Qazın təzyiqi niyə aşağıdır? - RƏSMİ AÇIQLAMA - VİDEO

Qazın təzyiqi niyə aşağıdır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Bakıda və bölgələrdə bəzi ərazilərdə mənzillərə verilən qazın təzyiqi aşağıdır. Son günlər ''Xəzər Xəbər''in votsap nömrəsinə bununla bağlı müraciətlər daxil olub.''Azəriqaz'' İstehsalat Birliyi də məsələyə münasibət bildirib.

Qaz verilib, ancaq təzyiqi aşağıdır. Bu hal həm paytaxtda həm də bölgələrdə bir sıra ərazilərdə müşahidə olunur. Məsələn bura Bakının Xəzər rayonu Binə qəsəbəsi ''Südçülük'' sovxozu adlanan ərazidir.Sakinlər bildirir ki,havalar soyuyuandan sonra mənzillərinə verilən qazın təzyiqi aşağı düşüb.

Eyni vəziyyət Yevlağ rayon Salahlı kəndində də yaşanır.

Problemdən ''Azəriqaz'' İstehsalat Birliyi də məlumatlıdır.Qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov ''Xəzər Xəbər''ə bildirdi ki,ölkə üzrə qaza olan tələbat artıb.Ötən ilin eyni vaxtları ilə müqaisədə gündəlik sərfiyyat 5 milyon kub metr həcmində artib.Təkcə bunun 3 milyon kub metri Bakı şəhəri və onun ətrafında aiddir.Qaza olan tələbatın artmasının bir səbəbi yeni qazlaşdırılmış ərazilərin çoxalmasıdırsa,digər səbəb istixanaların da sayının artması göstərilir.

Ümumilikdə mənzillərində qazın təzyiqi aşağı olan vətəndaşlar bu problemlə bağlı video va fotoları çəkərək ''Azəriqaz'' İstehsalat Birliyinin 077-310-41-04 qaynar votsap xəttinə göndərə bilərlər.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1498 Tarix: 23.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol