Zakir Həsənovdan vəzifəli şəxslərə VACİB GÖSTƏRİŞ

Zakir Həsənovdan vəzifəli şəxslərə VACİB GÖSTƏRİŞMüdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun hərbi hissələrindən birində əsgər valideynlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Dövlət Bayrağı Günü münasibətilə keçirilən andiçmə mərasimində və "Açıq qapı günü" ilə əlaqədar tədbirdə iştirak ediblər.

BiG.AZ-a Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirliyin rəhbərliyi əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra hərbi hissədə gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. Gənc əsgərlər sıra meydanında Vətənə sədaqət andı içiblər.

"Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin sərəncamı bir daha şəxsi heyətin diqqətinə çatdırılıb.

Bayram nitqi ilə çıxış edən Müdafiə naziri Ali Baş Komandanın ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində Azərbaycan Ordusu sürətlə inkişaf edir, ölkənin hərbi qüdrətinin artırılması sahəsində yüksək nailiyyətlər əldə olunub.

Nazir qeyd edib ki, ordumuz müasir silah və hərbi texnika ilə silahlanır, yeni hərbi hissələr, yaşayış kompleksləri inşa edilərək istifadəyə verilir: "Bütün bunlar bizə imkan verir ki, Azərbaycan Ordusunun qoşun növləri, hərbi hissələri və bölmələrinin döyüş qabiliyyətini, o cümlədən şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək səviyyədə saxlayaq, hərbi qulluqçuların sosial müdafiəsini gücləndirək, xalqımızın ordusuna və işğal olunmuş torpaqların tezliklə azad olunacağına inamını daha da artıraq, gənc nəsli isə hərbi xidmətə həvəsləndirək".

"Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalı, nümunəvi və nizam-intizamlı olmalı, sərəncamındakı ən müasir silah və hərbi texnikanı bacarıqla tətbiq etməyə qadir olmalı, işğalçılara qarşı döyüşlərdə mərdlik və fədakarlıq göstərməyə hər an hazır olmalıdır. Azərbaycan Ordusunun gücü məhz şəxsi heyətin vətənpərvərliyində, döyüş əzmi və ruh yüksəkliyində, yüksək nizam-intizamında və peşəkarlığındadır", - deyə Müdafiə naziri bildirib.

Nazir Dövlət Bayrağı Günü münasibətilə şəxsi heyəti təbrik edərək ona uğurlar arzulayıb.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.

Əsgər valideynləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi xidmətlə əlaqədar onları maraqlandıran sualları cavablandırıb, bir sıra məsələlərin həlli ilə bağlı müvafiq vəzifəli şəxslərə göstərişlər verib.

Sonra "Açıq qapı günü" çərçivəsində Müdafiə naziri tədbir iştirakçıları ilə birlikdə hərbi hissədə təşkil olunan "Azərbaycanın tarixi bayraqları" sərgisinə baxış keçirib. Tədbir iştirakçılarına tarixin müxtəlif dövrlərinə təsadüf edən Azərbaycanın dövlət bayraqları haqqında ətraflı məlumat verilib.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının ifasında geniş konsert proqramı ilə davam edib.

Tədbirin sonunda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2140   Tarix: 09 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

03.05.2024 649
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

03.05.2024 173
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 151
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 125
.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 166
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

03.05.2024 311
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 157
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 135
.

"Manyaksan, niyə səninlə evlənim?" dedi"

Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:. "Məni Xoşqədəmin proqramına dəvə

03.05.2024 715