Baş nazir bu diplomlarla bağlı qərar imzaladı

Baş nazir bu diplomlarla bağlı qərar imzaladı"Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların forması" təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomlar Ali Attestasiya Komissiyası tərəfindən həmin elmi dərəcələri təsdiq etmək məqsədilə verilir.

Fəlsəfə Doktoru Diplomunun təsviri belədir: 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Fəlsəfə doktoru diplomu açıq mavi rənglidir.

Bu diplomun ön tərəfinin sağ yuxarı hissəsində Dövlət Gerbinin rəngli təsviri əks olunur və Azərbaycan Respublikasının Dövlət Gerbinin altında "AZƏRBAYCAN RESPUBLİKASI" sözləri, həmin sözlərin altında isə tünd qara rənglə "FƏLSƏFƏ DOKTORU DİPLOMU" sözləri yazılır.

Diplomun digər tərəfinin sol və sağ yuxarı hissələrində Dövlət Gerbinin rəngli təsviri əks olunur.

Solda Dövlət Gerbinin altında "FƏLSƏFƏ DOKTORU DİPLOMU ELMİ DƏRƏCƏ HAQQINDA DÖVLƏT SƏNƏDİDİR" sözləri, həmin sözlərin altında isə diplomun seriyası və nömrəsi, sağ aşağı hissəsində "FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR" sözləri yazılır.

Ondan aşağıda isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır.

1 nömrəli əlavə ilə mətn Fəlsəfə Doktoru Diplomunun nümunəsində göstərilən formada

Diplom qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Dövlət Gerbi, aşağı hissəsində "FƏLSƏFƏ DOKTORU DİPLOMU" sözləri həkk olunur, cildin içərisində isə heç 3 bir qeydiyyat aparılmır.

Fəlsəfə doktoru diplomunun cildi tünd göy rənglidir. Nömrələnmə Fəlsəfə Doktoru Diplomu üçün "FD" (fəlsəfə doktoru) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir

Elmlər Doktoru Diplomunun təsvirinə gəlincə,195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur.

Elmlər doktoru diplomu açıq çəhrayı rənglidir. Diplomun ön tərəfinin sağ yuxarı hissəsində Dövlət Gerbinin rəngli təsviri əks olunur. Solda Dövlət Gerbinin altında "AZƏRBAYCAN RESPUBLİKASI" sözləri, həmin sözlərin altında isə tünd qara rənglə "ELMLƏR DOKTORU DİPLOMU" sözləri yazılır.

Diplomun digər tərəfinin sol və sağ yuxarı hissələrində Dövlət Gerbinin rəngli təsviri əks olunur. Dövlət Gerbinin altında "ELMLƏR DOKTORU DİPLOMU ELMİ DƏRƏCƏ HAQQINDA DÖVLƏT SƏNƏDİDİR" sözləri, həmin sözlərin altında isə diplomun seriyası və nömrəsi, sağ aşağı hissəsində "ELMLƏR DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR" sözləri yazılır. Ondan aşağıda isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır.

2 nömrəli əlavə ilə mətn Fəlsəfə Doktoru Diplomunun nümunəsində göstərilən formada yerləşdirilir.

Diplom qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində "ELMLƏR DOKTORU DİPLOMU" sözləri həkk olunur.

Cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Elmlər doktoru diplomunun cildi tünd qırmızı rənglidir; 3.6. nömrələnmə elmlər doktoru diplomu üçün "ED" (elmlər doktoru) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

Komissiya fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə verdiyi diplomların uçotunu aparır.

Diplom Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

Baş nazirin digər qərarı ilə "Dosent və professor elmi adları barədə attestatların forması" təsdiqlənib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1311   Tarix: 07 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089