FED-in uçot dərəcəsini azaltması manatın məzənnəsinə birbaşa təsir edə bilməz - RƏY

FED-in uçot dərəcəsini azaltması manatın məzənnəsinə birbaşa təsir edə bilməz - RƏY"ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaltması dolayı yolla Azərbaycan manatının bahalaşmasına şərait yaradır, amma bu, milli valyutanın məzənnəsinə birbaşa təsir edən amil deyil".

Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov FED-in Prezident Donald Trampın təzyiqi ilə faizləri azaltmasının ehtimalını və onun manatın məzənnəsinə təsirini şərh edərkən deyib.

Xatırladaq ki, D.Tramp FED-i faizləri digər ölkələrlə müqayisədə aşağı salmağa çağırıb. Onun fikrincə, ABŞ dollarının məzənnəsinin güclü olması yerli istehsalçılara və iqtisadi artıma zərbə vurur.

İqtisadçı-ekspert Rəşad Həsənov

"Azərbaycan hökuməti manatın məzənnəsinin güclənməsində maraqlı deyil"

"Hazırda Azərbaycan manatının məzənnəsinə təsir edən əsas amil dünya bazarında neftin qiymətidir. Təbii ki, dolların ucuzlaşması neftin müəyyən qədər bahalaşmasına gətirib- çıxarır. Bununla belə, son 2-3 ildə əmtəə birjalarındakı qiymətlə və ABŞ dollarının məzənnəsi arasında qeyri-müəyyən asılılıq hiss olunmaqdadır. Əgər FED D.Trampın təzyiqi ilə uçot dərəcəsini azaldaraq dolların məzənnəsini zəiflətsə, bu, manatın məzənnəsinə dolayı yolla təsir edəcək", - deyə R.Həsənov qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın milli valyutasının bahalaşması üçün şərait var və ucot dərəcəsinin azalması da yaxşı mühit formalaşdıracaq: "Ancaq Azərbaycan hökuməti manatın məzənnəsinin güclənməsində maraqlı deyil və bugünkü məzənnəni (1 dollar = 1,7 manat) saxlamağa çalışır.

Eyni zamanda düşünmürəm ki, FED-in məzənnə siyasəti ABŞ adminstrasiyasının təzyiqləri fonunda formalaşsın. Çünki dünya iqtisadiyyatı ilə əlaqəli risklər var və FED siyasətini daha çox bu konteksdən qiymətləndirməyə çalışacaq".

İqtisadçı-ekspert Samir Əliyev

"Dolların ucuzlaşmasının Azərbaycana mənfi təsiri yoxdur"

"FED-un uçot dərəcəsini azaltması qısamüddətli perspektivdə faydalı olsa da, uzunmüddətli perspektivdə Azərbaycanın ixrac potensialını azaldır".

Bunu isə "Report"a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.

"Dolların ucuzlaşmasının Azərbaycana mənfi təsiri yoxdur. Əksinə Amerika valyutasının bahalaşması ölkəmiz üçün müsbət hal deyil, çünki onda dünya bazarında neft ucuzlaşır. Bu da iqtisadiyyatı neftdən asılı ölkə kimi Azərbaycan üçün sərfəli deyil.

ABŞ-da faizlərin azaldılmasının yalnız bir mənfi təsiri ola bilər. Dollar ucuzlaşanda, manatın bahalaşması üçün şərait formalaşır, bu isə yerli istehsalın rəqabətqabiliyyətliliyini azaldır. Azərbaycan məhsulları onsuz da keyfiyyət baxımından analoqları ilə rəqabət apara bilmir, yalnız ucuz manat hesabına dünya bazarına çıxa bilirlər. Əgər manat bahalaşsa ölkədən ixrac zəifləyəcək, üstəlik idxaldan asılılıq artacaq", - o qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 542   Tarix: 21 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693