"Uşaq üçün kitab aldım, içərisində qeyri-etik ifadələr var idi" – Uşaq ədəbiyyatının bugünü – VİDEO

"Uşaq üçün kitab aldım, içərisində qeyri-etik ifadələr var idi" – Uşaq ədəbiyyatının bugünü – VİDEOİnformasiya bolluğu dövründə uşağın kitaba marağını çəkmək çətin məsələdir. Zəmanə uşaqları artıq köhnə nağıllara inanmırlar. Ona görə də övladına kitab seçən müasir valideynin işi çətinləşib.

Sərxan Rüstəmov – Vlogger: "Əsas məsələ ondan ibarətdir ki, valideynlər kitab alarkən gərək bir az həssas davransınlar yəni uşağa önlərinə keçən kitabı alıb aparmasınlar, üz qabığına aldanmasınlar mütləq həmin kitabı alıb aparmazdan öncə həmin mağazada baxsınlar".

Problem də elə şəkillərə baxıb seçilən kitabın içərisində yazılarla bağlıdır. Son vaxtlar uşaq ədəbiyyatı adı ilə satışa çıxarılan bəzi vəsaitlərdə onların yaşına uyğun olmayan mövzulara, hətta qeyri-etik ifadələr də rast gəlmək olur.

Mehriban Ağayeva – Uşaq yazarı: "Mən bir dəfə bir kitab aldım kitabın üz qabığından çox xoşum gəldi içinə də baxdım gördüm şəkillər çox cəlb edicidir aldım apardım oxudum özüm baxdım gördüm ki, yox burda qeyri-etik cümlələr var yəni uşaqlara uyğun olmayan cümlələr işlənib".

Yerli uşaq yazarları ilə bağlı da problemlər böyükdür. Bizim balacalar Tom Soyyer, Möcüzələr ölkəsinə gedən Alisanı tanıqları qədər Azərbaycan müəlliflərinin qəhrəmanlarını tanımırlar. Mütəxəssislərin fikrincə, uşaqlar üçün yazan şəxs onlarlar mütəmadi ünsiyyətdə olmalı, qəhrəmanlarını da buna uyğun seçməli, beləliklə onlara sevdirməlidir.

Mehriban Ağayeva – Uşaq yazarı: "Alma atdanır stolun üstünə uşağa deyir ki, sən məni niyə xoşlamırsan heç bilirsən mənim tərkibimdə nə qədər vitamin var, sonra o biri meyvələr davam edirlər. Bu hekayəni mən səhnəlşdirdim, gördüm ki, uşaqlar maarifləndilər, onlar meyvələri xoşlamağa başladılar".

Nağıl kitablarını uşaqlara sevdirmək məsələsində ən əsas məqam yəqin ki, onların nəql olunma qaydasındadır Valideynlər övladlarına nağıl danışarkən qismən də olsa obrazları canlandırmağa çalışsa bu onlar üçün daha maraqlı olar.

Azərbaycan dilində uşaq kitablarının azlığı problem də həll olunmayıb. Paytaxtdakı satış nöqtələrində ingilis və rus dillərində uşaqları üçün daha çox kitab tapmaq olur, nəinki ana dilimizdə.

Sərxan Rüstəmov – Vlogger: "Bəzi boşluqlar var, məsəlçün tutaq ki, şahmatla bağlı kitab tapa bilmirəm öz dilimizdə məsəlçün rus dilində türk dilində ingilis dilində kitablar var amma ana dilimizdə yoxdur".

Araşdırmalarda göstərir ki, uşaqlarda kitab sevgisi körpə yaşlarında formalaşdırılmalıdır. Bu həm onların nitq inkişafını tezləşdirər həm də, onların əqli inkişafına müsbət təsirini göstərər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1970   Tarix: 02 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Elariz Məmmədoğlunun kürəkəni MƏHKƏMƏ QARŞISINDA: 4 milyonluq DƏLƏDUZLUQ

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. BİG.AZ -a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlə

13.01.2025 557
.

Məşhur müğənni konsertini ləğv etdi

Türkiyənin məşhur müğənnisi İrem Dericinin konsertdən evvəl yerləşdirildiyi hotel otağında qəza baş verib. türk mediasına istinadən xəbər verir ki, müğənni hadisə haqqında olan məlumatları şəxsi sosial media səhifəsində belə qeyd edib: "Cümə axşamı Adana konsertimiz çox gözəl keçdi. Amma səhər oteld

14.01.2025 272
.

"Yaprak Dökümü"nün Hayriyesi Neyyirin ölümü ilə bağlı başsağlığı verib

Güven Hokna Bedia Enerin ölümü ilə bağlı başsağlığı verib. xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edib. "Ailə dostumuz, can dostum Bedia Enerin vəfat xəbərini kədərlə öyrəndim. Məkanı cənnət olsun, ruhu şad olsun. Ailəsinə və sevənlərinə başsağlığı çatdırıram" ,- deyə o bildirib. [hh4-unikal

14.01.2025 630
.

Məhəmməd Salah bu çempionatda oynayacaq

Səudiyyə Ərəbistanı İdman Media Federasiyasının üzvü Abdülhadi bildirib ki, "Liverpul"un ulduz cinah oyunçusu Məhəmməd Salah İngiltərə nəhəngindən ayrılmaq qərarına gəlib. xarici mediaya istinadla bildirir ki, Salah azad agent kimi Səudiyyə Ərəbistanı çempionatı klublarından birinə keçmək barəd

14.01.2025 193
.

Sevdanın yeni görünüşü - Fotolar

Müğənni Sevda Yahyayeva görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, sənətçi qısa saçlarını uzun qaynaqla uzadıb. Sevda ötən gün baş tutan konsertdə obyektivimizə tuş gəlib

14.01.2025 838
.

"Xoşbəxt olmayacaqsız" - Serdar Ortaç

Serdar Ortaç həyatda hər şeyi əldə etməyin xoşbəxt etmədiyini deyib. xəbər verir ki, o, türk mətbuatına bildirib. "Həyatda hər şeyi əldə etdim.Təyyarələrə, maşınlara mindim. Ən yaxşı qızlarla sevgili oldum. Xoşbəxt olmayacaqsız" ,- deyə o qeyd edib. [hh4-unikal]

13.01.2025 1320
.

"Baləliyə çox məmnuniyyətlə qulaq asıram" - Baba Vəziroğlu (VİDEO)

"Azərbaycanın Alim Qasımovu da var, Baləlisi də". BİG.AZ xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu Asan TV-yə müsahibəsində deyib. "Bəzən ovqatıma çox şən mahnılar düşür. Bəzən meyxanaya qulaq asıram. Baləliyə çox məmnuniyyətlə qulaq asıram. Çünki kaloritdir, ekzotikadır

14.01.2025 173
.

Lənkəranda dənizə çıxan iki balıqçıdan xəbər yoxdur

Lənkəranda balıqçılar itkin düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 08:00-da balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar. Saat 17:00-da geri qayıtmal

14.01.2025 377
.

"Yaşıdlarımın nəvələri var" - Alişan

Müğənni Alişan gec evləndiyi üçün peşman olduğunu deyib. xəbər verir ki, o, türk mətbuatına bildirib. "Çox gec evləndiyimə görə peşmanam.Yaşıdlarımın nəvələri var" ,- deyə o bildirib. [hh4-unikal]

14.01.2025 277
.

TOP MP3