Bərdədə əl qumbaraları TAPILDI - FOTO

Bərdədə əl qumbaraları TAPILDI - FOTO

Daxili İşlər Nazirliyinin Yevlax Xətt Polis Şöbəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Tərtər çayının Bərdə rayonu ərazisindən keçən hissəsində, dəmiryolu körpüsünün altında partlayıcı qurğuya oxşar əşyanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan BiG.AZ-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Yevlax Xətt Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Yevlax Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd 14.5 mm-lik patron və 5 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan top mərmisinin gilizi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Bərdədə əl qumbaraları TAPILDI - FOTO
Bərdədə əl qumbaraları TAPILDI - FOTO


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 163 Tarix: 07.11.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər