Su çənlərinin təhlükəsi: İnsanların həyatı risk altındadır – VİDEO

Su çənlərinin təhlükəsi: İnsanların həyatı risk altındadır – VİDEOSuyun fasilələrlə verildiyi ərazilərdə sakinlər tərəfindən binaların damında müxtəlif tutumlu ehtiyyat su çənləri quraşdırılır. Amma çox təəssüf ki, bu çənlərin vaxtı-vaxtında təmizlənməməsi həm suyun tərkibinə, həm də keyfiyyətinə çox pis mənfi təsir göstərir. Və bu, həm də insanların sağlamlığı üçün çox böyük təhlükədir.

Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

Bakıda hələ də bəzi yaşayış məntəqələrində su çənlərindən istifadə edilir. Lakin diqqət çəkən məqam budur ki, həmin dəmir, plastik çənlər bəzən illərlə təmizlənmir. Digər tərəfdən müxtəlif hava şəraitləri də çənlərə təsir edir ki, xüsusən günəş şüaları suyun tərkibinin dəyişməsinə səbəb olur.

Ziyəddin Kazımov – GEM-in şöbə müdiri: "Uzun illər həmin o ehtiyyat su çənləri istər plastmas su çənləri, istərsə də dəmirdən hazırlanmış su çənləri uzun müddət dezinfeksiya olunmadığına görə, bu insanlarımız arasında əlbəttə kəskin mədə-bağırsaq sistemi xəstəliklərinin yayılmasına səbəb ola bilər".

Mütəxəssislər vətəndaşlara çənin içərisində suyu 1 gündən artıq saxlamamağı, eləcə də ən azı ildə 1 dəfə su çənlərini təmizləməyi tövsiyyə edirlər.

Ziyəddin Kazımov – GEM-in şöbə müdiri: "Bu çənlər mütləq nəzarətdə olmalıdır. Vətəndaşlar tərəfindən ərazi gigiyena mərkəzlərinə və dezinfeksiya şöbələrinə müraciət olunmalıdır. Ərazi su-kanal idarələrinə müraciət olunmalıdır ki, onların yuyulub-təmizlənməsi üçün şərait yaradılsın".

Anar Cəbrayıllı – "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri: "Biz 81.5 faiz əraziyə fasiləsiz su veririk. Amma insanların bəzisi hələ də çəndən imtina etməyib. O çənləri yığır ehtiyyat saxlanır. Hər hansı bir qəza baş verdikdə planlı fasilə olanda o çənlərdən istifadə edir. Bunlar ildə ən azı 1 dəfə yuyulub dezinfeksiya olunmalıdır. Çünki bu gun bizim mənbələrdən insanlarımız verdiyimiz su keyfiyyətləri tam standartlardır. Onun da evə həmin o standartları çərçivəsində təmiz axması hökmən bu şərtlərə əməl olunmalıdır".

Deyilənlərə əməl edək ki, həyat mənbəyi deyib, içdiyimiz su həyatımıza son qoymasın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1617   Tarix: 13 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 154
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

03.05.2024 207
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

03.05.2024 352
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 301
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

03.05.2024 236
.

Adı lüğətə salınacaq

Amerikalı müğənni Beyonsenin adı Fransanın "Le Petit Larousse illustré" ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ulduzun adının yanındakı təsvirdə "Amerikalı R&B və pop müğənnisi" sözlər

03.05.2024 287
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

03.05.2024 329
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 346
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 146