"Lapis Lazuli" marşrutu region üçün əhəmiyyətli nəqliyyat layihəsidir - EKSPERT RƏYİ

"Lapis Lazuli" marşrutu region üçün əhəmiyyətli nəqliyyat layihəsidir - EKSPERT RƏYİ"Lapis-Lazuli" beynəlxalq nəqliyyat dəhliziinə dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb.

Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. "Lapis-Lazuli" nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır.

Belə ki, "Lapis Lazuli" xəttinin Azərbaycanla yanaşı Əfqanıstan üçün də xüsusi əhəmiyyətə malikdir. Bu dəhliz Əfqanıstanın iqtisadiyyatına mühüm töhfə verəcək və dünya bazarlarına çıxışını təmin edəcək. Bu nəqliyyat marşrutu daha da inkişaf edərək bütün iştirakçı ölkələrin iqtisadi inkişafında rol oynayacaq. Həmçinin, bu marşrutun Şərq-Qərb dəhlizinin inkişafına gələcəkdə töhfə veriləcəyi vurğulanır. Gələcəkdə yüklərin daha da artmasına ümid edilir. "Lapis-Lazuli" dəhliziinə başqa ölkələrin də marağı artır. Belə ki, Hindistanın bu dəhlizə qoşulmağı ilə bağlı da marağı ifadə edilmişdi. "Lapis Lazuli" xəttində yükdaşımalarda mühüm hadisələrdən biri də ötən ilin dekabrın 25-də bu marşrut xətti ilə ilk yüklər Azərbaycana gətirilməsi idi. Daşınan yüklərə əsasən pambıq, küncüd, quru meyvə və digər məhsullar daxil idi.

Amerikalı ekspert Piter Teys "Lapis Lazuli" xəttinin önəmi ilə bağlı bildirib ki, 2017-ci ildə Aşqabadda imzalanmış müqavilə Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistan, Əfqanıstan arasında sıx əməkdaşlığı təmin edilməsi məqsədi ilə imzalanıb: "Vurğulanmalıdır ki, Əfqanıstan hökuməti qitələrarası layihə olan "Lapis Lazuli" layihəsini yekun mərhələyə gətirmək üçün yaxından əməkdaşlıq ediblər. Əfqanıstanın "Lapis Lazuli" marşrutundan mənfəəti böyük olacaq. Eyni zamanda, Azərbaycan ilə Əfqanıstan arasında sıx əməkdaşlıq müşahidə edəcəyik. Bununla yanaşı, təsiredici əhəmiyyətə malik olan "Lapis Lazuli" nəqliyyat layihəsi Azərbaycan ilə Əfqanıstan arasında iqtisadi əlaqələri gücləndirəcək. Həmçinin, Gürcüstanın da Türkmənistan və Əfqanıstan bazarlarına məhsullarının ixracını genişləndirmək şansı əldə edir. Dəhliz vasitəsilə Əfqanıstan Avropa bazarında kənd təsərrüfatı məhsullarının ixrac həcmini genişləndirə bilər".

Amerikalı ekspert Piter Teys:

"Əfqanıstanın Mərkəzi Asiya və Avropa ilə infrastruktur və nəqliyyat birləşməsi Türkmənistan, Azərbaycan və Türkiyə arasında ticarət və kommersiya potensialını sürətləndirəcək".

P.Teys vurğulayıb ki, Azərbaycanın Əfqanıstanla və regionla iqtisadi əlaqələrini inkişaf etdirmyə dair böyük potensialı var. Konsolidə edilmiş maliyyə sektoru olan Azərbaycan siyasi sabit bir ölkə kimi, Avrasiyada insanları birləşdirmək, mədəniyyətlərarası dialoqa və sağlam çoxtərəfli iqtisadi diplomatiya formalaşdırmaq üçün çox böyük sərmayə qoyan lider ölkə olaraq daha da inkişaf edəcək. Azərbaycan dəmir yolları da bu maşrutda fəal iştirak edir".

Amerikalı ekspert deyib ki, 2018-ci ilin dekabrın 13-də "Lapis Lazuli" xəttinin Əfqanıstan Prezidenti Əşrəf Qaninin iştirakı ilə birinci mərhələsinin açılışı oldu və 175 ton pambıq, quru meyvələr, toxum bu dəhliz vasitəsilə gönədirildi: "Əfqanıstanın Mərkəzi Asiya və Avropa ilə infrastruktur və nəqliyyat birləşməsi Türkmənistan, Azərbaycan və Türkiyə arasında ticarət və kommersiya potensialını sürətləndirəcək. Azərbaycan hökuməti həmişə regional nəqliyyat dəhlizləri ilə bağlı böyük maraq ifadə edib. Ticarət-nəqliyyat layihələri və çoxtərəfli sazişlər, iqtisadi artım və kiçik-orta biznesin yetişməsi üçün belə layihələrin icrası praktiki olaraq səmərəlidir".
Ekspert Yasin Mustafayev:

"Lapis Lazuli" dəhlizinin də Bakı-Qars dəmir yoluna birləşdirilməsi bütün Avropaya və Şimali Afrikanın bir çox ölkələri də daxil olmaqla 50-60 ölkəyə yüklərin daşınmasını təmin edəcək".

Yol İnfrastrukturu üzrə ekspert Yasin Mustafayev "Lapis-Lazuli" xəttinin "Bakı-Tbilisi-Qars"a birləşdirilməsi ilə bağlı məsələyə diqqət çəkib: "Lapis Lazuli" dəhlizinin də Bakı-Qars dəmir yoluna birləşdirilməsi Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan Türkiyədən keçməklə bütün Avropaya və Şimali Afrikanın bir çox ölkələri də daxil olmaqla 50-60 ölkəyə yüklərin daşınmasını təmin edəcək. Düzdür bu layihə əsasən Əfqanıstan və Türkmənistan mallarının Avropa bazarına daşınmasına xidmət etsə də bu marşrut demək olar ki, böyük perspektiv vəd edir. Bu layihələr tranzit yüklərdən ölkəyə gəlir gətirməklə yanaşı dövlətlər arasında əməkdaşlıq və dostluq münasibətlərinin də yaranmasına töhvə verəcəkdir. Eyni zamanda da ölkəmizin beynəlxalq arenada çəkisini artıracaq, söz sahibi edəcək və həmçinin ölkənin iqtisadi, siyasi, hərbi gücünü artırmağa zəmin yaradacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 608   Tarix: 15 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xırdalanda "fond pulu" tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. xəbər verir ki, bu barədə idarədən məlumat verilib. Qeyd olunub ki, bağç

22:13 0
.

Paşinyan Moskvaya gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də Ali Avrasiya İqtisadi Şurasının iclasına sədrlik etmək üçün Moskvaya gedəcək. xəbər verir ki, Paşinyan mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəyini deyib. "Görüş zamanı biz həm ikitərəfli, həm də çoxtərəfli münasibətləri

22:00 0
.

"Nigar Arpadarai tapılmır" - Seçicilər

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il

10:58 761
.

İsrailin hücumları nəticəsində Qəzzada 10 min insan yoxa çıxıb

İsrailin hücumları nəticəsində Qəzzada 10 min insan yoxa çıxıb. BİG.AZ xəbər verir ki, itkin düşənlərin dağıntılar altında qalıb. Digər tərəfdən, İsrailin Qəzzada hücumlarına məruz qalanların 72%-i qadın və uşaqlardır. Qəzzada hökumətin media ofisinin yaydığı açıqlamada İsrailin 210 gündür Qəzzaya dava

14:36 135
.

Yağış nə vaxt dayanacaq? - Hava ilə bağlı vacib açıqlama

"Yaxın günlərdə dağlıq rayonlarına qar yağacaq". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Direktor bu gün Bakıda və Abşeron yarmadasında, eləcə də bölgələrdə yağıntılı hava şəraitinin davam edəcəyini vurğulayıb

11:37 1935
.

Tanzaniyada qayığın batması nəticəsində 5 nəfər ölüb

Şərqi Afrika ölkəsi Tanzaniyanın Hind okeanı sahillərində qayığın batması nəticəsində 5 nəfər ölüb, 6 nəfər itkin düşüb. xəbər verir ki, rəsmilər Tanqa bölgəsində Panqaniyə gedən qayıqdan düşərək boğulan 5 nəfərin cəsədinin Keniyanın Mombasa sahillərində sürünərək sudan çıxarıldığını bildirib. 6 nəfəri

20:15 89
.

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinə qarşı sui-qəsd hazırlayan agent şəbəkəsi ifşa edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Saxlanılanlar arasında V. Zelenskini

17:46 229
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində baş verib. Belə ki, Qarada

15:48 760
.

Somalidə 8 min insan təxliyə edildi

Somalidə güclü yağışlar səbəbindən insanlar evlərindən təxliyə olunub. BİG.AZ xəbər verir ki, ümumilikdə 8 min insan təxliyə edilib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) bəyanat yayıb. Qeyd edilib ki, yağışlar Hiran bölgəsində effektiv olu

10:30 166