"Ətəyi dizindən iki qarış yuxarı olanları efirə yığıb söyüş söydürürlər" - Xalq şairindən etiraz

"Ətəyi dizindən iki qarış yuxarı olanları efirə yığıb söyüş söydürürlər" - Xalq şairindən etirazBiG.AZ Xalq şairi Vahid Əzizin oxu.az-a müsahibəsini təqdim edir:

- Gənc yazarların narazılıqlarını necə dəyərləndirirsiz?

- Haqlı tələblər var. Çünki kitabları çap olunmalıdır. Amma bu proses baş vermir. Bizim vaxtımızda kitablarımız çıxanda pul alırdıq. İndi isə gənc şairlər pul verib kitablarını çap etdirir. Bunun üçün həm Azərbaycan Yazıçılar Birliyi, həm də Mədəniyyət Nazirliyi məsələni qaldırmalıdır.

- Gənc yazarlar onlardan birinin sədr olmasını istəyir. Sizcə birliyin sədri olmaq üçün elə bir gənc var?

- Bu gün fövqəlada istedadlı bir gənc görmürəm ki, sədr olsun. Çünki təşkilatçılıq tamam başqa bir işdir. Birlik sanki bir nazirlikdir. İctimai təşkilat deyil.

Ümumiyyətlə, Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı rəsmi dövlət nazirlikləridir. Çünki onlar dövlətin rəsmi büdcəsindən maaş alırlar.

Birliyin sədri həyat və digər məsələlərdə təcrübəli, yaşı minimum 60-dan az olmayan insan olmalıdır. Anar təcrübəsi olduğu üçün sədr seçilmişdi.

- Xaricdə mahnılarımızın anonim şəklində oxunması hələ də davam edir. Həmin mahnıların bir çox qisminin də sözləri sizə məxsusdur. Günah kimdədir?

- Mahnıları kimlər ifa edir? Mədəniyyəti olmayanlar adları açıqlamır. Əgər bizim ifaçılar getdikləri xarici ölkələrdə adları açıqlamırsa, o insan müəllifə və Azərbaycan dilinə hörmətsizlik edir, öz vətəndaşlıq borcunu yerinə yetirə bilmir. Çünki səviyyəsi və savadı yoxdur. Yekə-yekə danışmaqla deyil. Niyə müəllifin adını çəkmirlər? Azərbaycanın tanıtmağın bir yolu da budur. Sonra da qonşu dövlətlərin bizim mahnıların öz adlarına çıxartdığını deyirik. Bacarana can qurban.

Konsertlərdə də ifaçılar mahnıları oxuyub gedir. Amma müəlliflər açıqlanmır. Bizdə bu mədəniyyət yoxdur. Anlaya bilmirlər ki, onlara xaricdən də baxanlar var.

Bu yaxınlarda "O səs Türkiyə"də Sevda Ələkbərzadənin mahnısı oxunsa da, Azərbaycana məxsus olduğu deyilmədi. Niyə mahnıları oxuduqları halda adlar açıqlanmır? Bunun günahı Azərbaycan Müəllif Hüquqları Agnetliyindədir. Agentlik cərimə tətbiq etməlidir.

Eyni zamanda, televiziyalarda da günah var. Televiziyalar bu yöndə iş görmək əvəzinə müğənnidən 1500 manatı alıb onu efirə buraxır.

- Etirazınızı bildirdiyiniz ifaçılar olub?

- Bir necə nəfərə demişəm. Ondan sonra özlərini düzəldiblər. Brilyant Dadaşova, Faiq Ağayev, Fidan Hacıyeva həmişə adımı çəkib. Amma gənclər müəllifləri vurğulamır. Onları tərbiyə eləmək lazımdır.

- Sizin də bəzi müəlliflər kimi qadağa qoymaq fikriniz var?

- O yaşım deyil ki, qapı-qapı gəzim. Bir çoxları özlərini reklam edir. İnsanın heç nəyi olmayanda ortalıqda oynamağa başlayır. Adımızı çəkməyən ifaçılar öz mədəniyyətsizliyini göstərir.

- İndiki bayağı musiqiləri necə dəyərləndirirsiz?

- Hər musiqinin təbliğ olunmasının günahkarı televiziyalardır. Onlar Azərbaycanı başqa cür tanıdır. Belə ki, 5-6 əxlaqsızı, ətəyi dizindən iki qarış yuxarı olanları efirə yığıb dalaşdırır, söyüş söydürürlər.

- Mahnılarınızı bərbad şəklində oxuyunlar olub?

- Olub. Yalnız yaxşı oxumasını demişəm.

- Kimin sizin mahnılarınızı oxumasını istərdiz?

- Dahi sənətkarımız Rəşid Behbudovun oxumasını çox istərdim. Amma oxuya bilmədən dünyasını dəyişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1046   Tarix: 12 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:. "Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünü

05.05.2024 377
.

Rəqsanənin bu fotosu MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

Müğənni Rəqsanə İsmayılovanın paylaşımı müzakirələrə səbəb olub. BİG.AZ xəbər verir ki, müğənni sosial mediada açıq-saçıq geyimdə yeni fotosunu paylaşıb. Foto bəzi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Paylaşımı təqdim edirik:

05.05.2024 1707
.

Vəfa yol hərəkət qaydasını pozduğunu açıqladı

Müğənni Vəfa Şərifova paylaşımı ilə müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, instaqramında video yayımlayan sənətçi özü də bilmədən yol hərəkət qaydalarını pozduğunu etiraf edib. Videoda Rusiyada olan Vəfanın maşınla getdiyi və kəmər taxdığı əks olunub. O, yanındakı xanımın təkidi ilə kəmə

10:40 273
.

Aysun ərini BELƏ TƏBRİK ETDİ - FOTOLAR

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevi ad günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən bildirir ki, Aysun İsmayılova instaqramda hekayə bölümündə paylaşım edib. "Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, səni tanımışam. Səninlə hər şeyə yaxşı ki. Əllərimizi ancaq qızımız ayırsın

04.05.2024 1061
.

Aygün Kazımova və Namiq Qaraçuxurlu illər sonra bunu etdi

"Tezliklə Aygün Kazımova ilə yeni duetimizi təqdim edəcəyik". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "İncə səhər" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımova ilə hazırladıqları yeni duetdən danışıb. O bildirib ki, illər sonra hazırladıqları layihən

04.05.2024 1822
.

"Qazaxa gedə bilmirəm"

Əməkdar artist Xumar Qədimova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, sənətçi bu barədə "Rəngarəng səhər" verilişində danışıb. O bildirib ki, son illər doğulduğu Qazax rayonuna gedə bilmir:. "Qazaxda doğulmuşam. Qazaxımı dana bilmərəm. Mənim üçün həm sevinc, həm kədərdir. Son illə

11:48 480
.

Elçinlə Aydan BARIŞDI - FOTO

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. OLAY-ın əldə etdiyi məlumata görə, Elçin instaqramda xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb. Barışığın təsdiqi kimi isə digər diqqətçəkən detal Elçinin qaynı Cəmil Rüstəmxanlı ilə birgə foto paylaşmas

04.05.2024 945
.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

05.05.2024 723
.

Hüseyn Həsənov vergilərə 153 milyon borcludur

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun vergilərə 153 milyon rubl (2,8 milyon manatdan çox) borcu var. "Qafqazinfo" "Baza" teleqram kanalına istinadən xəbər verir ki, Rusiya Federal Vergi Xidməti onun restoran işi və yemək çatdırılması ilə məşğul olan şirkətinin hesabların

10:30 216