Fermerlər: "Yerli karbamid qiymət və keyfiyyət baxımından üstündür" - VİDEO
Karbamid azot gübrəsidir, onun tərkibində 46% azot elementi var. Azot zülalların tərkibinə daxildir. O çatışmadıqda yaşıl kütlənin əmələ gəlməsi ləngiyir, bitkilər pis böyüyür, yarpaqları solğunlaşır və saralır.
Azərbaycanda bu ildən başlayaraq karbamidin istehsalı həyata keçirilir. Karbamid Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkında yerləşən və illik istehsal gücü 650-660 min ton olan Karbamid zavodunda istehsal olunur. Karbamid zavodu bu il yanvarın 16-da istifadəyə verilib.
Zavodun məhsulu ixrac olunmaqla yanaşı, daxili bazara da yönəldilir. Artıq Azərbaycan fermerləri daxildə istehsal olunan karbamiddən istifadə etməyə başlayıblar.
Kürdəmir rayonunun Qarabucaq kəndindən olan fermer Seymur Bünyadov "Report"a bildirib ki, yerli karbamid qiymət və keyfiyyətinə görə fərqlənir: "Əvvəllər nitroammofoska, ammofos gübrələrindən istifadə edirdik. Bu ildən SOCAR-ın Sumqayıtda istehsal etdiyi karbamid gübrəsindən istifadə edirik. Bu məhsulun keyfiyyətini yoxlamışıq, çox yüksək səviyyədə nəticə görmüşük. Yerli karbamidin qiyməti də digərlərindən sərfəlidir. Bir kisə ammofosun qiymətinə 3 kisə karbamid gübrəsi almaq olur. Bu kəndli üçün əlverişlidir".
Fermer yerli karbamidin əlçatanlıq baxımından da üstünlüyünü qeyd edib: "Digər gübrələr idxal olunduğuna görə müəyyən vaxta çatdırılırdı, amma Sumqayıtda istehsal olunan bu gübrə qısa müddətə əldə olunur. Bundan başqa, məhsul anbarlarda qalıb daşlaşmır, qalıqlar olmur".
O, yerli karbamidin istifadəçisi kimi digər fermerlərə ondan istifadəni məsləhət görür.
Kürdəmir rayonunun Şilyan kəndindən olan fermer Hilal Xankişiyev də bildirib ki, yerli karbamidin istifadəsi məhsuldarlığı artırıb.
"Ötən illərdə xaricdən gətirilən gübrələrdən istifadə olunurdu. Xaricdən idxal olunan gübrə baha idi, fermerə sərf etmir, əkinin maya dəyərini ödəmirdi.Artıq karbamid gübrəsi ölkədə istehsal olunur. Onun istifadəsinə başlamışıq. Bu gübrə həm qiymət, həm də keyfiyyət baxımından üstündür".
"Azər Aqro" MMC-nin icraçı direktoru Qalası Məmmədov qeyd edib ki, yerli karbamid çox keyfiyyətlidir: "Sovet dönəmində də karbamid gübrəsindən istifadə olunub. Amma həmin gübrələr MDB ölkələrindən alınırdı. Özümüzün istehsalımız yox idi. Hazırda ölkədə yüksək keyfiyyətli karbamid istehsal olunur. Əvvəl aldığımız gübrənin tərkibində 44% azot elementi var idisə, yerli karbamiddə bu 46,3% təşkil edir. Bu da məhsulun yüksək keyfiyyətli olmasını göstərir. Bu karbamidi həm əkin şəraitində, həm də yemləmə şəraitində istifadə etmək olar".
O, qiymət baxımından da yerli karbamidin üstünlüyünü vurğulayıb. "Ammofos gübrəsi 15 manata başa gəlirsə, öz istehsalımız olan karbamid dəfələrlə ucuzdur. Bu həm əkinçilər, həm iri fermer təsərrüfatları üçün sərfəlidir. Bizim 2 800 hektar əkin sahəmiz var, 2000 hektar əkilib və bu sahənin 50% hissəsində karbamiddən istifadə etmişik".
Q. Məmmədov məhsulun alışının da rahat olduğunu qeyd edib: "Karbamidin alışında da çətinlik yoxdur. Sənədləri lizinqə təqdim edirik, hətta ehtiyac olarsa, məhsul sahəmizdə təhvil verilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 802 Tarix: 11 dekabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan Rusiyadan Azərbaycan və Türkiyəyə gedən dəmir yollarının bərpasını xahiş etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan Azərbaycan və Türkiyəyə çıxışı təmin edən dəmir yolu xətlərinin bərpasını öz üzərinə götürməsini xahiş edib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Jurnalistlərlə söhbətində Paşinyan bildirib ki, rusiyalı həmkarlarında
11:24 180 Özünə Londonda 8 milyon manatlıq villa ALDI
Türkiyəli aktrisa Hande Erçel daşınmaz əmlak investisiyalarını genişləndirməyə davam edir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Londonda yeni mənzil alıb. Bildirilir ki, Erçel bu ev üçün 200 milyon lirə, yəni təxminən 8 milyon manat ödəyib. Xatırladaq ki, Hande Erçel bir müddət əvvə
18.12.2025 452 "Lətafət 13 il qızımı görməyə qoymadı"
Aparıcı Lətafət Ələkbərovanın keçmiş həyat yoldaşı, müğənni Nicat Cəfərzadə ondan şikayət edib. Axşam.az xəbər verir ki, "Öz aramızda" verilişinə qatılan Nicat aparıcının 13 il qızını görməyə imkan vermədiyini iddia edib:. "Onunla ayrılıq qalmaqalı şəkildə olub. Bu haqda heç vaxt danışmamışam
15:32 234 Sualtı "fırtınalar" Qiyamət buzlağını məhv edir: Alimlər nəticələri proqnozlaşdırdı
Güclü burulğanlı sualtı "fırtınalar" Antarktidada yerləşən iki əsas buzlağın şelf buzlarını sürətlə əridir. Alimlərin fikrincə, bu proses qlobal dəniz səviyyəsinin yüksəlməsi baxımından "uzaqmənzilli nəticələrə" səbəb ola bilər. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, söhbət Pаyn-Aylen
18.12.2025 248 Düzgün diş məcunu seçimi necə olmalıdır? - STOMOTOLOQDAN AÇIQLAMA
Diş məcunu seçimi sadəcə zövq məsələsi deyil. Hər gün istifadə etdiyimiz diş məcunu bir çoxumuz üçün adi predmetdir, amma stomatoloqlar bildirir ki, bu seçim ağız sağlamlığımızı birbaşa təsir edir. İnsanlar adətən reklam və ya ətirə baxıb qərar verirlər, amma bu, yanlış yanaşmadır. Həddindən artıq ağardıc
10:36 307 Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd
13:55 249 Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"
Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana
16:21 181 Dabbaq xəstəliyi azalır: heyvan əti təhlükəsizdir
"Dabbaq xəstəliyi artıq azalmaq üzrədir və bəzi fermalara satış icazəsi verilib. Bu xəstəlik qloballaşmış problem deyil və dünya statistikasına görə dabbaq xəstəliyinə tutulmuş insanların sayı çox azdır. Dabbaq xəstəliyi ilə müqayisədə daha ciddi xəstəliklərdən biri qara yara xəstəliyidir"
15:44 113 Köhnə binalarda yaşayanların nəzərinə: "Ev pulu" artırılır?
Hazırda əmlak bazarında çoxmərtəbəli binaların idarə olunması iki yolla aparılır. Birincisi binanı tikən MTK, ikincisi isə Mənzil İstismar Sahələri tərəfindən. MİS-lər əsasən ötən əsrdə istismara verilmiş binalara xidmət edir. Baxmayaraq ki, Mənzil Məcəlləsində MİS-lərin fəaliyyəti ilə bağlı heç bi
10:16 257