Hacı Şahin Həsənli: "Avropalı üçün tolerantlıq hüquqi öhdəlikdirsə, Azərbaycanda isə dözümlülük mədəniyyət göstəricisidir"

Hacı Şahin Həsənli: "Avropalı üçün tolerantlıq hüquqi öhdəlikdirsə, Azərbaycanda isə dözümlülük mədəniyyət göstəricisidir""Dünya dini liderlərinin II Bakı Sammitinin əhəmiyyəti həddindən artıq çoxdur. Bu tədbir dünya dini liderlərinin, dünya ictimaiyyətinin Azərbaycandakı tolerantlıq mühitinə, multikulturalizmə, din-dövlət münasibətləri modelinə diqqətinin cəlb olunmasına xidmət edir".

Bunu "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Dünya dini liderlərinin II Bakı Sammitinin əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, bu tədbir həm də Azərbaycanın mədəniyyəti və inkişafı ilə dünya ictimaiyyətini tanış etmək baxımından olduqca əhəmiyyətlidir:

"Heç kəsə sirr deyil ki, müasir dövrdə bir çox konfliktlərin, bir çox münaqişələrin kökündə dini faktor dayanır. Yəni dindən siyasi məqsədlər, ölkələri dağıtmaq, əmin-amanlığı pozmaq və insanları qarşı-qarşıya qoymaq üçün istifadə edilir. Belə bir şəraitdə Azərbaycanın dini mühitinin, dövlət-din münasibətlərinin özünəməxsus modelini dünyaya təqdim etmək olduqca zəruridir. Hazırda bir sıra qərb dövlətlərinin və Avropa ölkələrinin multikulturalizmdən imtina haqqında danışan zaman Azərbaycanda dinlər və mədəniyyətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu göstərmək çox əhəmiyyətlidir. Eyni zamanda, bilirsiniz ki, Azərbaycanın Dünya dini liderlərinin II Bakı Sammitinə ev sahibliyi etməsi Prezident İlham Əliyevin sərəncamından irəli gəlir. Bu, həm də Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı keçirilən yubiley tədbirlərinin tərkib hissəsidir".

Hacı Şahin Həsənli:

"Müxtəlif ölkələrdən Bakıya gələn dini liderlərin Azərbaycandakı bu mühiti yaxından görməsi müsbət nəticədir".

Din xadimi bildirib ki, müasir dövrdə, ümumiyyətlə, dini mövzu aktuallıq kəsb edir: "Xüsusilə də Azərbaycana olan diqqət və marağın əsas səbəbi də məhz din-dövlət münasibətləridir, dinlərarası və müxtəlif dini etiqadda olan insanlararası barış mühitidir. Belə bir mühit dünyanın bir çox ölkəsində yoxdur. Avropalı üçün tolerantlıq hüquqi öhdəlikdirsə, Azərbaycanda isə dözümlülük mədəniyyət göstəricisidir. Bütün bu məsələlərin dünyaya tanıtdırılması baxımından bu kimi tədbirlərin Azərbaycanda keçirilməsi çox əhəmiyyətlidir. Müxtəlif ölkələrdən Bakıya gələn dini liderlərin Azərbaycandakı bu mühiti yaxından görməsi müsbət nəticədir. Mən şahidi olmuşam ki, əcnəbi dini liderlər Azərbaycandakı mühiti gördükdə təəccüblərini və heyrətlərini gizlətmirlər və onlar artıq Azərbaycanı belə bir münasibətlər sistemində mövcud olan dövlət kimi tanıyırlar. Mən bunun şahidi olmuşam".

Qeyd edək ki, bu gün Bakıda müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı Sammiti başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin "Dünya dini liderlərinin II Bakı Sammiti"nin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarlarından irəli gələn Sammitdə dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən, Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 624   Tarix: 15 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949