, həm iri fermer təsərrüfatları üçün sərfəlidir. Bizim 2 800 hektar əkin sahəmiz var, 2000 hektar əkilib və bu sahənin 50% hissəsində karbamiddən istifadə etmişik".

Q. Məmmədov məhsulun alışının da rahat olduğunu qeyd edib: "Karbamidin alışında da çətinlik yoxdur. Sənədləri lizinqə təqdim edirik, hətta ehtiyac olarsa, məhsul sahəmizdə təhvil verilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 802   Tarix: 11 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26.04.2024 1020
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 146
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

26.04.2024 634
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmir" - Politoloq

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir. Politoloq Elşən Manafov -a bildirib ki, qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmi

26.04.2024 257
.

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb. xəbər verir ki, Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, taykonavtlar Yi Quanqfu, Li Konq və Li Quanqsunu daşıyan Shincou-18 kosmik gəmisi kosmik stansiyanın əsas modulu ilə birləşib. Təxminən 6 saa

26.04.2024 143
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 148
.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

26.04.2024 614
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26.04.2024 261
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26.04.2024 301