"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHI

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHIŞou-biznesdə plastik əməliyyat masasına uzanan sənət adamlarının sayı günbəgün artır. Xarici görkəmini dəyişmək üçün keçirilən əməliyyatlar bəzən bədbəxtliyə səbəb olur. Maraqlısıda odur ki, sənət adamlarının plasik əməliyyat keçirməsi haqqında mediada, sosial şəbəkədə məlumatlar yer alsa da, özləri bunu əksər hallarda etiraf etmir.

BiG.AZ plastik əməliyyat keçirən məşhurların siyahısını təqdim edir:

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHIPlastik cərrahiyə əməliyyatları hələ keçmiş dövrlərdən qadınlar üçün ən aktual məsələlərdən biri olub. Azərbaycanda ilk dəfə burnunda əməliyyat keçirmiş sənətçi Əminə Yusifqızı olub. Əminə xanımdan sonra hələ sovetlər dönəmində bu riskli addımı xalq artisti Flora Kərimova atıb. İllər sonra isə üzündə və boğazında da əməliyyat etdirib. Hər iki xanım əməliyyatlarını Gürcüstanda etdirib.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHIDodaqlarının, burnunun, qıçlarının və bədəninin görünüşünü dəyişdirən Brilliant Dadaşovanın keçirdiyi əməliyyatlar həmişə gizli olur. Heç vaxt plastik əməliyyat etdirmədiyini deyən sənətçi əksinə, belə əməliyyatları ilə demək olar ki, sənətçilərin önündədir. Əldə etdiyimiz məlumata görə, müğənni xanım son olaraq belini incəltmək üçün iki qabırğasını da çıxartdırıb. Sənətçi bu əməliyyatları Türkiyədə həyata keçirib.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHIAzərbaycan şou-biznesində ən çox plastik əməliyyat keçirən müğənnin kim olduğunu düşünsək, heç şübhəsiz, ilk olaraq ağla xalq artisti Aygün Kazımova gələcək. O, saysız-hesabsız əməliyyat keçirib. Lakin bir çox həmkarlarından fərqli bunu mediadan gizlətməyib. A.Kazımova Azərbaycanda yeganə müğənnidir ki, əməliyyat etdirərkən klip də çəkdirib. "Tez gəl" adlı mahnısına çəkilmiş klip plastik əməliyyat zamanı lentə alınıb. A.Kazımova ən çox dodaqlarında əməliyyat etdirib. Sonuncu əməliyyatı isə burnunda olub.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHIRoya Ayxan - burnunu əməliyyatla kiçildib. Lakin bu əməliyyat uğursuz alınıb. Bundan əlavə o, dodağını da estetik əməliyyat etdirib.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHIXalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova - dodağında və üz dərisində plastik əməliyyat etdirib. Amma nədənsə o, bu əməliyyatlarını həmişə xalqdan gizlin saxlayıb.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHINura Suri - əməliyyat keçirən sənət adamları arasındadır. Müğənni dəfələrlə Sankt - Peterburqda plastik əməliyyat etdirib. O, bu addımı illər öncə keçirdiyi avtomobil qəzasından sonra atıb.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHIPlastik əməliyyat etdirən sənətçilərin siyahısına bədəninin müxtəlif yerlərində əməliyyat keçirən Rəqsanə İsmayılova 10 dəfədən çox əməliyyat masasına uzanıb. Bədəninin müxtəlif yerlərini korreksiya etdirib, o cümlədən üzündə də estetik əməliyyatlar aparıb. Rəqsanə hər keçirdiyi əməliyyat haqqında mətbuatı məlumatlandırıb.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHIƏn çox əməliyyat etdirən məşhurların arasında Könül Kərimova da var. Demək olar ki, plastik əməliyyat nəticəsinə müğənni simasını tam dəyişdirib.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHIXalq artisti Nisə Qasımova da cavanlaşmaq məqsədi ilə üzündə əməliyyat keçirdib.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHIPlastik əməliyyat keçirənlər arasında müğənni Zöhrə Abdullayeva da var. Müğənni bir neçə müddət öncə üz dərisini dartdırıb, dodağını silikon, qarnını, ayaqlarının yuxarı hissəsini liposaksiya etdirib. Bu, müğənninin keçirdiyi ilk əməliyyat deyil. Vaxtilə Zöhrə xanım burnunun formasını da dəyişib.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHIMüğənnilər Xuraman Şuşalı və Almaz Ələsgərli də uğursuz burun əməliyyatı etdirmiş sənətçilər sırasındadır. Əməkdar artist Nüşabə Ələsgərli də üzündə, göz ətraflarında əməliyyat keçirib. Lakin o, bunu mediadan gizlətməyib.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHIHamının "Toppuş bacı" kimi tanıdığı aktrisa Tünzalə Əliyeva da 2 dəfə plastik əməliyyat etdirib. Sonuncu əməliyyat nəticəsində aktrisanın bədənindən 30 kq piy çıxarılıb.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHISənubər İsgəndərli də "botoks" üsulu ilə üzündə və dodağında dəyişikliklər etdirib.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHIƏməliyyat masasına əyləşən teleaparıcılarımız da az deyil. Nanə Ağamaliyeva, Afaq Gəncəli, Elnarə Təhməzova, Ulvira Qarayeva da üzlərində müəyyən dəyişiklik etdiriblər.

Xarici görünüşünü dəyişib "gözəlləşmək" istəyən məşhurlar arasında kişi sənətçilər də yer alıb.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHIXalq artisti Faiq Ağayev hələ uzun illər bundan əvvəl burnunda əməliyyat etdirib. Müğənni növbəti dəfə sinə və qollarına silikon etdirmək üçün cərrah masasına uzanıb. Bu əməliyyatı boynundan atan F.Ağayev nədənsə əməliyyat mövzusunda danışmaqdan imtina edir. Xalq artistinin sonuncu əməliyyatı 2008-ci ilin yay aylarına təsadüf edir.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHISifətinə əməlli-başlı əl gəzdirən kişi müğənnilər arasında Cavanşir Məmmədov son vaxtlar bütün medianın diqqətindədir. Belə ki, müğənni həm sifətinə botoks etdirib. Üzünü gərdirib. Bundan başqa, C.Məmmədov başına saç əkdirib.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHISaç əkdirənlər arasında müğənnilər Vasif Məhərrəmli, Elariz Məmmədoğlu da var.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHISamir Bağırov da həkim bıçağının altından keçən müğənnilər arasındadır.

"Gözəlləşmək" üçün əməliyyat masasına uzanan azərbaycanlı məşhurlar-SİYAHIRəhim Rəhimli də burnundan əməliyyat etdirsə də, bəzi problemlərin qaldığını bildirib.

Lamiyə Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2997   Tarix: 19 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Şahane Hayatım" final edəcək

"Şahane Hayatım" serialı final qərarı alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,serialın ilk bölümü 1 noyabr 2023-cü il tarixində yayımlanıb

03.05.2024 454
.

"Estetik deyil, fotoşopdur" - Rafet El Roman

Son zamanlar üzündəki dəyişikliklə gündəmə gələn türkiyəli müğənni Rafet El Roman estetik etdirməsi ilə bağlı iddialar haqqında danışıb. Axşam.az xəbər verir ki, ifaçə şəkillərinə fotoşop edildiyini və estetik əməliyyat olunmadığını açıqlayıb. "5 ay əvvəl botoks edib, peşman olduğumu açıqladım

03.05.2024 420
.

"Ərimi bu xanımlara qısqanıram, gözü qaça bilər..." - VİDEO

Müğənni Qumral ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. İfaçı ərinin geyimlərinə bəzən irad tutduğunu da açıqlayıb:. "Bəzən həyat yoldaşım geyimlərimə qarışır, deyir ki, bunu geyinmə

04.05.2024 946
.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

05.05.2024 684
.

Murad Yıldırım "Teşkilat"dan gedir

"TRT 1" kanalında yayımlanan "Teşkilat" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə baş rolu canlandıran Murad Yıldırım vida edəcək. Qeyd edək ki, ekran işi 11-ci bölümdə mövsüm finalı edəcək

05.05.2024 266
.

Aysun ərini BELƏ TƏBRİK ETDİ - FOTOLAR

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevi ad günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən bildirir ki, Aysun İsmayılova instaqramda hekayə bölümündə paylaşım edib. "Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, səni tanımışam. Səninlə hər şeyə yaxşı ki. Əllərimizi ancaq qızımız ayırsın

04.05.2024 1034
.

Aygün Kazımovanın qızı İlqarə gözəlliyi ilə GÖZ OXŞADI - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında fotosunu paylaşıb. Fotoda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Paylaşıma xoş sözlər yazıblar. Sözügedən fotonu təqdim edirik:

04.05.2024 2762
.

Hüseyn Həsənov vergilərə 153 milyon borcludur

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun vergilərə 153 milyon rubl (2,8 milyon manatdan çox) borcu var. "Qafqazinfo" "Baza" teleqram kanalına istinadən xəbər verir ki, Rusiya Federal Vergi Xidməti onun restoran işi və yemək çatdırılması ilə məşğul olan şirkətinin hesabların

10:30 0
.

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:. "Evliliyi

04.05.2024 606