Qanun hamilə qadının avtomobil idarə etməsinə və təhlükəsizlik kəmərini taxmamasına icazə verirmi?

Qanun hamilə qadının avtomobil idarə etməsinə və təhlükəsizlik kəmərini taxmamasına icazə verirmi?Qadının hamiləlik dövründə avtomobil idarə edib-edə bilməyəcəyi ilə bağlı məsələ qanunda öz əksini tapmayıb.

BiG.AZ-ın verdiyi xəbərə görə, bunu e-huquq.az-a nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hamilə qadının avtomobil idarə etməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən məsələ ilə əlaqədar qanunda boşluq var: "Boşluq da ondan ibarətdir ki, ölkəmizdə sürücü olmağın ayrıca tibbi qaydaları yoxdur. Sürücülərin tibbi müayinəsi, onlara qarşı ümumi tələblər mövcud deyil. Azərbaycanda bu kimi məsələlər üzrə əmək funksiyalarını sürücü olaraq yerinə yetirən şəxslərin tibbi müayinəsinin qaydaları var. Bu qaydalar Səhiyyə Nazirliyinin 46 saylı qərarında müəyyən edilib. Burada isə yalnız işçi sürücüdən söhbət gedir. Məsələn, hamiləlik Əmək qanunvericiliyinə uyğun olaraq necə nəzərə alınırsa, burada da eyni qayda tətbiq edilir. Bu isə düzgün yanaşma deyil".

Ekspert qeyd edib ki, buna görə də qanunvericilik təkmilləşdirilməlidir: "Qanunda hamilə qadının avtomobil idarə edib-edə bilməyəcəyinə dair hansısa tələb olmadığına görə sözügüdən məsələ həkim məsləhətinə və rəyinə uyğun tənzimlənməlidir".

Ə.Hüseynov hamilə qadının təhlükəsizlik kəmərini taxıb-taxa bilmyəcəyi məsələsinə gəlincə, deyib ki, təhlükəsizlik kəmərini taxmaq məcburi deyil, sərbəst seçimdir: "Yol Hərəkəti Haqqında" Qanunun 37-ci maddəsinə əsasən, qadın hamiləlik dövründə avtomobil idarə edərkən təhlükəsizlik kəmərini taxmaya bilər".

O, Qeyd edilən məsələnin xaricdə necə tənzimlənməsinə də toxunub: "Dünyanın bəzi ölkələrində hamiləliyin dördüncü ayından sonra qadınlara avtomobil idarə etmək məsləhət görülmür. Bəzilərində isə ümumiyyətlə qadağandır. Həkim rəyinə əsasən, qadın hamiləliyin dördüncü ayından sonra ana olanadək avtomobilin sükanı arxasına keçə bilməz. Yol hərəkəti təhlükəsizliyinin güclü olduğu ölkələrdə isə qadının həmin dövr ərzində kəməri taxması məcburidir".

Ekspert sonda əlavə edib ki, "Yol Hərəkəti Haqqında" qanunun 37-ci 6-cı hissəsinə əsasən, 12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1184   Tarix: 22 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245