Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız

Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımızRusiyada yaşayan soydaşlarımızın qətli barədə ara-sıra xəbərlər dolaşır.

Sonxeber.az bu dəfə Rusiyada yaşayan, bizneslə məşğul olan və qətlə yetirilən soydaşlarımızın siyahısını təqdim edir.

-Rusiyanın Stavropol diyarının Nevınnomısk rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqaz" şosse yolunda baş verən qəzada "Mazda" markalı avtomobil və "Volvo" markalı yükdaşıyan toqquşub . Nəticədə "Mazda"da olan 28 yaşlı Azərbaycan vətəndaşı həlak olub, onun 40 yaşlı soydaşı isə xəsarət alıb.

-Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın qeydə alınıb. Yanğın istixana kompleksində baş verib. Hadisə zamanı dörd azərbaycanlı yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizini yanıb. Xəstəxanaya çatdırılan yaralı tibb mərkəzində keçinib. Ölənlər 1957, 1965, 1991 və 1996-cı il təvəllüdlü şəxslərdir. Ölənlərdən biri istixananın sabiq rəhbəridir.

-Rusiyanın Krasnoyarsk diyarında müvəqqəti tikilidə yanğın baş verib. Suxobuzimskoye yaşayış məntəqəsində qeydə alınan hadisə nəticəsində 4-ü uşaq olmaqla, 5 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb. Yanğın zamanı ölənlərin hamısı azərbaycanlıdır. Ailənin başçısı Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü İlyasov Vüqar Tahir oğlu, onun ailə üzvləri - 2007-ci il təvəllüdlü İlyasov Həsən Vüqar oğlu, 2011-ci il təvəllüdlü İlyasov Ümid Vüqar oğlu, 2014-cü il təvəllüdlü İlyasov Fərid Vüqar oğlu və 2016-cı il təvəllüdlü İlyasova Xədicə Vüqar qızı yanğının qurbanı olub, 2004-cü il təvəllüdlü İlyasov Hüseyn Vüqar oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

-Rusiyanın Samara vilayətində azərbaycanlı gənc qətlə yetirilib. Qətl hadisəsi məişət zəminində baş verib. Rusiya vətəndaşı olan həmyerlimiz Elmir Əhmədov bıçaqlanaraq öldürülüb. Daha sonra qatil meyiti ölən şəxsin "QazEL" markalı yük maşınına qoyaraq kənar əraziyə aparıb və yandırıb. Elmir Əhmədov Rusiya vətəndaşı olub və ailəsi və qardaşları ilə birlikdə Samara vilayətinin Voxvisneva rayonunda yaşadığını deyib. Elmir Əhmədov fermer təsərrüfatında çalışıb.

-Rusiyada 27 yaşlı azərbaycanlı qətlə yetirilib. Hadisə səhər saat 4:00 radələrində İvanovo şəhərinin Puşkin meydanında, "Rokko VİP" barının yanında baş verib. Qətlə yetirilən azərbaycanlı Quba rayonunun Talabıqışlaq kəndindən olan Fazil Balayevdir. Rusiyada ticarətlə məşğul olan 27 yaşlı Balayev subay olub.

Rusiyanın Nefteyuqansk şəhərində Çeuskinski kanalının sahilində üzərində çoxsaylı bıçaq yarası olan kişi meyiti tapılıb. Öldürülən şəxsin 26 yaşlı Azərbaycan vətəndaşı, Nefteyugansk sakini Məhəmməd Quliyev olduğu müəyyənləşib. O, şəhərdə taksi sürücü işləyirmiş.

Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız-Rusiyada azərbaycanlı qız amansızlıqla qətlə yetirilib. İrkutsk vilayətinin Nijneudinsk şəhərində yaşayan 17 yaşlı Günel Rəhim qızı Dadaşova ölümündən 10 gün əvvəl itkin düşüb. Onun cəsədi Nijneudinsk şəhərindəki körpülərdən birinin altında, zibilliyin yanında aşkar olunub. İstintaq materiallarına görə, Dadaşovanın boğazı kəsilib.

Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız-Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

-Rusiyanın paytaxt Moskvada, Kalujskoe şossesi ərazisində azərbaycanlı iş adamı öldürülüb. 1980-cı il təvəllüdlü Sadiq Qulu oğlu Qasımov bıçaqlanaraq qətlə yetirilib. Moskva ətrafında yaşayan və xırda ticarətlə məşğul olan azərbaycanlının milliyyətcə gürcü olan Qurami adlı şəxs tərəfindən bıçaqlandığı bilrilir.Hadisənin tərəflər arasında baş verən mübahisə nəticəsində baş verdiyi bildirilir. Gürcü əsilli şəxs azərbaycanlı iş adamını bıçaqlayandan sonra qaçıb. Çoxlu qan itirən S.Qasımov isə hadisə yerində dünyasını dəyişib.

Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız-Azərbaycanlı iş adamı Rusiyanın paytaxtı Moskva şəhərində qətlə yetirilib. Ordubad rayonunun Gənzə kəndindən olan Mahir adlı həmyerlimiz bankdan çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Qatillər Mahiri ölümcül yaralayaraq onun bankdan götürdüyü 50 min dollar pulu aparıblar. Mahir ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. İki gün komada qalsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Mahir bazarda pul köçürməsi ilə məşğul olurdu. İddia olunur ki, qatillər onun bankdan pulla çıxacağını əvvəldən biliblər.

Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız- Rusiyanın ən tanınmış azərbaycanlı iş adamlarından biri yol qəzası nəticəsində ölüb. "Ruslada" şirniyyat fabrikinin sahibi olan Əlişah Süleymanov Çelyabinsk vilayətində qəzaya uğrayıb. Adıçəkilən vilayətin ən varlı 100 adamı siyahısına düşən iş adamının içərisində olduğu "Toyota Land Cruiser" markalı maşın aşıb. Qəza zamanı avtomobili sürücü idarə edib. Hadisədə məhz onun idarəetməni itirməsi səbəbindən baş verib. İlkin məlumata görə, sürücü sürət həddini doğru seçməyib. Nəticədə o qarşı hərəkət zolağına keçib və yoldan çıxıb. Əlişah Süleymanov 1960-cı ildə Azərbaycanda anadan olub. İnşaat Mühəndisləri institutunu bitirib. 1995-ci ildə Çelyabinskə köçüb. Üç uşaq atası olan iş adamı biznesinə bazarda kiçik ticarət ilə başlayıb. Onun bir neçə - şirniyyatdan tikintiyə qədər sahədə fəaliyyət göstərən şikəti var. 2000-ci ilin əvəllərində yaradılan "Ruslada" Ural və Sibir ərazisində ən iri şirniyyat istehsalçısı və tədarükçüsü hesab edilir.

Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız-Azərbaycanlı iş adamı Toğrul Tağıyev gecə saatlarında Moskva yaxınlığında avtomobildə yaralı halda aşkar edilib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 36 yaşlı biznesmenin qətli ilə bağlı cinayət işi başlanıb. İlkin ehtimallara görə, qatil çoxmərtəbəli binanın qarşısında qurbanına silahdan bir neçə dəfə atəş açıb. Hadisə yerində 9 mm kalibrli dörd giliz və bir güllə tapılıb.

Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız-Rusiyada Azərbaycan vətəndaşı öldürülüb. Hadisə Orenburq vilayətinin Orsk şəhərinə baş verib. İstintaq Komitəsinin məlumatında bildirilir ki, Çerniqovsk küçəsində öldürülən şəxs 31 yaşlı Azərbaycan vətəndaşıdır. Onun xırda ticarət ilə məşğul olduğu və kirayə mənzildə yaşadığı bildirilir. Qətldə 32 yaşlı Balaş Allahşükür oğlu Xancanovun günahkar bilindiyi ehtimal edilir. Silahlı olduğu ehtimal edən həmin şəxs axtarılır.

Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız-Rusiyanın Saratov vilayətində bizneslə məşğul olan azərbaycanlı işadamı Ceyhun Cəfərov öldürülüb. İnformasiyaya görə, naməlum şəxs Ceyhun Cəfərova odlu silahdan atəş açıb. O, aldığı güllə yaralarından hadisə yerində dünyasını dəyişib.

Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız-Rostov vilayətinin Taqanroq şəhərinin bazarında 44 yaşlı Rusiya vətəndaşı olan azərbaycanlı sahibkar bıçaqlanaraq qətlə yetirilib. Əslən Salyan rayonunun Kərimbəyli kəndindən olan 1975-ci ildə anadan olmuş Elşən Fəxrəddin oğlu Əsgərov 20 ildən artıqdır ki, Rostov vilayətinin Taqanroq şəhərində yaşayaraq orada ailə qurub sahibkarlıqla məşğul olurmuş. Hələlik qətlin təfərrüatları barədə məlumat yoxdur. Elşən Əsgərovun yaşadığı şəhərdə azərbaycanlılar arasında böyük nüfuz sahibi olduğu deyilir. Qeyd edək ki, Elşən Əsgərovun atası Kərimbəyli kənd orta məktəbində müəllim işləyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1914   Tarix: 11 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 238
.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

05.05.2024 525
.

Latviyada təyyarə təcili eniş etdi - VİDEO

Latviyanın Adazi şəhərində təyyarə təcili eniş edib. BİG.AZ xəbər verir ki, təyyarə 2 nəfəri daşıyıb. Latviya polisinin bildirdiyinə görə, təcili enişə səbəb kanat hissədə yaranan texniki problemlər olub. Hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Hadisə yerindən olan videonu təqdim edirik:

12:40 110
.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

05.05.2024 240
.

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,2 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlanıb. Zəlzələ yerin 12,1 kilometr dərinlikdə qeyd

10:54 171
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

05.05.2024 196
.

6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur. Xaçmaz rayonunun Arif Məmmədo

10:23 664
.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

10:08 414
.

Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus

05.05.2024 208