Əli Əsədov qərar verdi – Ali məktəblərdəki bu ixtisasın adı dəyişdirildi

Əli Əsədov qərar verdi – Ali məktəblərdəki bu ixtisasın adı dəyişdirildiBaş nazir Əli Əsədov "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar verib.

BiG.AZ xəbər verir ki, baş nazirin imzaladığı qərarla "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı"nın 86-cı hissəsində "Geofizika mühəndisliyi" sözləri "Geologiya və geofizika mühəndisliyi" sözləri ilə əvəz edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 915   Tarix: 07 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş