"Ulduz" - "Həzi Aslanov" sahəsində qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB

"Ulduz" - "Həzi Aslanov" sahəsində qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB"Ulduz" - "Həzi Aslanov" sahəsində qatarların hərəkəti bərpa olunub.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən BiG.AZ-a verdiyi məlumata görə, noyabrın 24-də, saat 05:41 dəqiqədə "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti "Qara Qarayev" stasiyasına yaxınlaşanda təmas relsində nasazlıq aşkar edib.

Nasazlığın operativ qaydada aradan qaldırılması məqsədilə dərhal "Bakı Metropoliteni" QSC-nin qəza-bərpa vasitələri, rəhbər işçiləri və müvafiq struktların mütəxəssisləri cəlb ediliblər.

Həmin vaxt "Ulduz" - "Həzi Aslanov" istiqamətində qatarların hərəkəti dayandırılıb, saat 6:00-da həmin istiqamətdə yerləşən stansiyalar sərişinlərin girişinə açılmayıb.

Metropolitendə qatarların hərəkəti Qırmızı və Yaşıl xətlər üzrə "Nəriman Nərimanov" - "İçərişəhər", "Nəriman Nərimanov" - "Dərnəgül" саhəsində hər iki istiqamətdə 3 dəqiqəlik intervalla təşkil edilib. Bənövşəyi xətt üzrə və "Cəfər Cabbarlı" - "Xətai" mənzilində qatarlar normal iş rejimi şəraitində fəaliyyət göstərib.

"Ulduz" - "Həzi Aslanov" sahəsində sərnişinlərin daşınması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət olunub.

Saat 10:15-də nasazlıq tam aradan qaldırılıb, sərnişinlərin təhlükəsizliyi təmin olunmaqla, Qırmızı və Yaşıl xətlərdə qatarların qrafik üzrə normal işi bərpa olunub.
Baş vermiş hadisənin səbəbləri araşdırılır, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

"Bakı Metropoliteni" QSC yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyir.

----------
Bakı Metropolitenin "Neftçilər" - "Qara Qarayev" mənzilində təmas relsində nasazlıq baş verib.

BiG.AZ bildirir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov" - "İçərişəhər", "Nəriman Nərimanov" - "Dərnəgül" və əksinə istiqamətdə təşkil edilir: "Hazırda "Ulduz" - "Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür. İctimaiyyətə əlavə məlumat veriləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1525   Tarix: 24 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib. xəbər verir ki, o bunu mayın 7-də keçirdiyi mətbuat konfransında deyib. Baş nazir 44 günlük müharibədən qaçmağın niyə mümkün olmadığını izah edib. "2018-ci ildən Dağlıq Qarabağd

07.05.2024 191
.

"Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, "EDUAZ Co" MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış "Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib. " platformasınd

07.05.2024 166
.

78 yaşlı Türkan Şoraydan ÜZÜCÜ XƏBƏR

Məşhur aktrisa Türkan Şorayın səhhətində problem yaranıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa "Kipr şəhidlərinin anım mərasimi və veteranlarla görüş" adlı mərasimə qatılacaqdı. Lakin o səhhətində yaranan problem səbəbi ilə bu səfərini ləğv edib. Aprelin 30-da aktrisaya pnevmaniy

07.05.2024 914
.

Yusuf Güney Baləli ilə duet oxuyacaq? - VİDEO

Türkiyəli məşhur müğənni Yusuf Güney Bakıdadır. BİG.AZ xəbər verir ki, o, işgüzar səfərlə bağlı gəldiyini bildirib. Müğənni konsert və yeni mahnılarla bağlı suallara cavablandırıb. İfaçı yerli müğənnilərlə duet oxumağa hazır olduğunu da qeyd edib. Baləlini tanımadığını bildirən müğənni təklif gəlsə

07.05.2024 389
.

Yusuf Güney ən böyük xəyalını AÇIQLADI - VİDEO

"Ən böyük arzum meşənin içində kənd qurmaqdır. Bu kənddə pul olmayacaq. Hamı əkib-biçəcək, işləyəcək amma pul almayacaqlar. Mən bütün yatırımları özüm edəcəm, sonra insanlar gəlib orda yaşayacaqlar". Bu sözləri BİG.AZ-a türkiyəli məşhur müğənni Yusuf Güney deyib. O, bir çox arzusuna çatdığın

07.05.2024 372
.

"Bahar" serialı yayımlanmayacaq

Reytinqləri alt-üst edən və maraqla izlənilən "Bahar" serialının bu həftə yeni bölümü ekrana gəlməyəcək. OLAY yazır ki, bu barədə Birsen Altuntaş məlumat yayıb. Bildirilir ki, ekran işinin çəkilişləri və montajı bitmədiyindən bu həftəlik proqramda yer almayacaq. Qeyd edək ki, layihədə baş rollar

07.05.2024 2139
.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

07.05.2024 162
.

Bakıda oteldə zəhərlənərək ölən vəzifəli şəxslərlə bağlı QORXUNC İDDİA

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib. -a istinadla xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. -ın əldə etdiyi məlumat

07.05.2024 1416
.

Putinin andiçmə mərasimi keçirilir - Canlı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbir Kremldə təşkil olunub. Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28

07.05.2024 291