Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi oldu - FOTO

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi oldu - FOTONoyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, filmləri festivalın müsabiqə proqramında yarışan əcnəbi kinematoqrafçılar iştirak edib.

"Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə baş tutur.
Festivala həmçinin Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi də dəstək göstərir.

10-cu açılışını edən kinoforuma bu il 79 ölkədən 3484 qısametrajlı film təqdim edilib. İlk dəfədir ki, bu qədər qısametrajlı filmi özündə cəlb edən festivalda seçim prosesi xüsusi diqqətdə saxlanılıb, komissiyanın üzvlərinin sayı artırılıb.

Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 21 ölkədən 48 film yarışıb.

Qaliblərə mükafatları Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, festivalın direktoru Fehruz Şamıyev, Beynəlxalq və Yerli münsiflər heyətinin üzvləri- İlqar Safat (Azərbaycan), Rezan Yaşılbaş (Türkiyə), Kərim Əzimi (İran), CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktoru Artçil Xetaquri (Gürcüstan), xalq artisti Vidadi Həsənov, DokuBaku Film Festivalının direktoru, rejissor İmam Həsənov təqdim edib.

Beləliklə, Beynəlxalq müsabiqənin "Qızıl nar" mükafatı "Ən yaxşı bədii film"nominasiyasında Kanada, Tunis, Qətər, İsveç istehsalı olan rejissor Məryam Cuborun "Qardaşlıq", "Ən yaxşı sənədli film"- isveçli rejissor Henrik Dalbrinqin "Andın o tərəfi", "Ən yaxşı animasiya filmi" çexiyalı rejissor Daria Kaşçivanın "Qız" filminə verilib.

Qeyd edək ki, Daria Kaşçiva həm də festivalın "Ən yaxşı animasiya rejissoru" olub. "Ən yaxşı sənədli film rejissoru" "Atamın oğlu" filminə görə israilli Hillel Reyt, "Ən yaxşı bədii film rejissoru" İvan Qriqolyunas "Klava Qraçyovanın üç günü" filmi ilə layiq görülüb.

Polşalı Anna Urbançikin "Sonuncu müştəri" və belçikalı Gespəğ Qraninin "Təxəyyül" bədii filmləri "Münsiflər heyətinin xüsusi mükafatı"na layiq görülüb. Beynəlxalq proqramda yer alan yeganə Azərbaycan filmi olan "Son seçim"ə (Rejissor Amil Məmiyev) "Münsiflər heyətinin diplomu" verilib.

Daha iki film münsiflərdən diplom alıb. Bunlar Yelena Poroşinanın "Əsl bahadır" sənədli filmi, Marin Ceykobun "Bu gün yox" animasiyasıdır. "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatları isə Harun Baysanın "Akif", Əminə Monşizadənin "Parivaş" animasiya filminı verilib.

İranlı rejissorlar Ramin Fərzani və Parisa Sədai Azərin "Ahıllar" bədii filmi ilə CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının regional layihəsi çərçivəsində nümayiş olunan Mariam Aqladzenin "Nanuli və Qogi" filmi "Tamaşaçı rəğbəti" diplomu ilə təltif edilib.

Yerli müsabiqənin "Qızıl nar" mükafatına "Ən yaxşı bədii film" üzrə Pərviz Həsənovun "Soraq", "Ən yaxşı sənədli film" üzrə Vüsal Hacıyevin "Küy simfoniyası", "Ən yaxşı sosial çarx" üzrə Günel Qədirovanın "Qız oxusun"u layiq görülüb.

"Ən yaxşı ssenari" nominasiyası üzrə qalib Türkan Zamanova ("Dan yeli") olub. "Münsiflər heyətinin diplomları" "Bərə" (Kürçaylı Məmmədov), "Skat" (Səddam Mehdiyev), "İki ağac" (Ruslan İbrahimli) animasiya filminə verilib. "Altsheymer" sosial çarxı (Gülnar Askeri və Pərviz Rəşad) "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı ilə təltif olunub.

"Cinemobil" onlayn müsabiqənin qalibi isə Masər Həsənovun "Gizlənpaç" filmi olub.

Mərasimin sonunda Yerli müsabiqənin "Ən yaxşı bədii film" nominasiyasının qalibi olmuş "Soraq" filmi nümayiş olunub.

Qeyd edək ki, Festival bundan əvvəlki illərdə "Start" Beynəlxalq Qısa Filmlər Festivalı adı altında baş tutub. Beynəlxalq status daşıyan Festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Bu illər ərzində miqyasını xeyli genişləndirməyi bacaran kinoforum yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış edir, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaradır.

Bu ilki kinoforum çərçivəsində CineDOC-Tbilisi Beynəlxalq Sənədli Filmlər Festivalının təqdimatında sənədli filmlər nümayiş olundu, türkiyəli rejissor Rezan Yaşılbaş, iranlı rejissor Kərim Əziminin iştirakı ilə "Beynəlxalq festivallara çıxış perspektivləri" adlı müzakirə gənclər tərəfindən maraqla qarşılandı.

Qaliblərin siyahısını təqdim edirik:

Beynəlxalq müsabiqə

"Tamaşaçı rəğbəti" diplomu

"Ahıllar" bədii filmi- Rejissorlar Ramin Fərzani və Parisa Sədai Azər. İran.

"Nanuli və Qogi" filmi- Rejissor Mariam Aqladze . Gürcüstan. CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının regional layihəsi çərçivəsində nümayiş olunan film.

"Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatları

"Akif" bədii filmi - Rejissor Harun Baysan. Türkiyə.

"Parivaş" animasiya filmi- Əminə Monşizadə. İran.

"Münsiflər heyətinin diplomu"

"Əsl bahadır" sənədli filmi- Rejissor Yelena Poroşina. Rusiya, Estoniya.

"Bu gün yox" animasiya filmi- Rejissor Marin Ceykob. Belçika

"Son seçim" bədii filmi- Rejissor Amil Məmiyev. Azərbaycan.

"Münsiflər heyətinin xüsusi mükafatı"

"Sonuncu müştəri" bədii filmi - rejissor Anna Urbançik. Polşa

"Təxəyyül" bədii filmi- Rejissor Gespəğ Qrani. Belçika.

"Ən yaxşı animasiya filmi" və "Ən yaxşı animasiya rejissoru"

"Qız" filmi- rejissor Daria Kaşçiva. Çexiya

"Ən yaxşı sənədli film"

"Andın o tərəfi" filmi- Rejissor Henrik Dalbrinq. İsveç.

"Ən yaxşı sənədli film rejissoru"

Rejissor Hillel Reyt - "Atamın oğlu" filmi - İsrail.

"Ən yaxşı bədii film rejissoru"

İvan Qriqolyunas - "Klava Qraçyovanın üç günü" filmi. Rusiya.

"Ən yaxşı bədii film"

"Qardaşlıq" filmi - Rejissor Məryam Cubor. Kanada, Tunis, Qətər, İsveç filmi.

Yerli müsabiqə

Münsiflər heyətinin diplomları

"Bərə" bədii filmi- Rejissor Kürçaylı Məmmədov

"Skat" bədii filmi- Rejissor Səddam Mehdiyev

"İki ağac" animasiya filmi- Rejissor Ruslan İbrahimli

"Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı

"Altsheymer" sosial çarxı- Müəlliflər Gülnar Askeri və Pərviz Rəşad.

"Ən yaxşı ssenari"

Türkan Zamanova - "Dan yeli" filminin ssenari müəllifi.

"Ən yaxşı sosial çarx"

"Qız oxusun"- Rejissor Günel Qədirova

"Ən yaxşı sənədli film"

"Küy simfoniyası" - Rejissor Vüsal Hacıyev

"Ən yaxşı bədii film"

Soraq" filmi. Rejissor Pərviz Həsənov

"Cinemobil" onlayn müsabiqə

"Gizlənpaç" – Rejissor Masər Həsənov.

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi oldu - FOTOAzərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi oldu - FOTOAzərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi oldu - FOTOAzərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi oldu - FOTOAzərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi oldu - FOTOAzərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi oldu - FOTOAzərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi oldu - FOTOAzərbaycanlı rejissorun filmi beynəlxalq festivalın qalibi oldu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 695   Tarix: 11 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877