Ukraynada iki gənc qızı vəhşicəsinə qətlə yetirən şəxs hakim qarşısında: "Özümü öldürmək üçün qəbiristanlığa getdim..." - FOTO

Ukraynada iki gənc qızı vəhşicəsinə qətlə yetirən şəxs hakim qarşısında: "Özümü öldürmək üçün qəbiristanlığa getdim..." - FOTOUkraynada universitet tələbəsi olan gənc qızı və onun rəfiqəsini qətlə yetirən şəxs yenidən hakim qarşısına çıxarılıb.

Türkiyə vətəndaşı olan gənc oğlanın məhkəmədəki ifadəsi hər kəsi təəccübləndirib. O, fırıldaqçılıqla məşğul olduğunu və aylıq gəlirinin 100 min lirə olduğunu deyib.

Hüsnü Can Çökməz adlı gənc Buket Yıldız ilə sevgili olub. Buket Yıldız Ukraynada tibb ixtisası üzrə təhsil alırdı. Ukraynada rəfiqəsi Zeynəb Hüsünbəyi ilə birlikdə yaşayan Buket Yıldız hadisədən bir neçə ay öncə sevgilisi Hüsnü Can Çökməz ilə ayrılıb.

BiG.AZ musavat.com-a istinadən bildirir ki, sevgilisindən ayrılan Hüsnü Can barışıq üçün Ukraynaya yola düşüb. Gənc oğlanın dediklərinə görə o, Ukraynaya barışmaq üçün gedib. Lakin Buket Yılmaz barışma təklifini rədd edərək Hüsnü Cana söyüş söyüb və şillə vurub.

Məhkəmədə ifadə verən Hüsnü Can Çökməz bundan hirsləndiyini və qətli törətdiyini bildirib: "Buket qapını açdı. Ona bir daha barışmaq istədiyimi dedim. Mənə söyüş söydü və məni vurmağa başladı. Mən də əsəbləşdim və olan oldu. Qapını açanda əlində bıçaq var idi. Bıçağı mənə tərəf tutaraq qorxutmağa çalışırdı. Lakin sonra heç nə etmədən geri çəkildi. Bıçağı ondan necə aldığımı xatırlamıram. Həmin gün Buketlə hansı dialoqun baş verdiyini də xatırlamıram. Onun rəfiqəsi Zeynəbi də necə öldürdüyümü xatırlamıram. Hadisədən sonra 20-25 dəqiqə evdə qaldım. Sonra planşet və telefonları götürərək evdən çıxdım, hadisəni oğurluq kimi göstərmək istədim. Evdən çıxdıqdan sonra ilk olaraq otelə getdim, sonra da Türkiyəyə gəldim. Dostuma zəng etdim. Bu barədə ona hər şeyi dedim. Onların bağ evinə getdik. Burada bir gecə qaldım. Səhərisi gün bıçaq götürdüm, özümü öldürmək üçün qəbiristanlığa getdim. Dostum məndən xəbərsiz polisləri çağırdı, onlar da məni apardılar. Bu qətli törətmək üçün üçün bir plan qurmamışdım".

Hakimin bir çox suallarına xatırlamıram deyə cavab verən gənc oğlanın bu hərəkəti qətlə yetirilən qızların valideynlərini qəzəbləndirib.

Qətlə yetirilən qızların ailələri Hüsnü Can Çökməzin ömürlük həbs cəzası çəkməsini tələb edib. Hakim isə qeyd edib ki, qatil bilərək heç bir şey xatırlamadığını deyir və məhkəmənin işini çətinləşdirmək istəyir.

Qeyd edək ki, Ukraynanın Xarkov şəhərində tibb ixtisası üzrə təhsil alan tələbə qızlar Buket Yıldızın 22 , Zeynəb Hüsünbəyinin isə 21 yaşı var idi.

Ukraynada iki gənc qızı vəhşicəsinə qətlə yetirən şəxs hakim qarşısında: "Özümü öldürmək üçün qəbiristanlığa getdim..." - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1373   Tarix: 16 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137