"Qobu Park-2" yaşayış kompleksinə hansı obyektlərdən köçürülmə aparılıb

"Qobu Park-2" yaşayış kompleksinə hansı obyektlərdən köçürülmə aparılıbBu ilin oktyabrın 8-də Bakının Qaradağ rayonunda açılışı olan "Qobu Park-2" yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsi başa çatıb. Hər cür sosial-texniki infrastrukturla təchiz edilmiş kompleks ölkəmizdə məcburi köçkünlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti Prezident İlham Əliyev davam etdirir, yeni mənzillərə köçürülən ailələrin sayı hər il artır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə olan məcburi köçkünlərə yeni mənzillərin birinci növbədə verilməsi barədə tapşırığı icra edilir.

Yeni qəsəbələrin salınmasına özəl sektor da öz töhfəsini verir. Məcburi köçkünlər üçün salınmış 106-cı qəsəbə olan 1300 mənzilli "Qobu Park-2" yaşayış kompleksi də həmin töhfələrdəndir.

Kompleksə Bakı şəhərinin bir neçə rayonunun ərazisində uzun illərdir müvəqqəti məskunlaşmış, yaşayış şəraiti ağır olan məcburi köçkün ailələri köçürülüb. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamentinin direktoru Natiq Hüseynov bu barədə məlumat verərkən bildirdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qəzalı vəziyyətdə, həyat üçün təhlükəli olması barədə rəy verdiyi binalar ilkin köçürülmə obyektləridir. Köçürülmə vaxtı paytaxtın hər bir rayonundan müvafiq binalar seçilib. Onların sayı çoxdur və köçürülmə mərhələli şəkildə aparılır.

"Qobu Park-2" yaşayış kompleksinə Qaradağ rayonunda- Lökbatan qəsəbəsindəki "Gecə" sanatoriyasında, 221 saylı bağçada, 4, 5 və 7 saylı yataqxanalarda, köhnə "Mebel evi"ində, Səbail rayonunda – Həmkarlar İttifaqının yataqxanasında, Suraxanı rayonunda 1 saylı texniki peşə məktəbində, "Park, 32" ünvanında, Nərimanov rayonunda – "M.Məmmədov, 4" ünvanında yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2 saylı yataqxanasında, "Təbriz küçəsi, 10" ünvanında yerləşən yataqxanada, 39 nömrəli orta məktəbin həyətindəki inzibati binada, "Həsənoğlu küçəsi, 83A" ünvanındakı tikilidə, keçmiş "Tramvay park"ının ərazisində, Nəsimi rayonunda – Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında, Binəqədi rayonunda – "Mir Cəlal küçəsi, 3" ünvanında yerləşən yarımçıq binada, "Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 2-ci döngə, 14" ünvanında - Dəzgahqayırma zavodunun ərazisindəki binalarda, "1-ci mədən küçəsi, 1288" ünvanında - "Təmir-tikinti" MMC-nin ərazisində, "2-ci mədən" küçəsində - "Binəqədi Oyl" şikətinə məxsus binada, "K.Rəhimov küçəsi, 53A" ünvanında – "Elektroştamp" zavodunun yataqxanasında, "A.Gəraybəyli küçəsi, 9" ünvanındakı 9 saylı yataqxanada, "Delta" MMC-nin binasında, Nizami rayonunda –"Azərsutikinti" xəstəxanasının inzibati binasında, Yasamal rayonunda – "Xiyabani küçəsi, 14" ünvanında yerləşən 2 nömrəli tibb kollecinin yataqxanasında, "Şərifzadə, 196" ünvanında yerləşən xəstəxananın həyətindəki tikililərdə, Xətai rayonunda – "R.Əliyev küçəsi, 12/17" ünvanında uzun illərdən bəri müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülüb.

Məcburi köçkünlərə mənzillər püşkatma yolu ilə, şəffaflıq prinsiplərinə əməl edilməklə verilib. Onların yeni mənzillərə köçürülməsi dövlət vəsaiti hesabına həyata keçirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 940   Tarix: 10 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ötən gün 'Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərb

04.05.2024 190
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

04.05.2024 153
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

04.05.2024 159
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

04.05.2024 501
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 199
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

04.05.2024 160
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

04.05.2024 198
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 187
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

04.05.2024 182