Evdar qadınların əməyi qiymətləndirilməlidir - TƏKLİF

Evdar qadınların əməyi qiymətləndirilməlidir - TƏKLİF

Biz çalışırıq ki, işləməyib evdə uşağa baxan qadınların əziyyəti qiymətləndirilsin.

BiG.AZ Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

H.Hüseynova bildirib ki, son dövrdə Prezident tərəfindən sosial məsələlərə büdcədən xeyli vəsait ayrılıb: "Bir çox qadınlarımız var ki, işləmir, evdə uşağa baxırlar. Bir sıra ölkələr evdar qadınların əməyini qiymətləndirmək üçün vəsait ayırır. Biz də məsələ qaldırırıq ki, uşağa baxan qadınların əməyi qiymətləndirilsin".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 832 Tarix: 22.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər