Paytaxtdakı ali məktəblər bu əraziyə köçürülə bilər

Paytaxtdakı ali məktəblər bu əraziyə köçürülə bilərBakının Baş Planının hazırlanması prosesi 2020-ci ilin sonuna qədər davam edəcək. Razılaşdırılmış layihə gələn ilin sonunda təsdiq edilmək üçün hökumətə təqdim olunacaq.

Bakı şəhərinin Baş Planı üzrə yanaşmalar zamanı bir sıra müzakirələr gedib. Müzakirələr zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev universitetlərin Xocəsən və Mərdəkana köçürülməsi məsələsinən də bəhs edib.

Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə Mərdəkanın altmərkəz kimi nəzərdə tutulmasının zəruriliyini vurğulayaraq bir növ universitetlərin daşınması fikrinə etirazını bildirib.

O, qeyd edib ki, sadəcə, oranın gələcəkdə yaşayış tikintisi üçün zona kimi müəyyən edilməsi bir qədər təhlükə yaradır, hamı bilir ki, Mərdəkan istirahət zonasıdır.

Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Modern.az-a bildirib ki, Strateji layihələr Baş planın reallaşdırılmasında təkan verici rol oynayacaq.

"Müxtəlif mənbələrdən, o cümlədən: dövlət qurumları, özəl və içtimai təşkilatlardan və şəhər sakinlərindən təqdim olunmuş layihə təklifləri arasında seçilmiş 11 layihə Strateji Sessiyada elan olunub.

Sözügedən layihələr Baş Plan paketində hökumətə təqdim olunacaq və bu layihələr təsdiqlənərsə, onların detallı texniki-iqtisadi əsaslandırılmaları hazırlanacaqdır".

Ramiz İdrisoğlu qeyd edib ki, müasir kampusun yaradılması məsələsi də təklif olunmuş layihələrdən biridir:

"Burada dünyada aparıcı universitetlərin təcrubəsinə əsaslanaraq təhsil, elm və biznesin bağlanma nöqtəsinin yaradılması nəzərdə tutulur. Söhbət yalnız universitetlərin fiziki köçürülməsindən getmir. Layihə hökümət tərəfdən müsbət qiymətləndirilsə, kampusun yerləşdirilməsinin infrastruktur baxımından münasib olacağı, tərkibinə hansı təhsil ocaqlarının daxil olacağı kimi məsələlərə baxılacaq.

Ekspert Cahangir Qocayev bildirib ki, Bakının Regional İnkişaf Planında universitetlərin şəhərdən çıxarılması üçün ərazi nəzərdə tutulub, amma Xocəsən plana daxil deyil.

"Universitetlərdən birinin ərazisi Böyük Şor gölünün ətrafında olacaq. Mən ümumiyyətlə nəzərdə tuturdum ki, universitetlərin köçürüləcəyi yerlərə elektrik qatarları quraşdırılsın. Ələtə gedən yolda boş yerlər çoxdur, universitetləri ora da köçürmək mümkün olar. Universitetlərin başqa əraziyə daşınması olduqca uzun işdir. Bunun üçün əvvəl universitet şəhərcikləri yaradılmalıdır".

Cahangir Qocayev qeyd edib ki, konkret olaraq orada yataqxana, kitabxana yaradılsa tələbələrin kənar ərazilərə köçürülməsi əlverişli olar:

"Bəzi universitetlər doğurdan da kənara köçürülsə yaxşı olar. Məsələn, biri UNEC. UNEC-in Bakının mərkəzində nə işi var axı?! Bundan əlavə Pedaqoji Universitetin də şəhərdən kənara köçürülməsi daha məqsədəuyğundur. Bunu Təhsil Nazirliyi ilə razılaşdırmaq lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1135   Tarix: 29 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Kolumbiya ordusu milyonlarla sursat itirib

Kolumbiya prezidenti Qustavo Petro Kolumbiya ordusunun milyonlarla güllə, minlərlə qumbara və çoxlu raket itirdiyini bildirib. xəbər verir ki, itirilmiş əşyaların statistikası hərbi bazalarda son yoxlamalar zamanı ortaya çıxıb. O, itkilərə görə daxili korrupsiyanı günahlandıraraq, hərbçilərin silah alverçilərin

01.05.2024 307
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

14:55 51
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 286
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

11:35 288
.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

12:01 122
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 507
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 286
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

15:45 205
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

15:44 164