Müşviqin 145 minlik evini əlindən alırlar

Müşviqin 145 minlik evini əlindən alırlar"Allah Hamımızı mərdiməzardan, ev yıxandan, qorusun! Mənim heç kimə "dələduz" demək hüququm yoxdur-bunu Fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Həsənova Gülrux Sənhan qızına onun xalası Həsənova Mehriban Hüseyn qızının iddiasından sonra Apellyasiya Məhkəməsinin hakimi Cəmilova Xəyalə Adil qızının qərarı deyir".

BiG.AZ xəbər verir ki, bu sözləri "Bu şəhərdə"nin ssenaristi Müşviq Abbasov yazıb. O, bir neçə ay öncə evinin əlindən saxta yolla alınması barədə paylaşım edib. Müşviq bildirib ki, məhkəməyə müraciət etsə də, heç bir faydasını görməyib:

"Sən demə, mən 2013-cü ildə Gülruxdan aldığım evin sənədləri saxta imiş. Həmin evi Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı Gülruxun adına alıb. Alandan 3-il sonra Taleh dünyasını dəyişib. Ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib.

Mənim nə günahım var? Bu alqı-satqını 5 saylı Dövlət notariusu təsdiqləyib və sonra Dövlət Əmlak komitəsi ona əsasən mənə çıxarış verib. İndi 6 ildən sonra hakim deyir ki, evi qaytar".

Müşviq əlavə edib ki, evin sahibləri onu məmur qohumları ilə hədələyirlər:

"Mehriban isə mənə telefonda dedi ki, mənim Prezident Aparatındakı bacım qızıynan, Nazirlər Kabinetindəki bacım Azərbaycanda hər hakimin "ağzını yumar", havayı yerə vəkillərə pul xərcləmə. Yəni, hakim Xəyalə Cəmilovanın və xala Mehriban Həsənovanın bu məntiqindən belə çıxır ki, Azərbaycanda kim istəsə, dövlət sənədlərini saxtslaşdırıb, külli miqdarda (145 min dollar), dələduzluq edib, pulu "atıb" həbs olunmaya bilər, azadlıqda qalar.

Dövlət notariusun təsdiqlədiyi müqaviləyə, heç vaxt güvənib ev almayın. Məhkəmənin qərarı ilə hər bir vətəndaşın, vicdanlı alıcının mülkü hər an, hətta 6 ildən sonra əlindən alına bilər.

Belə çıxır ki, Azərbaycan vətəndaşları hər ehtimala qarşı mülkləri əllərindən alınmamış hər şeyini satıb, kirayələrdə yaşamalıdırlar? Gedib başqa dövlətlərdə ev almalıdırlar?

Bir çox yerlərə müraciət etmişəm. Ümid edirəm, noyabrın 25-də Ali Məhkəmədə işimizə baxacaq hakim -Vəliyeva Elşanə vicdanlı qərar verəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2382   Tarix: 20 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib

Türkiyəli müğənni Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib. xəbər verir ki, müğənni sosial şəbəkədə 2015-ci il Kolumbiya gözəli həyat yoldaşı Madelein Iopez ilə toy şəklini paylaşıb. "43-cü ayımız ailəmizə xeyirli olsun, canım yoldaşım" ,- deyə o bildirib

04.05.2024 473
.

Aysun ərini BELƏ TƏBRİK ETDİ - FOTOLAR

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevi ad günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən bildirir ki, Aysun İsmayılova instaqramda hekayə bölümündə paylaşım edib. "Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, səni tanımışam. Səninlə hər şeyə yaxşı ki. Əllərimizi ancaq qızımız ayırsın

04.05.2024 1060
.

Hüsniyə Məhərrəmli: "Mən Masazırdan təzə çıxmışam" - FOTO

Aparıcı Hüsniyə Məhərrəmli "Instagram" hesabında diqqət çəkən paylaşım edib. xəbər verir ki, aparıcı Amerikada doğum günü məclisinə qatılarkən, ona çox bəzənməməyi tapşırdıqlarını söyləyib. "Sergionun ad gününə gedirəm. Deyiblər, sadə geyin, bura Amerikadır, çox bəzənmirlər. Mən Masazırda

10:27 579
.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

04.05.2024 467
.

"Şahane Hayatım" final edəcək

"Şahane Hayatım" serialı final qərarı alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,serialın ilk bölümü 1 noyabr 2023-cü il tarixində yayımlanıb

03.05.2024 468
.

Aygün Kazımovanın qızı İlqarə gözəlliyi ilə GÖZ OXŞADI - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında fotosunu paylaşıb. Fotoda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Paylaşıma xoş sözlər yazıblar. Sözügedən fotonu təqdim edirik:

04.05.2024 2770
.

"Qazaxa gedə bilmirəm"

Əməkdar artist Xumar Qədimova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, sənətçi bu barədə "Rəngarəng səhər" verilişində danışıb. O bildirib ki, son illər doğulduğu Qazax rayonuna gedə bilmir:. "Qazaxda doğulmuşam. Qazaxımı dana bilmərəm. Mənim üçün həm sevinc, həm kədərdir. Son illə

11:48 427
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

05.05.2024 370
.

"Aygün Kazımovanın yerini heç kim tuta bilməz"

"Mən Aygün Kazımovanın etdiklərinə tab gətirə bilmərəm. O mənim üçün divadır. Sənətkarı illər bu yerə gətirir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Gül kimi şou" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımovanın yerini heç kimin tuta bilməyəcəyini qey

03.05.2024 1727