Mələkxanım Əyyubova: Estetik cəhətdən yaxşı görünməsəm, kənara çəkilib, radioda oxuyaram - FOTO

Mələkxanım Əyyubova: Estetik cəhətdən yaxşı görünməsəm, kənara çəkilib, radioda oxuyaram - FOTOTamaşaçı qarşısına çıxanda hər gün fikirləşirəm ki, "Nə geyinəcəyəm? Saçımı necə yığacağam?" Mən dəyişilməyi sevirəm. İstəyirəm ki, tamaşaçı qarşısına çıxanda zövqlü görünüm.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri məşhur xanəndə, Xalq artisti Mələkxanım Əyyubova tədbirlərin birində dilə gətirib.

O, özünə qoyduğu bəzi qadağalardan bəhs edib:

Mələkxanım Əyyubova: Estetik cəhətdən yaxşı görünməsəm, kənara çəkilib, radioda oxuyaram - FOTO"İfam, sənətim öz yerində. Əgər səhnəyə çıxırıqsa, tamaşaçının gözünü estetik baxımdan oxşamalıyıq. Estetik cəhətdən yaxşı görünmədiyimi kənardan görsəm, efirdən çəkilib radioda oxuyaram.

Əgər çəkim artırsa, özümə qadağa qoyub pəhrizdə otururam. Səhnə adamından tamaşaçı zövq almalıdır. Həm ifasından, həm də görünüşündən. Hər şey bir-birini tamamlamalıdır.

Son zamanlar şou əhli bir-birinin ardınca gözəlləşmək üçün cərrah masasına uzanıb, plastik və estetik əməliyyatlar keçirirlər. Gözəllik uğrunda apardıqları mübarizə isə bəzən fayda vermir. Gözəlləşmək əvəzinə daha da çirkinləşirlər.

Yayılan məlumatlara görə: "Mələkxanım da gözəlləşmək üçün bu yollara əl atır", - demişdik ki, o, yayılan məlumatları inkar edib, təbii gözəlliyə daha çox önəm verdiyini vurğuladı:

"Heç kəsin işinə qarışa bilmərəm. Ancaq özümdən danışa bilərəm. Mən təbii gözəlliyi daha çox sevirəm. Plastik əməliyyatlara normal baxıram. Şəxsən mən ehtiyac duysam plastik əməliyyat etdirərəm. Üzümdə qırışlar yaransa da, onları aradan qaldırmaq istəmərəm.

Qoy tamaşaçıların önündə təbii şəkildə qocalım. Təbii yollarla gənc yaşımdan özümə baxıram. Bəlkə də tamaşaçılar elə bilirlər ki, mən üzümə dolğular və botokslar etdirmişəm. Amma bu belə deyil. Özünüz də görürsünüz ki, danışanda, güləndə qırışlarım üzə çıxır.

Mən süni şeylərdən uzağam. Botoksun əleyhinəyəm. Botoks zamanəmizin dəhşətli bəlasıdır. Xanımlarımız vitaminlərdən, mezolardan istifadə etsinlər. Üzümə botoks edim ki, cizgilərim ömrümün sonuna kimi tərpənməsin, bax bunlara qarşıyam."

Hər hansı bir dəyişikliklər edəndə onu elə etmək lazımdır ki, nəzərə çarpmasın. Eybəcər xanım yoxdur. Bütün xanımların gözəlliyi və şarmı var. Onu itirmək olmaz.

Tədbirə qızı Nəzrinlə qatılan Mələkxanım onunla bağlı etiraflar etdi:

"Tədbirə bu gün qızımla qatılmışam. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Burada onun əl işləri sərgilənib. O, həm də modelyerdir. Nəzrin səyahətləri çox sevir, onun rəsm işləri xarici ölkələrdə də sərgilənir".

Məşhur, müsahibəsində qardaşı oğlu bəstəkar-müğənni Ramal İsrafilov ilə bir araya gəlib onunla birgə duet yazdığını bildirdi:

"Sənət adamı sənətlə məşğuldursa, onun yaradıcılığı daim yeniliklərlə dolu olur. Yeni muğamlar və dəsgahlar üzərində çalışıram. Ramalla bir araya gəlmişik. Gözəl bir duet lentə alırıq. Əfsuslar olsun ki, hər ikimizin vaxtı məhdud olduğundan birgə iş ərsəyə gətirə bilmirdik.

Mələkxanım Əyyubova: Estetik cəhətdən yaxşı görünməsəm, kənara çəkilib, radioda oxuyaram - FOTOMən gündüzlər çalışıram, Ramal isə o zaman yatır, dincəlir. Hamının sevdiyi bir mahnıdır, onu duet şəklində yazdıracağıq. Mənim Ramalla hər zaman münasibətlərim yaxşı olub. O mənim balamdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1811   Tarix: 30 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xalq artisti səhnəyə elə geyimdə çıxdı ki, izləyənlər "BU QƏDƏR DƏ OLMAZ" DEDİ -VİDEO

Xalq artisti Röya Ayxan geyimi ilə diqqət çəkib. İllər sonra "Sənə görə" mahnısını ifa edən müğənni dekolteli libası ilə gündəm olub

21.04.2024 3797
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1978
.

"Elgizlə Zaur efirə çıxanda mənə pul verir"

Əməkdar artist Elza Seyidcahan aparıcılar Elgiz Əkbər və Zaur Baxşəliyevin efirlərinə gedərkən ona ödəniş etdiklərini açıqlayıb. OLAY yazır ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb. "Mən xalqa, kanallara lazımam. Televiziyalara təmənnasız çıxıram. Sadəcə dostlarım

16:44 254
.

Çiyni sındı, 5 saat əməliyyat olundu

Türkiyəli komediya ustası Hasan Can Kaya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, aktyor evinin bağında futbol oynayarkən çiyninin üstünə yıxılıb. O, şiddətli ağrılar səbəbindən xəstəxanay aparılıb. Çiyni sınan Hasan 5 saat davam edən əməliyyat olunub. Hazırda vəziyyəyinin yaxşı olduğu bildirilir

21.04.2024 449
.

"Aldatmak" final edir

Türkiyənin "ATV" kanalında yayımlanan "Aldatmak" serialının final tarixi bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 71-ci bölümü ilə izləyicilərinə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Vahide Perçin, Ercan Kesal, Mustafa Uğurlu, Cem Bender kimi məşhur simalar canlandırı

11:10 335
.

Aparıcı ilə xanəndə arasında qalmaqal

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova "Lətafətin mətbəxi" proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb

22.04.2024 2889
.

"Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır"

Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə -a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib:. "O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbəd

22.04.2024 656
.

Aygün Kazımovadan daha bir DİQQƏTÇƏKƏN YENİLİK

Xalq artisti Aygün Kazımova yeniliyi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça məclislərdəki çıxışına yenilik qatıb. Belə ki, ölkənin əsas ulduzu məclislərə rəqqaslarlar birlikdə gedir. Rəqsləri, musiqiçiləri ilə toy səhnəsini əsl konsertə çevirən Kazımovanın bu yeniliyi də maraqla qarşılanı

21.04.2024 9428
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23.04.2024 1225