Qızıl ən cəlbedici investisiya alətinə çevrilməkdədir - RƏY

Qızıl ən cəlbedici investisiya alətinə çevrilməkdədir - RƏYDünya bazarında qızılın qiyməti ilin əvvəli ilə müqayisədə 15% və ya 189,60 dollar artaraq ötən gün 1 470,90 dollar/unsiya təşkil edib.Proqnozlarda da qızılın qiymətinin artacağı qeyd edilir. Belə ki, ABŞ-ın qlobal investisiya bankı "Citigroup Inc"bu ilin sonuna qədər dünya bazarında qızılın 1 unsiyasının qiyməti ilə bağlı proqnozunu 5,7% azaldaraq 1 575 ABŞ dollarından 1 485 dollara endirsə də, bankın mütəxəssisləri ortamüddətli perspektivdə qızılın qiymətinin yenidən rekord həddə çatacağı qənaətindədir. Bankın əvvəlki hesabatına görə, yaxın bir və ya iki il ərzində qızılın bir unsiyası 2000 dollar səviyyəsini ötəcək. Qlobal maliyyə şirkəti "Merrill Lynch International" da qızılın qiymətinin 2 min dollara qədər qalxa biləcəyini bildirir.

Qızılın qiymətinin artması proqnozları fonunda qızıla investisiyaların da həcmi artıb. Mərkəzi bankların ardınca birjalar, həmçinin hedc fondları qızıl alışını həyata keçirir. Ümumdünya Qızıl Şurasının məlumatına görə, 2018-ci ildə mərkəzi bankların xalis qızıl alışı əvvəlki ildən 73,8% artaraq 651,5 tona çatıb. Şuranın məlumatına görə, bu ilin III rübündə dünyada investisiya aləti kimi qızıla tələbat 3% artaraq 2 855 ton olub. Məlumata əsasən, illik müqayisədə isə investorların bu qiymətli metala tələbatı, təxminən, 10% artıb.

Qlobal fondlar da qızıla investisiyalarını artırıblar. Təkcə bu ilin avqust ayında qlobal fondlar bu qiymətli metala təxminən 6 mlrd. ABŞ dolları məbləğində investisiya edib. Son nəticədə onların sərəncamında olan qızılın həcmi 122 ton və yaxud 4,7% artaraq 2 733 tona çatıb. İlin əvvəlinə nisbətən artım isə 10,4% təşkil edib.

Qızıla investisiyaların indiki həddi sonuncu dəfə 2012-ci ildə qeydə alınıb. Bu il qızıla ən çox investisiyanı ABŞ fondları yatırıb. Bu il Böyük Britaniya, Çin, Almaniya, Rusiya, Qazaxıstan, Özbəkistan kimi ölkələr də qızıl ehtiyatlarını artırıb.

Azərbaycan Dövlət Neft Fondu da qızıl ehtiyatlarını artırıb. 30 sentyabr tarixinə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 100,66 tona (3 236 233,233 troya unsiyası) çatdırılıb. Fondun investisiya portfelində qızılın payı 11,4% təşkil edib.

Fond qızıla investisiyaya 2012-ci ilin fevral ayından başlayıb. ARDNF bu tarixdən 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışını həyata keçirib. ARDNF 2018-ci ilin ikinci rübündən etibarən qızılın alışını davam etdirməyə başlayıb.

Bəs qızıla tələbatın artması hansı faktorlarla bağlıdır?

Treyder Tamerlan Bayramlı "Report"a bildirib ki, tələbatın artması səbəblərindən biri qızılın bir növ müdafiə aktivi kimi istifadə edilməsidir. O qeyd edib ki, son bir ildə ABŞ fond bazarı ilə qızılın korrelyasiyası əksdir.

"Yəni Fond bazarında investisiyalar artanda qızıla azalır, və ya əksinə olur. Bunun da səbəbi odur ki, qızılı müdafiə aktivi kimi istifada edirlər. Yəni Fond bazarında səhmlərə, riskli aktivlərə investisiya edəndə, onların dəyəri itərsə, riskdən qaçmaq üçün qızıl almağa başlayırlar".

Tamerlan Bayramlı:

"Tələbatın artması səbəblərindən biri qızılın bir növ müdafiə aktivi kimi istifadə edilməsidir".

Treyder tələbatın artmasının digər səbəbi olaraq ABŞ-la Çin arasında ticarət müharibəsini, həmçinin bir çox ölkələrin dollardan asılılıqlarını azaltmaq üçün dollar ehtiyatlarını qızıla çevirməsi faktorunu göstərir.

Bundan başqa, o qeyd edib ki, son 6-7 ayda hedc fondlarının qızıla marağı getdikcə artır: "İnsanlar 2020-ci ildə iqtisadi zəifləmə olacağı gözləntisi ilə qızıla investisiyalarını artırırlar".

Qızılın qiyməti ilə bağlı proqnoza gəlincə isə teryder bildirib ki, konkret rəqəm demək bir qədər çətindir, amma əgər fond bazarında eniş baş verərsə, qızılın bir unsiyası 1560-1570 dollardan çox olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 536   Tarix: 21 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914