"Atam həbsdə idi, anam da öləndən sonra tək qaldım" - VİDEO

"Atam həbsdə idi, anam da öləndən sonra tək qaldım" - VİDEOAzərbaycan milli komandasının qapıçısı Elvira Əskərzadənin "Qafqazinfo"ya müsahibəsi:

- Lənkəranda qadın futbolçu kimi yetişmək çətin olmadı?

- Bizim evimizin yanında stadion var idi. Uşaqlar həmişə orda maraqlı oyun oynayırdı. Daha çox futbola üstünlük verirdilər. Mən də anamdan icazə istəyirdim ki, düşüb orada futbol oynayım. Lakin dərslərimi oxuyum deyə həmişə mənə "yox" deyirdi. Amma yay tətili olanda mən də uşaqlara qoşulub futbol oynayırdım. Anam vəfat edəndən sonra isə peşəkar şəkildə məşğul olmağa başladım. Futbol mənim üçün ilk plana çıxdı. Sonra Bakıya gəldim, milli komandaya seçildim və davam etdim.

- Qohum-əqraba, qohumlar buna necə baxırdı?

- Mən nənəmlə yaşayırdım. Hər kəs deyirdi ki, ağıllısan dərslərini oxu. "Qız hara, futbol hara?!" deyirdilər. Lakin mən həmişə fərqli olmağı sevmişəm. Ona görə də əl çəkmirdim. Davam etdim və heç kəsə qulaq asmadım.

- Belə görünür ki, uşaqlıqda qızlarla oynamağı sevməmisiz...

- Doğrudur. Məktəbdə, həyətdə hər zaman oğlanlarla gəzirdim, onlarla oynayırdım. Bu səbəbdən də futbola marağım çox idi. Onlar da daim top dalınca qaçırdılar. Belə-belə mən də oynamağa başladım.

- Hazırda 18 yaşınız var, amma kiçik yaşlarından çətinliklər görmüsüz. Ananızın vəfatı sizin karyeranızda böyük rol oynayıb?

- 9 yaşımdan anam bizi tək böyüdüb. Ancaq anam yanımızda idi. 11 yaşında isə o da vəfat etdi. Qardaşım və bacımla qaldıq. Artıq düşünürdüm ki, bu həyatda tək qalmışam. Özümə qapanmışdım, dərslərə getmirdim. Zaman keçdikcə isə özümə gəldim və futbol mənə təsəlli oldu. O, ilk dəfə məni futbola aparmışdı. Düşündüm ki, mən elə bir futbolçu olmalıyam ki, anam mənimlə fəxr etsin.

- Atanız...

- Atam həbs olunmuşdu. 9 yaşımdan onu görmürdüm. 17 yaşım olanda həbsdən çıxdı, gördüm və yenidən həbs olundu... Yenə görmürəm.

- Ananız niyə vəfat edib?

- Səbəbini indi də bilmirəm. Ürəyi dayandı. Biz 5-ci mərtəbədə qalırdıq, evə çıxdı və ürəktutmadan vəfat etdi. Onun üçün çox darıxıram. Düzdür, əvvəlki qədər ağlamıram, amma yenə də darıxıram.

- Qardaşınız da idmançıdır?

- O, taekvondo ilə məşğul olurdu. Artıq 1-2 ildir ki, məşğul olmur.

- Nənəniz sizin futbol oynamağınıza nə deyirdi, əsəbiləşmirdi?

- Həmişə deyirdi ki, dərslərini oxu. Məşqdən gec gələndə əsəbiləşirdi. Deyirdim ki, bu dəfə də gedim, daha getməyəcəm. Milli komandadan dəvət gələndə isə dedi ki, artıq bu barədə o qərar verə bilməz. Baban, dayın sənə icazə verə bilərlər. Onlar da gördü ki, futbol mənim sevdiyim, bacardığım bir şeydir. İcazə verdilər və yola saldılar. İndi də zədələnəndə nənəm əsəbiləşir ki, sənə kim deyirdi futbol oyna?! (gülür).

- Deyəsən dərslərinizi aşağı siniflərdən yaxşı oxumamısız.

- Əksinə, çox yaxşı oxuyurdum. Əlaçı idim və daim diqqətim dərsdə idi. Anam da məktəbdə müəllim işləyirdi. Lakin peşəkar şəkildə oynamağa başladıqdan sonra zəiflədim. 9-cu sinifdə oxuyandan artıq Bakıda qalırdım və diqqətim ancaq futbolda idi.

- İlk dəfə "Xəzər Lənkəran"ın qadınlar komandasında oynamağa başlamısız?

- Bəli. Orada 13 yaşımdan oynamağa başladım və Bakıda keçirilən yarışlarda iştirak edirdim. Əslində qapıçı olmaq mənim üçün çətin idi. Meydanda olmaq, driblinq edərək qol vurmağı daha çox xoşlayıram. Lakin boyum uzun olduğu üçün qapıya qoydular, milliyə də sırf buna görə dəvət aldım. İndi isə qolkiper olmaq xoşuma gəlir.

- Bakıya gələndə çətin olmadı?

- Əvvəllər çox darıxırdım, ağlayırdım, ailəmi istəyirdim. Sonra müəllimlər, qızlar mənə dəstək oldular. Onların sayəsində alışdım bu vəziyyətə.

- İdmançı qadınlar haqqında belə bir klassik düşüncə var ki, onlar daim məşqlərdə olduqları, sərt hərəkətlər etdikləri üçün zərifliklərini itirirlər. Bununla razılaşırsınız?

- Yox. Stadionda, meydanda kişi kimi olmalısan. Amma meydançadan çıxdıqsa həyatda biz qadınıq. Özümüzü də qadın kimi aparmalıyıq, bizə həyatda kişi kimi davranmaq yaraşmaz.

- İndi Lənkərana gedəndə qonşular, qohumlar sizi necə qarşılayır?

- (Gülür) Hamı başlayır ki, "ooo futbolçu qız gəldi". Sonuncu dəfə çəkiliş üçün getmişdim. Hamı pəncərədən çıxıb əl edirdi. Futboldan suallar verirlər.

- Karyeranızı bütünlüklə futbol üzərində quracaqsınız?

- Universitetə sənəd verəcəm. Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmaq istəyirəm. Futbol müəllimi ixtisasına yiyələnmək fikrim var. Təbii ki, bütün karyeram futbol üzərində olacaq.

- İdmançı oğlanlar qədər idmançı qızlara da diqqət varmı? Sevgi, evlilik təklifləri olurmu?

- Olsa da, qəbul etmərəm (gülür). İstəyirəm ki, birinci gələcəyimi qurum. Yaxşı işim olsun, yaxşı pulum olsun. Əsas məsələ puldur. Xoşbəxtlik də gələcək. İndi kiməsə güvənmək çətindir. Ailə qurmaq haqqında düşünməmişəm. Bəlkə də gələcəkdə fikrim dəyişəcək. Lakin hazırda belə bir şey yoxdur. Futbol ailəmdən sonra həyatımda ən önəmli yerdədir. UEFA-nın çəkilişindən sonra oğlanlar yazırdılar. İnstaqramda sevgi təklif edirdilər. Onlara heç cavab vermirdim. Xarici ölkələrdən daha çox yazırdılar. Qazaxıstandan, Gürcüstandan oğlanlar mesaj göndərirdi.

- Kumiriniz hansı futbolçu olub?

- Kriştianu Ronaldo. Əvvəllər futbolu izləməyi sevmirdim. Qardaşım baxanda deyirdim ki, kanalı dəyiş. İndi məcbur baxıram. Çünki nəyisə öyrənmək istəyirəm. Millimizin oyunlarını izləyirəm. "Qarabağ" və "Neftçi"nin matçlarına baxıram. "Yuventus"un, "Barselona"nın, "Real"ın oyunlarını izləyirəm. Amma indi Ronaldo mənim fanatımdır.

- UEFA-nın sizin həyatınız barədə çəkdiyi qısa film necə əsrəyə gəldi, təklifi kim vermişdi?

- Onlar AFFA-ya təklif göndərmişdilər ki, bir futbolçunun həyatı haqqında maraqlı çəkiliş hazırlamaq lazımdır. Federasiya da onlara mənim həyatım haqqında yazıb göndərmişdi. Siyahıda başqaları da var idi. Lakin onlar mənim həyatımı seçdilər və beləcə bu baş tutdu.

- Niyə qadın komandalarımız adətən böyük hesabla uduzurlar?

- Mən olduğum oyunlarda cəmi bir dəfə 6 qol buraxmışıq. Əlimizdən gələni edirik, lakin rəqiblərimiz həmişə güclü olur. Onlarda qadın futbolu illərdir inkişaf edir. Bizdə isə yeni yaranıb və AFFA bizə diqqət ayırır. A milli komandamız da yarandı. Düşünürəm ki, getdikcə daha çox inkişaf edəcəyik, uğur qazanarıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1889   Tarix: 28 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232