BDU-nun ölən tələbəsi ilə bağlı müəmmalar...

BDU-nun ölən tələbəsi ilə bağlı müəmmalar...Noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbə qızın zəhərlənməsi, onlardan birinin dünyasını dəyişməsi hələ də müəmma olaraq qalıb. İki gün əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzovun məsələ ilə bağlı açıqlaması bu müəmmaları daha da artırıb.

Belə ki, Q. Təhməzov bildirib ki, Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən tələbənin ölümünə səbəb qida mənşəli zəhərlənmə deyil, bu, toksiki zəhərlənmədir. Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin tələbələrinin zəhərlənməsi faktı üzrə cinayət işi gedir:

"Məsələ hüquq-mühafizə orqanlarına aiddir. Bu barədə sonda hüquq-mühafizə orqanları AQTA ilə birlikdə açıqlama verəcək. KİV-də zəhərlənmə ilə bağlı çox tələsik məlumat yayılmışdı. Bir qisim insanlar bunu qida zəhərlənməsi kimi qələmə vermişdi".

Yada salaq ki, universitetin 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində BDU-nun fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı vəfat edib, ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və kitabxanaçılıq və informasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilib.

Hadisədən sonra qızlardan birinin ağzından qan gəldiyi xəbəri yayılmışdı. O zaman professor Adil Qeybulla bunun toksiki zəhərlənmənin əlaməti olduğunu demişdi.

Bəs, toksiki zəhərlənmə nədir?

Toksik zəhərlənmə məlum olmayan hansısa maddədən, hansısa zəhərdən zəhərlənmə deməkdir. Yəni bədənə zəhərin daxil olması nəticəsində bu cür zəhərlənmə halları baş verir. Ekspertlər bildirirlər ki, bu, ilan zəhəri, siçan zəhəri, hansısa dərman və sairə ola bilər. Ona görə də ekspertiza nəticəsində tələbə qızların konkret olaraq hansı maddədən zəhərlənmələri ortaya çıxarılmalıdır.

Ötən günlərdə mətbuatda tələbələrin zəhərlənməsinə səbəb kimi siçan zəhərinin də adı çəkildi. Məlum olduğu kimi, BDU-nun yataqxanası köhnədir və orada cəmi 130 tələbə yaşayır. Həmin binada məcburi köçkünlər də məskunlaşıblar. Universitetin yeni yataqxanası tikilsə də, istifadəyə verilməyib. Köhnə yataqxanada yaşayanların sözlərinə görə, orada xeyli sayda siçovul olur. Buna görə də hər tərəfə dərman səpirlər. Ehtimallardan biri budur ki, siçovullar həmin zəhərləri yayır və qidaların üzərində gəzərək, insanlara da keçirə bilirlər. Buna görə də gənc qızın zəhərləndikdən sonrakı vəziyyəti, ağzından qan gəlməsi belə bir versiyanı da ortaya çıxarır ki, o, siçovullar üçün səpilən zəhərdən zəhərlənə bilər.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Dünyasını dəyişən Şəkər Xasmətovanın yaxın qohumu Samir İsayev "Yeni Müsavat"a məsələ ilə bağlı son proseslər barəsində danışıb. O bildirib ki, ailələri ekspertizanın cavabını gözləyir: "Bu gün işi aparan müstəntiqlə danışdım. Dedi ki, istintaq gedir, ekspertizanın cavabını gözləyirlər. Biz də elə həmin cavabı gözləyirik. Ekspertizanın cavabının 30 günə məlum olacağını deyiblər. Həmin tarix də bu ayın 20-sinə düşür. Bizə bildiriblər ki, Baş Prokurorluq məsələni nəzarətə götürüb, orada istintaq qrupu yaradılıb və onlar da işi araşdırırlar. Yataqxanada anti sanitariya vəziyyəti hökm sürür. Yataqxananın mətbəxi, hamamı, elə yaşamaq üçün otaqları da yaxşı halda deyil. Yəni elə vəziyyətdədir ki, oranı təmir etmək olmaz. Gərək söküb, yenidən tikəsən. Orada siçanlar da istədiyin qədərdir. İldə iki dəfə buna görə yataqxananı dərmanlayırlar. Yəqin ki, mətbuatda bu dərmanları nəzərdə tuturlar. Zəhərlənən digər qızlarla bizim söhbətimiz olmayıb. Onlarla müstəntiq danışıb. Qızlar müstəntiqə deyiblər ki, qatıq, makaron, kartof yeyiblər. Bu qidalardan da zəhərlənmə olmur. Ona görə də ilk gündən də biz bunun qida zəhərlənməsi olmadığını demişik. Toksikoloqlarla danışan zaman da bizə dedilər ki, qida zəhərlənməsində ağızdan qan gələ bilməz. Deyə bilmərik ki, bu, dərman zəhərlənməsidir. Doğrudur, həkimlər gəlib, iynə vurublar. Ancaq vurduqları iynə də zəhərləmir. Ondan əvvəl dərman içiblərmi? Bunu da bilmirik. Deyilənə görə, qızlardan biri daha da pis olub və buna görə təcili tibbi yardıma müraciət ediblər. Həmin həkimlər qızlara zəhərlənmə diaqnozunu qoyublar. Bəs niyə sakitləşdirici iynə vurublar? Bunu başa düşmürük. Suallarımız çoxdur, cavab verən isə yoxdur".

İctimaiyyətdə qızların arıqlamaq üçün çay, dərmanlardan istifadə etdiklərini deyənlər də var. Samir İsayev bütün bunların yalan olduğunu söylədi: "Kanalların birində efirə gedən materialda bu kimi fikirlər vermişdilər. Lakin bu, yalan məlumatdır. Hər yoldan keçəndən bir fikir alırlar, o da ağzına gələni danışır. Yaxud da sosial şəbəkədə "like" yığmaq üçün nə gəldi yazırlar. Başa düşmürlər ki, qohumları narahatdır. Biz ekspertizanın cavablarını gözləyirik. Bu zamana qədər bizimlə hansısa rəsmi şəxs maraqlanmayıb. Sadəcə olaraq, Qoşqar Təhməzlinin məlum açıqlaması var. Dəfn günü və səhəri deputatlar gəlmişdilər. Bir də 3 mərasimində rayonun icra nümayəndələri yas yerinə gəlib, bizimlə görüşdülər. Bundan qeyri kimsə bizimlə maraqlanmayıb. Hazırda da bir istəyimiz var, o da ekspertizanın cavablarının doğru-düzgün açıqlanmasıdır. Biz bilək ki, yaxınımızın başına nə gəlib. Öyrənək ki, o, hansı səbəbdən dünyasını dəyişib".

Yeni Müsavat


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2721   Tarix: 06 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930