Azərbaycanda uzunömürlülər daha çox hansı bölgədə yaşayır? - Tədqiqatçıdan ŞOK AÇIQLAMA

Azərbaycanda 15148 nəfərin yaşı 90 və daha çoxdur.

Yəni ölkədə bu yaşlarda uzunömürlü insan yaşayır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə bu rəqəm 10171, 2016-cı ildə 10880, 2017-ci ildə 11820 nəfər olub. Uzunömürlülərin çoxu qadınlardır.

Statistikaya görə Azərbaycanda uzunömürlülərin 2680 nəfəri Bakıda yaşayır. Onların 1262-si kişi, 1418 nəfəri qadındır.

Yaşı 90 və daha yuxarı olan şəxslər Bakıdan sonra əsasən Ağdam, Şəmkir, Gədəbəy, Tovuz rayonlarında yaşayırlar. Ağdam rayonunda yaşı 90 və daha yuxarı olan 387 nəfər (119 kişi, 268 qadın), Şəmkir rayonunda 346 nəfər (74 kişi, 272 qadın), Gədəbəy rayonunda 335 nəfər (91 kişi, 244 qadın), Tovuz rayonunda 270 nəfər (82 kişi, 188 qadın) yaşayır.

100 və yuxarı yaşda əhali daha çox Bakı şəhərində (114 nəfər, kişilər - 39, qadınlar - 75), Ağdam rayonunda (41 nəfər, kişilər - 6, qadınlar - 35), Laçın rayonunda (15 nəfər, kişilər - 2, qadınlar - 13), Babək rayonunda (14 nəfər, kişilər - 4, qadınlar - 10) və Lənkəran şəhərində (13 nəfər, kişilər - 5, qadınlar - 8) yaşayır.

Mütəxəssislər hesab edir ki, uzunömürlülərin həqiqi sayını öyrənmək üçün Azərbaycanın bütün bölgələrində kompleksli herontoloji tədqiqatlar aparmaq zəruridir. Bunun nəticəsində Azərbaycanda uzunömürlülərin dəqiq sayı müəyyənləşdirilər, həm də ölkə üzrə uzunömürlülüyün müqayisəli xəritəsini tərtib etmək mümkün olar. Bundan başqa, bütün regionlarda tədqiqat aparılarsa, həmin şəxslərin hansı səbəblərdən daha uzun ömür yaşadığını öyrənmək üçün əsaslı nəticələr toplanılar. Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, eyni zamanda akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun "Gənc Alim və Mütəxəssislər Şurası"nın sədri, herontologiya üzrə mütəxəssis Zenfira Qədimova ilə söhbət etdik.

İnsanlar hər zaman uzunömürlü olmaq istəyib

Z.Qədimovanın sözlərinə görə, insanların sağlam və uzunömürlü yaşaması problemi bəşər tarixi boyunca tibb və biologiya elminin daim diqqət mərkəzində olub və bu gün də aktualdır: "Ölkələrin bir çoxunda elmi-tədqiqat işləri aparılmaqla uzunömürlülüyün sirləri araşdırılaraq, həm də qocalma prosesinin mexanizmləri və səbəbləri öyrənilir. Hələ keçən əsrin əvvəllərindən bu sahədə tədqiqatlar aparılıb, indiyədək qocalma mexanizmləri haqqında 250-dən çox nəzəriyyələr hazırlanıb. Təklif olunan nəzəriyyələrin heç biri 100 faiz öz təsdiqini tapmayıb, yəni qocalma mexanizmini universal dərəcədə izah edə bilməyib. Uzunömürlülüyə konkret olaraq hansı amilin səbəb olduğunu təyin etmək, fizioloji və patoloji qocalığın mexanizmlərini araşdırmaq və aydınlaşdırmaq bu gün də herontologiya elminin qarşısında duran əsas məsələlərdən biridir. Bizim də herontoloq kimi qarşımıza qoyduğumuz məqsəd ölkə əhalisinin yaş strukturunda baş verən dəyişiklikləri öyrənmək, insan orqanizmində baş verən qocalma mexanizmlərinin sistemli analizlərini təhlil etməkdir. Məhz bu prinsip bütöv bir orqanizmin adaptiv, funksional və kompensator imkanlarını, davamlılığını qiymətləndirməyə əsas verir".

Uzunömürlülər fizioloji qocalmaya nümunədir

Azərbaycanda uzunömürlülər daha çox hansı bölgədə yaşayır? - Tədqiqatçıdan ŞOK AÇIQLAMA100 yaşlı Balakən sakini

Müsahibimizin sözlərinə görə, Azərbaycanda insanlar ahıllıq və qocalıq dövrünü keçib, uzunömürlülük yaşına çata bilmir: "İnsanlarımızın nə üçün ahıl və qoca yaş dövrünü keçə bilmədiyi ilə bağlı tədqiqatlar aparılır. Yaş təsnifatına görə 60-74 yaş intervalında olan şəxslər ahıl, 75-89-yaş intervalında olanlar qoca, yaşı 90-dan çox olanlar isə uzunömürlü hesab edilir. İnsan orqanizminin qocalması öz təbiətinə görə fizioloji proses olsa da, hazırkı dövrdə insanların qocalması ilk növbədə müxtəlif xəstəliklər fonunda yaranan patoloji və erkən qocalmadır. Xəstəliklər isə orqanizmin həyat fəaliyyətinin pozulmasına səbəb olur. Bu anlayışa əsaslanaraq, insan ömrünün uzadılması üsullarının tədqiqi mühüm dərəcədə patoloji qocalıqla mübarizəyə həsr olunmalıdır. Qocalma prosesində orqanizmin reaktivlik xüsusiyyətlərini aydınlaşdırmaq üçün uzunömürlülərdə fizioloji proseslərin gedişatını izləmək vacibdir. Çünki ahıl və qoca yaşlılarla müqayisədə, uzunömürlülərdə patoloji qocalmanın sərt əlamətləri müşahidə olunmur".

Qadınlar arasında uzunömürlülərin sayının çoxluğunu nə ilə izah etmək olar?

Müsahibimiz bildirib ki, dünya praktikasında, adətən uzunömürlülər arasında qadınlar sayca kişilərə nisbətən üstünlük təşkil edir: "İndiyə qədər apardığımız tədqiqatlarda da bu tendensiyanın şahidi olmuşuq. Lakin bu il Balakən rayonunda apardığım tədqiqatlar zamanı bir az fərqli mənzərə ilə qarşılaşdım. Baləkəndə qeydiyyata aldığım uzunömürlülər sırasında uzun ömür yaşayan kişilərin sayı da kifayət qədər oldu. Ümumilikdə Balakən rayonunda 42 nəfər uzunömürlü yaşayır. Onlardan 25-i qadın, 17-si kişidir. Uzunömürlü kişilərin bir çoxu Böyük Vətən Müharibəsi iştirakçıları və veteranlarıdır. 42 nəfər uzunömürlüdən cəmi iki nəfərinin yaşı 100-dən yuxarıdır, onların hər iksi qadındır".

Z.Qədimovanın sözlərinə görə, dünya praktikasında indiyədək aparılan elmi tədqiqatlarda qadınların kişilərdən nə üçün daha çox yaşamasının elmi səbəbləri aydınlaşdırılmayıb. Onun sözlərinə görə, bununla bağlı bir sıra fikirlər-cinsi xromosomların strukturu, hormonal status, kişilərin zərərli vərdişlərə daha çox aludə olması və bunun da ömür uzunluğuna mənfi təsiri və s. səsləndirilsə də, əsas səbəblərini molekulyar-gen səviyyəsində elmi araşdırmalar aparmaqla müəyyən etmək olar.

Müsahibimiz bildirib ki, uzunömürlülük yaşına çatan kişilər həm zahirən, həm də fizioloji durumuna görə qadınlardan daha gümrah və sağlam olurlar: "Ümumiyyətlə, insanların uzunömürlü olmasında irsiyyət, həyat tərzi, qidalanma, fiziki məşğuliyyət və digər amillər mühüm rol oynayır. Uzunömürlülərin çoxu kənd yerlərində yaşayanlardır. Onların əksəriyyəti fəal həyat tərzinə malikdir, yaşına və orqanizmin potensial imkanlarına uyğun həyətlərində fiziki əməklə məşğul olurlar. Əməklə məşğul olan uzunömürlülər fizioloji baxımdan daha sağlam olurlar. Onlarda ürək-qan-damar sistemi fiziki fəaliyyət imkanları məhdud olan uzunömürlülərlə müqayisədə nisbətən sağlam olur, bu da onların orqanizminin adaptiv imkanlarının daha davamlı olduğunu göstərir. Apardığımız tədqiqatlarda uzunömürlülərin ümumi fizioloji vəziyyətinin göstəriciləri, ürəyin bioelektrik fəaliyyətinin tədqiqi də bunu bir daha sübut etdi".

Ahıl və qocalarda ürək-damar sisteminin xəstəlikləri üstünlük təşkil edir

Z.Qədimovanın sözlərinə görə, Bakı şəhərində Səhiyyə Nazirliyinin nəzdində olan Ş.Həsənov adına "Sağlamlıq zonası" poliklinikasında, eyni zamanda Qax-Zaqatala rayonlarında ahıl, qoca və uzunömürlü yaş kateqoriyasına mənsub olan şəxslərin fizioloji durumu, xüsusilə ürək-qan-damar siteminin fəaliyyəti ilə bağlı davamlı elmi araşdırmalar aparıb: "Ahıl və qoca yaş qrupunda olan şəxslərdə ürək-damar sisteminin xəstəlikləri üstünlük təşkil edir. Bu dəyişikliklər kənd yerlərində yaşayan herontoloji yaş qrupu ilə müqayisədə, şəhər əhalisində daha çox müşahidə olunur. Xəstəxanalarda müxtəlif xəstəliklər üzrə qeyd edilən yekun statistik göstəricilərə baxanda birinci yerdə ürək-qan-damar sisteminin xəstəlikləri durur. İknci yerdə şəkərli diabet, daha sonra onkoloji, nevroloji və s. xəstəliklər gəlir".

Azərbaycanda uzunömürlülər daha çox hansı bölgədə yaşayır? - Tədqiqatçıdan ŞOK AÇIQLAMA100 yaşlı nənə

Z.Qədimova deyib ki, son illər Azərbaycanın bütün regionlarında uzunömürlülərin sayı, uzunömürlülük göstəriciləri tədqiq olunmayıb və regionlar üzrə müqayisəli xəritə tərtib olunmayıb: "Əgər Statistika Komitəsinin göstəricilərinə əsaslansaq, Tovuz və Gədəbəydə uzunömürlülər sayca daha çoxdur. Amma verifikasiya metodu ilə araşdırmalar aparılsa, bu sayı daha dəqiq təsdiq edər. Bölgələrə elmi ekspedisiya təşkil olunmalı, araşdırılmalıdır. Sadəcə, Statistika Komitəsinin qeyd etdiyi rəqəmlərlə bu barədə dəqiq məlumat vermək doğru deyil. Çünki keçən əsrin 30-cu illərinədək anadan olan şəxslərin təvəllüdlərinin təxmini yazılması səbəbindən hazırda yaşayan uzunömürlülərin əksəriyyətinin yaşının "şişirdilməsi" hallarına öz praktikamızda tez-tez rast gəlirik. Bunun üçün öncə verifikasiya metoduna əsaslanıb uzunömürlülük yaşını təyin edirik. Uzunömürlünün yaşının təyini həmin regiona məxsus təbiət və tarixi hadisələri ilə əlaqələndirilir, onların ilk övladının təvəllüdü də xüsusi qeyd edilir".

Azərbaycanda uzunömürlülərin sayı azalır

Müsahibimiz bildirib ki, insanın sağlamlığında, uzun ömür yaşamasında birinci növbədə tibbi xidmətin rolu önəm daşıyır: "Finlandiya, Yaponiya, İtaliya və digər ölkələrdə uzunömürlülərin sayı artır. Həmin ölkələrdə səhiyyə xidməti yüksək səviyyədədir. Uzunömürlülük indeksi həmin ölkədə yaşayan ahıl və qocaların sayına nisbətdə hesablanır. Əhalinin ahıl və qoca yaşlı kontingentinin sayı çoxdursa və bu şəxslər daha sağlamdırsa, gələcəkdə onların uzun ömür sürmək, uzunömürlülük statusunu qazanmaq şansı daha çoxdur. Ancaq bizim ölkəmizdə ahıl və qoca yaşlı şəxslərdə kompleks xəstəliklər (arterial hipertoniya, şəkərli diabet, artrit, ateroskleroz, nevrotik mənşəli sindromlar və s.) daha çox rast gəlindiyindən onların uzun ömür yaşaması sual altına düşür və yaxın gələcək üçün uzunömürlülüyün fizioloji proqnozunu vermək bir qədər tərəddüd yaradır. Təəssüf ki, araşdırmalarda ahıl və qoca yaş kateqoriyasında olan şəxslər arasında tam fizioloji sağlam insana rast gələ bilmirik".

Azərbaycanda uzunömürlülər daha çox hansı bölgədə yaşayır? - Tədqiqatçıdan ŞOK AÇIQLAMA96 yaşlı Azərbaycan sakini

Z.Qədimova bildirib ki, ümumilikdə uzunömürlülüyün tədqiqinə kompleks yanaşma tələb olunur. Onun sözlərinə görə, bu işdə tibb mütəxəssisləri və bioloqlarla birlikdə demoqrafların, sosioloq, ekoloq, antropoloq və etnoqrafların da elmi araşdırmaları çox mühüm nəticələr və yeni nailiyyətlər qazanılmasına imkan verər.

Z.Qədimovanın fikrincə, cəmiyyətimiz üçün unikal olan uzunömürlülər ölkəmizin milli genofondudur: Yaşı 90-dan çox olan insanların əksəriyyətinin sosial-məişət həyatının çətin olduğunu qeyd edən müsahibimiz həmin insanlara xüsusi dövlət qayğısının vacib olduğunu da vurğulayıb: "Uzunömürlülərimiz cəmiyyətimizin canlı fenomenləridir".

Gəlinən nəticə nə deməyə əsas verir?

Tədqiqatçı qeyd edib ki, mənfi ekoloji amillər, qida rasionu, ürək-damar sistemində baş verən dəyişikliklər və qeyri-sağlam həyat tərzi fizioloji qocalığın gedişatına əks təsir göstərərək patoloji qocalığın formalaşmasına öz təsirini göstərir: "Uzunömürlülərin qidalanması ilə bağlı suallardan və verilən cavablardan məlum olur ki, onlar çox az qidalanırlar. Əsasən bitki mənşəli qidalara, ağartı məhsullarına üstünlük verirlər. Tədqiq etdiyimiz uzunömürlülərdə artıq bədən çəkisi probleminə demək olar ki, heç rast gəlməmişik.

Belə qənaətə gəldim ki, uzun ömür sürən şəxslərin əksəriyyəti nikbin əhvallı, çox mülayim xarakterli, həyata inamı güclü olan insanlardır. Bunu da xüsusi vurğulamaq istərdim ki, uzunömürlülər yaşayan ailələrdə əsl Azərbaycan ailələrinə məxsus olan ağsaqqala, ağbirçəyə hörmət, dəyər çox yüksək səviyyədədir.

Uzunömürlülərin əksəriyyəti maddi cəhətdən çox imkansız ailələrdə yaşayırlar. Bütün çətinliklərə baxmayaraq, ailə üzvləri uzunömürlülərə qarşı çox böyük mehriban münasibətlə, qayğı ilə yanaşırlar. Bəlkə də onlara uzun ömür yaşadan məhz bu mehriban ailə münasibətləri, ağsaqqal-ağbirçək kimi mövqeyinin üstün tutulması, cəmiyyətə, ailəyə gərəkli olduğunu hiss etmələridir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1189   Tarix: 11 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865